Buradasınız Əsas » Transferlər » “Xəzər Lənkəran”, William Thiego de Jesus ilə anlaşmaq üzrədir
  • Bookmark and Share

“Xəzər Lənkəran”, William Thiego de Jesus ilə anlaşmaq üzrədir 

William Thiego de Jesus

“Xəzər Lənkəran” düşərgəsinə yeni futbolçu dəvət edib. Məlumata görə, hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan cənub təmsilçisi braziliyalı Thiegonu transfer etməyə yaxındır.

Tam adı, William Thiego de Jesus olan 28 yaşlı mərkəz müdafiəçisinin son klubu “Figueirense” FC olub.

2013-cü ili bu komandada keçirən arxa xətt oyunçusu karyerası boyu vətənində, “Serqipe”, “Qremio”, “Bahia” və “Çeara”nın, Yaponiyada isə “Kioto Sanqa”nın şərəfini də qoruyub.

Uilliam Türkiyəyə yollanmazdan əvvəl “Figueirense” azarkeşlərinə müraciət edib: “Hamınızı çox sevirəm. Qızım xəstə olarkən, klub və azarkeşlər tərəfindən aldığım dəstəyi heç vaxt unutmaram. Lakin mən aldığım təklifi dəyərləndirməyə bilmərəm. Bu üzdən sizlərlə vidalaşıram”.

Mənbə: Apasport.az

8 Şərh yazıya: “Xəzər Lənkəran”, William Thiego de Jesus ilə anlaşmaq üzrədir

  1. Qabil

    Salam, Mirhafiz müəllim! Komandamıza müdafiəçi lazım idi çünki, müdafiə xəttimiz də ürəkaçan deyildi. Qaldı yeni müdafiəçinin hansı səviyyədə olması, onu da zaman göstərər. Müəllim, əgər yeni müdafiəçi barədə səhih məlumatlar əldə etsəniz bizi də məlumatlandırmağınızı xahiş edirəm. Qabaqcadan Sizə təşəkkür edirəm.

     
  2. Zefer Lerikli

    MƏN NECƏ “XƏZƏR LƏNKƏRAN” İSTƏYİRƏM.

    Muəllim salam!.Elə bir kamanda istəyirəm ki,bizi nəinki öz qələbələri ilə,elə öz məğlubiyyəti ilə sevindirə bilsin.
    Elə bir kamanda oyunculari istəyirəm ki ,hər oyundan sonra azarkeşlərə yaxinlaşib qələbəyə bir yerdə sevinib,məğlubiyyəti bir yerdə böluşə bilsin.
    Elə kamanda rəhbəri istəyirəm ki ,hər oyundan sonra azarkeşlərlə sağollaşmaği özunə fəxr bilsin və azarkeşdən qacmasin.Azarkeşdən azarkeşin istədiyi və haqq etdiyi informasiyani gizlətməsin və onu aldatmasin.
    Elə klub istəyirəm ki ,ən azi 5 ilə hesablanmiş proqrami olsun.Kamandada olan dəyişiliklər umumi işə təsir etməsin.
    Elə transfer istəyirəm ki,bir oyuncu gətirib dörd uyuncunun faydasini görsun.Dörd oyuncu gətirib, bir oyuncu qədər fayda verə bilməyən transferlərdən qacsin.

    Elə “Xəzər lənkəran” istəyirəm ki, bizi Avropa ölkələrini səyahətə birgə getməyə həvəsləndirsin və uğurlarimizi dunyada bayram etməsinə qismət eləsin.

    Gələn transfer necə olar,demək cətindir.Transferin başa catmasina az qalmiş torumuza kaş “qizil baliq” duşmuş olaydi.Xəyallarinda gercək olmasini isterdim…..

     
    • Zefer Lerikli

      Muəllim!-Məni ən cox qayğilandiran kamandamizin hucum xəttidir.Bizim hucum xəttimiz yox dərəcəsindədir.Mbilla Etame ilə tendensiya təşkil edən hucumcu təsəvvur edilməyəcək qədər vacibdir.Hucum xəttimizdə transfer olmasa, edilən butun transferləri mənasiz sayaram.Siz demişkən,Allah Nildonun urəyinə rəhm salsin.Yoxsa ucuncu dövrədə bizi nə gözləyər,təsəvvur edə bilmirəm.Hucumcu transferini hər saat gözləyirəm.Daha meydanda “ucuz futbol” kamandamdan görmək istəmirəm.
      *****
      Nildo bizi yaman sıxır. Hücumda monopoliya yaradıb.

       
  3. van persi

    birde hucumcu qaldi
    *****
    Nildo mərhəmətini bizdən əsirgəməsə…

     
  4. van persi

    Öncədən də xəbər verdiyimiz kimi “Xəzər Lənkəran”ın düşərgəsində Braziliyadan futbolçu qoşulacaqdı. Artıq adını da dəqiqləşdirdiyimiz futbolçu Cənub klubunun düşərgəsindədi.
    Klubdan əldə etdiyimiz məlumata görə, “ağ-yaşıllar”a qoşulan futbolçu Tieqodu.
    Tam adı Villian Tieqo de Jesus olan 28 yaşlı futbolçunun son iş yeri ölkəsinin “Fiqueyrense” klubu olub. Mərkəz müdafiəçisi burada 43 oyunda 4 dəfə fərqlənməyi bacarıb.
    2009-2010- mövsümündə Yaponiyanın “Kioto Sanqa” klubunun şərəfini qoruyan Tieqo hələ ki, yeganə legioner həyatı yaşadığı klubda 11 oyun keçirdib. O, bundan əlavə ölkəsinin “Serqipe”, “Qremio”, “Bahia” və “Çeara” kimi klublarının formasını geyinib.

     
  5. R.S.

    Bizə hücumçu lazımdır .Mirhafiz bəy sizcə Nildo icazə verərmi?
    *****
    İki gündür Nildo həzrətlərinin mərhəmətə gəlməsi üçün şərhlərə cavabda, əlimdən gələni edirəm.

     
  6. R.S.

    Allah özü bizlərə Rəhm edib onun könlünə rəhm salsın.
    *****
    Əziz Nildocan gəl bu daşı tök ətəyindən və bizə rəhm elə.

     
  7. R.S.

    Nadirov cənabları deyir ki birbaşa müqavilə imzalanacaq futbolçular gəlir ,İananaqmı,inamayaqmı?
    *****
    Əgər bizim təzyiqləri yumşaltmaq üçün deyirsə, bunu baş tutmamış hesab etsinlər. Lazımi transferlər edilməyincə təzyiqlərimiz davam edəcək. Yavaş-yavaş nəticə ortaya çıxır. Bu gün braziliyalı müdafiəçinin alınmasında bunun təsirini gördük. Axı biz özümüzə heç nə istəmirik. İstəyimiz Lənkəran futbolunun və eyni zamanda klubun sahibinin layiqli təmsil olunmasıdır.

     

Şərh əlavə et


dörd + = 13