”Xəzər Lənkəran”lı futbolçunu durduran tapılmır

Hazırda İstanbulda toplanışda olan Azərbaycanın 17 yaşlılardan ibarət futbol komandası növbəti yoxlama oyununu keçirib. “Kartalspor” klubunun U-17 komandası ilə keçirilən görüşdə millimiz 0-1 hesabı ilə qalib gəlib. Millimizin yeganə qolunu yenə də “Xəzər Lənkəran”ın gənc forvardı Elnur Cəfərov vurub. Xatırladaq ki, U-17 millimizin bütün qələbələrində payı olan futbolçumuz bir neçə gün öncə “Beşiktaş” klubunun U-17 komandası ilə görüşdə də millimizin yeganə qolunun müəllifi olmuşdu.

 
Mənbə: Lankaranfc.com

7 thoughts on “”Xəzər Lənkəran”lı futbolçunu durduran tapılmır”

  1. VALLAH BU UŞAQ TAPINTIDIR. MƏN ONU KÖRPƏLIYINDƏN İZLƏYİRƏM. BİRAZDA SÜMÜKLƏRİ BƏRKİSİN GÖRƏRİK,ƏSAS HEYƏTDƏ VURDUĞU QOLLARLA BİZİ NECƏ SEVİNDİRƏCƏK. ELNURA ELƏBİL İLAHİ VERGİ VERİLİB.
    *****
    Biz də hamı kimi bu gələcəyi səbirsizliklə gözləyirik.

  2. Axşamınız xeyirli olsun, salam Admin! Oyunun 75-ci dəqiqəsinə kimi komandamız normal, baxımlı oyun oynadı. İlk qələbəyə görə bütün Xəzərliləri təbrik edirəm!

Comments are closed.