Yaşasın sağlam rəqabət!

Bir neçə saat əvvəl saytımızın elektron ünvanına maraqlı bir məktub göndərilib. Məktub Naxçıvan şəhərindən alınıb və Habil adlı həmyerlimizin məktubunu olduğu kimi nəzərinizə çatdırırıq. Onu da demək istəyirik ki, həqiqətən “”Xəzər Lənkəran” azarkeşləri hər yerdə var!” kəlməsinə bu göndərilən məktub özü də bir sübutdur. Habil qardaşımızı və dostlarını salamlayaraq, onun göndərdiyi məktubu nəzərinizə çatdırırıq. Həm də gələn mövsüm “Araz -Naxçıvan”ın, premyer liqaya yeni bir rəng qatacağına inanaraq, Naxçıvandakı oyunlarımız zamanı Habil bəyin öz dostları ilə “Xəzər Lənkəran”a möhtəşəm dəstək verəcəklərinə inanırıq. Yaşasın sağlam rəqabət!

Mesaj gövdəsi:
Salamlar! Əvvəlcə demək istərdim ki, mən özüm, Naxçıvan Dövlət Universitetində oxuyuram, özum Lerikliyəm. "Xəzər"imizə urəkdən azarkeşlik edən insanlardanam. "Xəzər"imizin qələbəsi ilə yekunlaşan, Azərbaycan Super Kubok matçında Naxçıvanda Azarkeşləri bir araya yığanlardan biri olmuşam. "Xəzər Lənkəran"ın oyunlarının demək olar hamsını çətinliklə də olsa, burdan, internet vastəsi ilə izləyirəm. Təəssuflə deyə bilərəm ki, "Xəzər"imizin məğlubiyyətləri, uğursuz çıxışları qəlbimi ağrıdır. Bütün bunlara baxmayaraq, kubok oyunlarında "Xəzər"in qələbələrinə inanıram. O cülədən, 1/4 mərhələdə, rəqibimiz "Araz-Naxçıvan"dır  və ilk oyunda Naxçıvanda, 4 gün sonra isə baş tutacaq, yəni 12 Martda bu oyna da böyük kütlə ilə gedəcəyik. "Xəzər Lənkəran" azarkeşləri və rəhbəri arxayın olsun ki, burda da 200-dən çox "Xəzər Lənkəran" fanatı, matçı tribunalardan izləyəcək və ürəkdən onlara azarkeşlik edəcəklər. Buna tam əmin olsunlar. Doğurdan da "HƏR YER, "XƏZƏR LƏNKƏRAN" AZARKEŞLƏRİ ÜÇÜN ELƏ CƏNUBDUR!" Sizlərdən də xahişim budur ki, bu yazdığımı, saytınızda paylaşasız ki, qoy görsunlər ki, "Xəzər"imizin Azarkeşləri Azərbaycanımızın dörd bir tərəfində var! Super Kubok matçında burdakı azarkeşlərimiz, o qədər qışqırmışdı ki, 1 həftə səsləri batmışdı və qürurla da deyirdilər ki, bu da "Xəzər"imiz üçün azdır. Bu matçda da hamılıqla oyuna gedib azarkeşlik edəcəyik. İnşallah, Allah qoysa, "Xəzər"imiz qələbə çalaçaq!

 

6 thoughts on “Yaşasın sağlam rəqabət!”

  1. Biz həmişə kamandamizin yanindayiq.Uduzsada, udsada!-Bir gun gunəş cixar və qaranliqlarda gizlənənlər elə Lerik dağlarinin ətəkləridə olan qar kimi əriyəcək.Buna şubhə yoxdur.

  2. HABİL qardaşımızı Lənkərandan salamlayıram. Naxçıvanda komandamıza dəstək olmaq üçün qrup halında səfərbər olmaq təqdirəlayiq işdir. Sağ olsunlar ki,”Xəzər Lənkəran”ı Naxçıvanda dəstəksiz qoymayacaqlar.

  3. salamlar bir daha əvvəlcə sizlərə təşəkkurumu bildirirəm super kobok maçındada buna oxşar bir məktubumuzu azərkeşlərimizlə paylaşmışdınız bu dəstəyə görə sizlərə hamımız təşəkkur edirik bir daha birdə demək istəyirəmki etdiklərimiz bizim borcumuzdur.
    *****
    Habil bəy, sizləri salamlayır, uğurlar arzu edirik. Onu da deyim ki, mənim ən dəyərli dostlarımdan biri, Naxçıvanlıdır. Qardaş əvəzi olan bu dostum, həqiqi sınaqlardan keçmiş bir qardaşımdır. Ona görə də Naxçıvan adı gələndə, mən istər-istəməz onlara, bu qardaşıma görə çox əziz və hörmətlə yanaşıram. Ona görə də “Araz-Naxçıvan”a istər-istəməz doğma yanaşırıq. Sizləri də o dostların arasında zənn edirik və qarşılıqlı hörmət sahibləri olduğunuzu demək istəyirik. Fəxr edirik ki, “Xəzər Lənkəran”ın Naxçıvanda da çılğın azarkeşləri var. Hər zaman “Bosman.az” xidmətinizdədir. “Araz-Naxçıvan” azarkeşləri ilə da dostluq əlaqələrini genişləndirməyi məsləhət görür, onların komandasını gələn mövsüm Premyer Liqada gözləyirik. Yaşasın dost və sağlam rəqabət! deyirik.

  4. Sağol qardaşım dediyin sözlərinə həqiqi mənada söz tapa bilmirəm burdaki ARaz fan klubun rəhbərləri ilə dostluq munasibətlərimiz var sizin kimi haçan buralara gəlsəniz quluqunuzda hazıram dərin hörmətlə sağlıqla qalın
    *****
    Habil bəy, sizlərin bir “Xəzər Lənkəran” azarkeşi kimi Naxçıvanda fəaliyyətinizlə qürur duyuruq. Bir də ən əsası “Bosman” fanklubunun təməl prinsiplərindən biri kimi dostluq və sivil qaydalar çərçivəsində sağlam rəqabət yolunuzu bəyənirik. Bizə elə bu da bəsdir. Bir də ki, sizlərin vasitəsi ilə “Araz-Naxçıvan” fanat və azarkeşlərinə səmimi salamlarımızı çatdırırıq. Yaşasın sağlam rəqabət!

Comments are closed.