"Xəzər Lənkəran" 2 – 1 "Qarabağ"

3 aprel, 2010-cu il saat 18:00, “Xəzər Lənkəran Mərkəzi Stadionu”.
12440 azarkeşin izlədiyi bu matçı baş hakim Anar Salmanov və köməkçiləri Azər Əsgərov və Vaqif Musayev idarə edirdi. Dördüncü hakim isə Azad Mütəllimov idi.
AFFA nümayəndəsi Vaqif Məmmədov, Hakim inspektor Orucəli Durmuşov.
2:1 hesabı ilə xeyrimizə bitən bu oyunda, bizim qollarımızı İvan Çvetkov 45 (p) vəMario Souza 54-cü dəqiqədə rəqib qapısından keçirdi. Rəqib isə Georgi Adamiyanın 62-ci dəqiqədə qapımıza vurduğu qolla yalnız təsəlli tapa bildi. Onu da deyək ki, bu matçda yalnız iki sarı vərəqə göstərildi ki, bu da 44-cü dəqiqədə M.Medvedyevə və 64-cü dəqiqədə isə R.Sadıqova xəbərdarlıq edildi. Birinci hissəyə 1-dəqiqə, ikinci hissəyə isə 3-dəqiqə əlavə edilməsinə baxmayaraq komandamız sona qədər üstünlüyünü qoruyub saxlaya bildi.
Bu ərəfədə, AFFA rəhbərliyi tərəfindən yazılı xəbərdarlığa məruz  qalan PFL prezidenti Ramin Musayevi də yada salmamaq olmur.Səhlənkar çıxışları ilə çox diqqət çəkən bu adamın bir sözü yada düşür: ”A.Mircavadov özünden yaşca çox kiçik olan Q.Qurbanova, A.Əsədova qalib gələ bilmirsə günahı özündə axtarmalıdır.” Amma bu tur göstərdi ki, R.Musayevkimilərin barmağı olmasa, nəinki A.Mircavadov hətta onun köməkçiləri belə çoxlarına qalib gələ bilər. Çünki bu matç da daxil olmaqla  A.Mircavadov oyunları daha 3 dəfə tribunalardan izləməlidir.Bütün bunlara baxmayaraq “Xəzəz Lənkəran” bütün komponentlərdə güclüdür və həmişə qələbələrə layiq olduğunu sübut etmişdir. Sizin bütün əngəllərinizə baxmayaraq çempion və kubobiz olacağıq İNŞALLAH !
 
Arxiv: Bosman.at.ua