"Xəzər Lənkəran" məşqlərini bərpa etdi

Premyer Liqanın son turunda “Rəvan”la görüş sonrası iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” hazırlığını bərpa edib. Komandamız bu gün axşam saatlarında Lənkərandakı bazasında məşqə çıxaraq çalışmalarına start verib. Milli komandamızın qarşıdakı DÇ seçmə oyunları ilə əlaqədar “Xəzər Lənkəran”ın da bir neçə futbolçusu millinin düşərgəsindədir ki, bu səbəbdən Rahid Əmirqliyev, Rasim Ramaldanov, o cümlədən U-21-in düşərgəsində olan Orxan Sadıqlı və Ağabala Ramazanov, həmçinin U-19 tərkibində ölkə xaricində olan Kamran Abdullazadə məşqlərə qatılmayıblar. Bir saat davam edən məşqdə futbolçularımız əsasən bərpa məşqini keçirib və daha sonra taktiki çalışmaları yerinə yetiriblər.
MƏNBƏ: lankaranfc.com