"Xəzər Lənkəran" növbəti dəfə məhkəməyə verilib?

“Xəzər Lənkəran”ın bu yay heyətinə qatdığı hücumçusu Etame Mbilla ilə bağlı çox ciddi problemi yaranıb. Mbilla vaxtilə çıxış etdiyi Türkiyənin “Adanaspor” klubundan qaydalara uyğun şəkildə ayrılmayıbmış.
Futbolçu sadəcə klubla müqaviləsini birtərəfli qaydada ləğv edərək cənub təmsilçisinə keçmişdi.
Məhz bunu əsas gətirən “Adanaspor” öz hüquqlarını qorumaq üçün FİFA və UEFA-ya şikayət ünvanlayıb. Hazırda beynəlxalq futbol qurumları bu məsələ ilə məşğuldu. Ya Mbilla özü, ya da “Xəzər Lənkəran” sözügedən keçidə görə müəyyən məbləğdə təzminat ödəməlidi. Lakin təzminatın məbləği bilinmir.
Maraq üçün xatırladaq ki, Etame 2008-2013-cü illər aralığında “Adanaspor”da çıxış edib. bu ilin yayında isə o, “Xəzər Lənkəran”a transfer olundu. Bu müddət ərzində o, 12 oyuna çıxıb və 3 qol vurub.
Mənbə: futbolinfo.az

2 thoughts on “"Xəzər Lənkəran" növbəti dəfə məhkəməyə verilib?”

  1. Maraqlısı odur ki, “Adanaspor” klubunun rəhbərliyi Etame Mbillanin komandamıza keçidini niyə indi gündəmə gətirir. Artıq altı aydır Etame “Xəzər Lənkəran”da top qovur. Beş il “Adanaspor” klubunun şərəfini qorumuş, onun qələbələrində birbaşa pay sahibi olmuş keçmiş futbolçusunu məhkəməyə vermək yaxşı əlamət sayılmamalıdır.

Comments are closed.