"Xəzər Lənkəran"a dəstək hər yerdə

Son günlər camiəmizdə cidd bir səbəbə görə narahatlıq var idi. Bu narahatçılıq da “12-ci Oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlının səhhətində yaranmış olduğu ciddi problem üzündən onun xəstəxanada həyatda qalması ilə bağlı mücadiləsi idi. Çox sağ olsunlar ki, Novxanı 2-saylı Xəstəxanasının həkimləri onu artıq bu xəstəliyin əlindən böyük ölçüdə qurtarmış olublar.
Məhz bu səbəbdən də həm də “12cioyuncu.info” saytının rəhbəri olan İslam bəyin saytın yenilənməsi işində bir həftəlik fasilə yaranmışdı. Demək olar ki, İslam bəy artıq müəyyən tövsiyyələr vermək iqtidarındadır. Saytın çalışdırmasını başqa bir “Xəzər Lənkəran” camiəsində yaxşı tanınan Vaqif Rəşidova həvalə edən İslam bəy artıq adıçəkilən saytın çalışmasını təmin edib. Vaqif bəyə də bu məsuliyyətli işdə uğurlar arzu edirik.
Məhz sayt çalışmağa başlayandan sonra orada əvvəlki yazılardan birinə verilmiş, lakin bu gün işıqlanan şərh diqqətimizi cəlb etdi. Bu şərh Naxçıvanda keçiriləcək Superkubok oyunu ilə bağlıdır. Habil Hümmətov adlı izləyicinin Naxçıvandan yazdığı şərh belədir:
“salamlar haminiza burda size yazmaqda meqsedim ayin 23 de Naxcivanda kecirilecek super kubok maci ile baglidir bildiyimiz kimi cenub regiyondan burda coxlu sayda telebe ve is adamlari yasayir onlar hamiliqla bu oynu izleyib Xezere destek olmaq isteyirler hardasa bizim burda ozumuzun yigdigi kutle 100 nefere qederdir sizden xahsimiz budurki eger mumkun olara Xezer Lenkeran klubun reberliyi yada fanqruplari bizleri Xezerin formasi ve oyun biletleri ile temin ederdilerki biz burda seciler esasen forma problemimiz var cox isterdiki hamiz xezer formasinda oynu izleyek cox xahis edirem yazdiglarimi burda mimkun olarsa sayitiniza yerrlesdirerdiz ki beleke bize bu isde komek olan oldu cox istedimki mesaj seklinde sizlere bu mesaji gonderim ancaq gelmedi”
Habil Hummetov
Habil bəy hətta əlaqə nömrələrini də şərh verdiyi yerdə qeyd edib.
Superkubokda azarkeş məsələsi ilə bağlı saytımızda yazı getmişdi. Həmin yazıda blokada şəraitində olan Naxçıvana komandamızın azarkeşlərinin gedib-gəlməsinin çətinliyi göstərilmiş, lakin Naxçıvanda da “Xəzər Lənkəran” azarkeşlərinin olduğu bildirilmişdi və komandamızın sanki öz meydanında olduğu kimi özünü hiss edəcəyi vurğulanmışdı. Elə Habil bəyin müraciətindən də görünür ki, dediklərimiz əbəs deyilmiş. Həmçinin fanklubumuzun rəhbərinin bu barədə “Futbol+” qəzetinə vermiş olduğu açıqlamada Naxçıvan futbolsevərləri böyük futbola qayıdışları yolunda olduğundan onlara təbrik ünvanlanmışdı. Naxçıvanın “Araz” komandasının Sovet dönəmində Lənkəranın “Xəzər” komandası və digər komandalarımızla birlikdə həmişə Azərbaycan futbolunu layiqincə təmsil etməsi bildirilmişdi. O zamanlar eyni liqada mübarizə aparan “Araz” və “Xəzər” güclü heyətlərə sahib olmuş və öz aralarında da oyunların çox maraqlı keçdiyi bildirilmişdi. Məhz bu üzdən də böyük futbol üçün darıxan Naxçıvan azarkeşlərinin orta yaşlı nəslinin də müəyyən hissəsinin bu Superkubok oyununda komandamıza simpatiya göstərəcəkləri vurğulanmışdı.
Komanda rəhbərliyindən xahiş edirik ki, Habil bəyin təklifinə diqqətlə yanaşsın. Amma bundan öncə II dövrənin ilk turunda “Simurq”la Bakıda oynanılacaq oyunda Superkubok oyununa  motivasiya üçün qələbə böyük ölçüdə rol oynayacaq. Biz komandamıza hər iki oyunda uğur arzulayırıq.
 

