“XL-TV"də quruculuq işləri gedir

“Fırtınalar meydanı”nda keçirilən son oyundan biabırçı internet yayımı ilə bağlı azarkeş narazılığına klubdan reaksiya gəldi. “Xəzər Lənkəran” klubundan rəsmi açıqlama: “Hazırda “XL”TV-də quruculuq işləri gedir. Hər bir işin əvvəli çətin olduğu kimi yayım məsələsinin indiki mərhələsində də problemlərin olması təbiidir.” Bu sözləri azarkeş saytına “Xəzər Ləkəran” klubu mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Klubun rəsmisi bəzi yenilikləri saytımızla bölüşərək azarkeşləri səbirli olmağa çağırıb:

 “Azarkeş saytında gedən müzakirələrdə futbolsevərlərin sərt reaksiyasından xəbərim var. Amma bizim də deməyə sözümüz var. Məsələ ondadır ki, “XL” TV-nin yüksək səviyyəli fəaliyyəti üçün bir çox texniki işlərə start verilib. Hazırda “HD” formatında yayımların təşkilinə keçirik, bunun üzərində iş gedir.  Xaricdən bahalı kameralar, aparaturalar alınıb, quraşdırılır. Bu arada onu da qeyd edim ki, bəzən azarkeşlər digər klublardan misallar çəkib yayım keyfiyyətini müqayisə edirlər. Buna da aydınlıq gətirmək lazımdır. Belə ki, həmin klublardan fərqli olaraq “XL” TV-nin yayımı  bir deyil 4-kameranın çəkilişi ilə qurulur. Bundan əlavə, qış fasiləsində Türkiyədə təlim-məşq toplantısında olarkən “XL” TV komandanın iki yoxlama oyunundan canlı yayım təşkil etmişdi. Antaliyadan canlı yayımı təşkil edə bildiyimiz halda necə olur ki, bu Lənkəranda keyfiyyətli alınmır. Deməli burada internet problemləri də az rol oynamır. “Qəbələ” ilə oyunda da internet şəbəkəsindəki problemlərə görə yayımın tezliklərində məcburi dəyişikliklər edilmişdi. Əslində bu ötürücülüyün yaxşı alınmasına xidmət etməli olsa da nəticədə yayımın keyfiyyətini korlamışdı. Ümumiyyətlə qeyd etmək istərdim ki, görülən işlərin nəticəsi olaraq yaxın zamanlarda çox keyfiyyətli yayımın şahidi olacaqınız, sadəcə bir az səbirli olmaq yetər”. 

Mənbə: 12cioyuncu.info

4 thoughts on ““XL-TV"də quruculuq işləri gedir”

  1. Salam, Mirhafiz müəllim! Deyəsən rəsmilər hərəkətə keçdi. Hüseyn Cəbrayıloğlu deyirsə, deməli canlı yayım məsələsi nəzarətə götürülüb. Onu da qeyd edim ki, “12-ci oyunçu” və “Bosman.az” saytlarının fəallığı hesabına, İslam müəllimin və Zəfər bəyin haqlı, kəskin şərhlərinin sayəsində nəhayət ki, buz əriməyə başlayıb. Birdə ki, əgər “XL-TV” yaradılıbsa “Xəzər Lənkəran” azarkeşinin və Klubunun imicinə, adına görə fəaliyyət göstərsin. Hər şeyin ilkinə imza atan “Xəzər Lənkəran” niyə də keyfiyyətli “TV” yayımlamasın…
    *****
    Salam, Qabil bəy! “Xəzər Lənkəran”la bağlı ən böyük arzumuz camiəmizin tərəflərinin qrşılıqlı hörmət müstəvisinə keçməsi və bir-birini anlamasıdır. Axı biz belə bir dövr yaşamışıq və bütün uğurlar da məhz bu zamana bağlı olub.

  2. Muəllim salam!. Canli yayimin keyfiyyətinin yuksəlməsi ilə əlaqədar klub rəsmilərin gördukləri iş təqdirəlayiq sayilmalidir.Mən yəqin bilirəm ki, azarkeş saytimizi əksər saytlarin jurnalistləri və klub rəsmiləri oxuyurlar.Duzdu, klub rəsmiləri bəzən yazilan azarkeş şərhlərinə biganə qalirlar və elə duşunurlər ki ,bu biganəlik tədricən həllini tapar.Lakin həqiqətə qalanda azarkeşlərimiz klub rəsmilərindən çox şey istəmirlər.O tələbləri irəli sururlər ki, bunlarin həlli gecikməkdədir.Əvəzində klubda bizdən “XL” kamandasina dəstək tələb edə bilər.Kamandamizin bu çətin dövrundə azarkeş dəstəyindən yaxşi heçnə ola bilməz.Bunuda azarkeşlər yaxşi başa duşur.
    Bir fikir verək.”Baki” ev oyunlarini uç ayri-ayri dalğalarda verir.
    (“Bakı” klubunun rəsmi saytı)
    (“Bakı” klubunun livestream.com saytında kanalı)
    (“Bakı” klubunun Youtube.com saytında kanalı)
    Bu dalğalarin heç biri ustream tv-yə aid deyil.Çunki ustrem tv-nin yaym qabiliyyəti olduqca məhduddur,həmdə siqnal öturuculəri çox zəifdir.Cox istəyərdik ki ,klub azarkeşlərin xahişini nəzərə alib “You Tube” ilə canli yayim təşkil eləsin.Bir-iki dəqiqə canli yayimdan geridə izləməklə rahat azarkeşlərimiz oyuna baxa bilərlər.
    Nə deyirik ki …..Təki xeyirlisi olsun!
    *****
    Salam, Zəfər bəy! Bu işdə sizin araşdırmalarınızın da müstəsna rolu oldu. Şükürlər olsun ki, klub-azarkeş anlaşması bu işdə yüksək səviyyədə oldu.

    • Biz urəkdən kamandamiza bağli insanlariq.Əstəğfurullah!-mən kiməm ki…Əsas “XL” camiyəsidir və onlarin qabağinda baş əyirəm.Klubun bu işlərin görməsi camiyəmizin haqqidir , sağ olsunlar ki ,bu barədə azarkeşlərə söz verib və səbrli olmaqlarini istəyiblər.Inşallah– bizlər əvvəlki “XL” kamandamizi tezliklə ğörəcəyik.

Comments are closed.