Buradasınız Əsas » Transferlər » “Xəzər-Lənkəran”ın yeni əcnəbi qapıçısı, Deniss Romanovs. İki illik müqavilə (YENİLƏNİB)
  • Bookmark and Share

“Xəzər-Lənkəran”ın yeni əcnəbi qapıçısı, Deniss Romanovs. İki illik müqavilə (YENİLƏNİB) 

Romanov-Denis

“Xəzər-Lənkəran” klubu yeni əcnəbi qapıçı ilə müqavilə imzalayacaq. Klubun vitse-prezidenti T. Nadirovun mətbuata verdiyi açıqlamaya görə, komandamız heyətini, Latviya yığmasının və Praqanın “Slaviya” klubunun üzvü Deniss Romanovsla gücləndirib.

Yaş: – 32;

Boy: – 1,87

Deniss Romanovs komandamızda baxışdan uğurla keçdikdən sonra , onunla danışıqlara başlanılmışdı və son günlər bu danışıq prosesi uğurla bitdiyindən onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilir.

Deniss Romanovs karyerasına vətənində başlamış və on il müddətində öz çempionatlarında çıxış etmişdir. O, 2004-cü ildən Latviya millisinə dəvət alır. Legioner kimi, yeni baş məşqçimiz Mirça Rednikin rəhbərliyi altında, Buxarestin “Dinamo” klubunda çıxış edib. Daha sonra Deniss Romanovs, karyerasını Çexiyanın tanınmış klubu olan “Slaviya”da davam etdirib

Uğurlu olsun!

Latviya milli yığmasının qapıçısı “Xəzər Lənkəran”a transfer oldu

Latviya yığma komandasının qapıçısı Deniss Romanovs “Xəzər Lənkəran” klubuna keçməsi ilə bağlı bu gün iki illik müqavilə imzalayıb. İmzalamadan qabaq futbolçu həmin gün tibbi müayinədən keçib.

1978-ci il təvəllüdlü D.Romanovs klubumuza Çexiyanın Premyer Liqasında oynayan Praqanın “Slaviya” komandasından gəlib.

“Slaviya”dan qabaq D.Romanovs Rumıniyanın “Dinamo” Buxarest komandasının qapısını qoruyurdu (2006-2009), ondan əvvəl isə Latviyanın Premyer Liqasında iştirak edən “Ditton” (2006), “Ventspils” (2000-2005) və “Valmiera” (1999-2000) komandalarının şərəfini qoruyub.O, latış, rus, ingilis və çex dillərində danışır.

 Mənbə: Lankaranfc.com

 

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


altı − 5 =