13 thoughts on “"Xəzər Lənkəran"a dəstək hər yerdə”

  1. Mirhafiz bəy, mən bir az əvvəl “Sportarena” saytından həmyerlimiz Elnur Kəlbizadənin elə bu mövzuda bir yazısını oxudum. Elnur da yazısında qeyd edir ki, Naxçıvanda komandamızın kifayət qədər pərəstişkarı var və komandamıza lazımı dəstək olacaq. Məlumat üçün bildirim ki, Elnur Kəlbizadə Rüfət Nadirliylə birlikdə vaxtıyla Lənkəran televiziyasında işləyib. Hazırda dörd ilə yaxındır ki, Naxçıvan televiziyasının aparıcı əməkdaşıdır. Onu da deyim ki, Elnur Naxşıvanda yaxşı hürmətə malikdir. Əslən Lənkəranın Şilavar kəndindəndir.
    ******
    Siz deyən yazını oxumağa çalışaram. Mənim dediklərimə isə o da əsas verir ki, “Xəzər Lənkəran”, “Simurq”la oyundan dərhal sonra Naxçıvana uçmağı planlaşdırır, “Neftçi” isə məşqlərini Bakıda edib, oyundan bir gün qabaq ora getmək istəyir.
    Təsəvvür edin ki, bir neçə gün əvvəl gəlmiş komanda yerli publika qarşısında məşq keçir və istər-istəməz artıq məşqi izləyənlərə tanış olur və onların rəğbətini qazanır. Bu da əlavə azarkeş dəstəyinə səbəb olacaq. Əksinə, oyuna bir gün qalmış gələn komanda isə azarkeşlər tərəfindən izlənə bilmədiyindən onunla tanışlıq qeyri-mümkündür. Mən bunu yazıda ona görə qeyd etmədim ki, rəqib də bundan yararlanmaq üçün fikrini dəyişə bilər. Söhbət məşqləri canlı izləməkdən gedir və biz bir azarkeş kimi bunun nə olduğunu yaxşı bilirik.

  2. Əgər hakim məsələsi olmasa ,Xəzərin qalib gəlməsinə inanıram ,Ramin Musayev planlarından xəbərimiz ,yoxdur ki o nə qazan qaynadacqaq. Superkuboku idarə edə biləcək hakimimiz yoxdur ,Xarici hakim lazımdır .Ölkə kubokun da gördüklərimiz ,Buna misal ola bilər. Meymun saşanın hərəkətlərinə göz yumdu .Əlyar Ağayev Hakimlər heç bir komandaya simpatiya göstərməməlidir .Amma bizdə onların hamısı ,Neftçi azarkeşidir .və belə demək mümükünsə boyunduruğları Sadıq Sadıqovun əlindədir .

  3. Her vaxtiniz xeyir!-Men başa duşmurem ki niye superkubuka bu qeder onem verilir.Menim ucun Simurqla oyun butun oyunlardan onemlidir.Bunun sebebini niye biz azarkeşler bilmirik?-Bu oynu İslam Cabbarli oynu kimi mediyaya ve futbulculara demek lazimdir.Hec duşunmusunuz ki,bosmanin ve 12cioyuncunun ne qeder azarkeşi var?.-Niye Simirqla oyuna motivasiya azdi,anlamiram!-Bir halda ki,bu oynu Islam beye hediyye etmek isteyirik,budurmu birliyimiz?
    *****
    Zəfər bəy, bu barədə bir təklifimiz olacaq.

    • Qurban Size!-Bu barede bir meqale yerleşdirin.En yaxşi hediyye bu ola bilmezmi?
      *****
      Zəfər bəy, bizim də bu fikrimiz var. Məqalə yerləşdiriləcək və azarkeşlərə müraciət olunacaq. Bilirsiniz ki, saytımızda baş xəbər kimi İslam bəyin durumu barədə gündəlik yeniliklər olunan xəbər yenilənərək qalmaqdadır. Bu gün İslam bəyin evə buraxılması barədə son əlavələr olunmuş həmin xəbəri, sabaha qədər saytda saxlamaq fikrindəyik. Onun yerində isə bu müraciət tipli xəbər yerləşdirmək lap yerinə düşər. Sizdən isə bir xahişimiz var. Bu oyun ekranlara yerləşmədiyi üçün, əvvəlki təcrübələrinizdən yararlanaraq, kameranızı oyunu tam lentə almaq üçün hazırlayın.

