”Xəzər Lənkəran”ın yeni mərkəz hücumçusu, Dieqo Ruiz!

“Xəzər Lənkəran” klubu argentinalı futbolçu, mərkəz hücumçusu olan Dieqo Ruiz ilə anlaşdı. Muvafiq iki illik müqavilə bu gün “Palmali” şirkətlər qrupunun Bakıdakı baş inzibati binasında yerləşən klubumuzun ofisində imzalandı.
1980-ci il təvəllüdlü Dieqo Ruiz peşəkar futbol karyerasını 18 yaşında başlayıb. İlk oynadığı klub ölkəsinin ikinci liqasında iştirak edən “Santelmo” klubu olub. Daha sonra futbolçu Premyer liqa komandalarında oynayıb: “Lanus” (Argentina), “Gent” (Belçika), “Atletiko” (Argentina), “Uaçipatu” (Çili).
Son üç il D.Ruiz Rumıniyanın “CFR” klubunun şərəfini qoruyub. Bu vaxt ərzində həmin klub iki dəfə çempion olub, Çempionlar liqasında çıxış edib, üç dəfə Rumıniya kubokunun və iki dəfə bu ölkənin superkubokunun qalibi olub. Həmin ərəfədə futbolçu icarə əsasinda bir mövsümü (2009-2010) Türkiyənin “Kasımpaşa” klubunda keçirib.
Dieqo Ruiz evlidir, bir körpə oğlu var..Doğma portuqal dilindən başqa ispan dilində də sərbəst danışır.
Onu da qeyd edək ki, Dieqo çıxış etdiyi komandaların azarkeşlərinin rəğbətini qazanmağa nail olub.
 
Mənbə: Lankaranfc.com
 
Arxiv: Bosman.at.ua