”Xəzər Lənkəran”ın Avropa Klublar Assosiasiyasında üzvlüyü rəsmən təsdiqləndi!

ECA_logo9-10 sentyabr tarixində İsveçrənin Cenevrə şəhərində Avropa Klublar Assosiasiyasının Baş Assambleyasının iclası keçirildi. 214 futbol klubunun nümayəndələrinin dəvət olunduğu iclasa ilk dəfə olaraq “Xəzər Lənkəran” Futbol Klubu da dəvət edilmişdir. İclasda klubumuzu lisenziyalaşdırma üzrə menecer Elvin İsmixanov təmsil edib. Qeyd edək ki, “Xəzər Lənkəran”la assosiasiya arasında cari ilin əvvəlindən əməkdaşlıq həyata keçirilir.
 

 Baş Assambleyanın iclasının yekunlarını əks etdirən media-relizdə təşkilata yeni qoşulan klublar üzvlükləri rəsmən təsdiqlənib. Quruma yeni üzv olan 19 klubun sırasında “Xəzər Lənkəran”ın da adı yer alıb.
Mənbə: Lankaranfc.com

 

2 thoughts on “”Xəzər Lənkəran”ın Avropa Klublar Assosiasiyasında üzvlüyü rəsmən təsdiqləndi!”

  1. “XƏZƏR LƏNKƏRAN”ın rəhbərliyini və bütün Xəzərsevərləri Avropa Klublar Assosiasiyasında üzvlüyünə rəsmən qəbul olunması münasibətiylə təbrik edirəm! “Xəzər Lənkəran”ımızın sorağı beynəlxalq futbol qurumlarından və Avropa arenalarından gəlsin!
    *****
    Saytımızın redaksiyası da sizin bu xoş arzularınıza qəlbən qoşulur.

Comments are closed.