  4. Bu barede sayta nese gondermişem ve xahiş edirem ki bu barede yazilari silesiniz.qoy surpriz olsun.cavabi mailime gonderseniz memnun olaram.
    *****
    Yox narahat olmayın. Qoy azarkeşlər elə məlumat tutsunlar ki, buna hazır olsunlar. İndiki yenilənən xəbərin heç olmasa sabaha qədər qalmasını istədik deyə belə alındı.

    • Men uzerime duşduyumu heves ve sevgi ile ederem.Her halda hemin gun Bakidan Ceyranbatana vacib işim olduqu halda.Yotubede tesdiqlenme vaxt aparir,bu vaxti ve Bayildan Nerimanova qayitmaq vaxtini xahiş edirem nezere alasiniz.Her halda axşam saatlarinda hemin videogoruntuleri gondermeyimi uzurlu bilseniz cox şad olardim.Cunki menden asili deyil.Teşekkur edirem !
      *****
      Bunun edilməsi artıq, siz tərəfindən böyük bir işdir. Təbii texniki proseslərin də vaxt aldığını unutmuruq. Özü də 90-dəqiqəni əhatə edərsə. Öncədən təşəkkür edirik.

  5. Mirhafiz bəy ,məncə Zəfər-lerikli tələsir ,Əgər qələbə qazansalar bu qələbəni İsalm bəyə həsr etmək olar ,Şər deməsən xeyr gəlməz deyiblər ,oyunda başqa nəticə olarsa ,onda necə olar ? Mən isə Superkubok da qazanılan qələbəni ,İsalm bəyə həsr edərdim .
    *****
    Bu oyunda qələbəyə inam böyükdür.

    • Bu oyunda boyukhesabli qelebe olar.Ele İslam beyede bele qelebeler yaraşir.Kamandamizin indiki durumu onu gorsedir ki ,istenilen kamandani meqlub eder.Men bu umidle Bayil-arenaya gederem

      • O qeder azarkeşlerde inam zeifleyib ki,qelebeye inanmaq bele cetin gorunur.Birde realliqi nezere alsaq,inden bele Xezerin qabaqinda futbol oynamaq butun kamandalar ucun cox cetindir.

    • Kamandani ve futbolculari bu barede oyuna motivasiya etmek lazimdir ki,dahada urekle oynasinlar.Elbette qelebe olan yerde bu oynu butovlukde Islam beye hediyye ederik.

  6. Salamlar cooox cooox tesekkurumu bildirirem sizlere ki menim muraciyetimi bucur deyerlendirdiz amma butun bunlara baxmayaraq helede mene hec bir xeber gelmeyib buna cox tesuflendim o menadaki Xezerin bakidaki oynlarina Xezer rehberliyi cox diqqetle yanasib ekser oynlarda forma ve biletlerle azerkesleri temin etdiyi halda bunu Xezer Lernkeranin Naxcivandaki azerkesleri ve hemyerlileri ucun etmir helede menim muraciyyetimle bagli hec bir xeber yoxdu amma butun bunlara baxmayaraq biz hamiz ayin 23 de Naxcivan Seher Merkezi stadiyonda olacagiq ve xezeri maksumum destekleyerik helede umidimi uzmemisem insallah musbet rey geleceyine inaniram.
    *****
    Habil bəy, sizin müraciətiniz o qədər vətənpərvər, yurdpərvər müraciət idi ki, ona reaksiya verməmək mümkün deyildi. Biz sizlərlə fəxr edirik və müraciətin nəticəsindən asılı olmayaraq, Superkubokda böyük dəstək gözləyirik. “Bosman” fanklubu olaraq, sizi bundan sonra da dəstəkləməyə çalışacağıq. Gələn il “Araz Naxçıvan” da İnşallah premyer liqaya vəsiqə qazanar və “Xəzər Lənkəran” üçün orda bir fanklubluq insan var. Qaldı ki, müraciətinizə, saytımız vasitəsilə bu klub rəhbərliyinə də çatmamış deyil. Biz əlimizdən gələni edirik.
    “Bosman” fanklubu olaraq, gümanlarınızdan fərqli, hələ indiyə qədər klubdan nə bir bilet, nə də bir forma almışıq. Biz bunu ancaq “Bosman”ın adından deyə bilərik. “Bosman” fanklubu müstəqil fanat qurumunun necə ola biləcəyini sözün əsl mənasında sübut etmiş bir fanklubdur. Biz bununla fəxr edirik. Habil bəy sizdən komandamıza möhtəşəm dəstək gözləyirik. Sağ olun ki, varsınız!

Comments are closed.