Buradasınız Əsas » Xəbər » “Xəzər Lənkəran” Mustafa Denizli ilə ilk məşqini keçdi (Video)
  • Bookmark and Share

“Xəzər Lənkəran” Mustafa Denizli ilə ilk məşqini keçdi (Video) 

XL-sarikin ustunde

Bu gün “Xəzər Lənkəran” yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk məşqinə çıxdı. Həmin məşqdən görüntülər və həmçinin komanda üzvlərinin fikirlərini eksklüzivolaraq “Xəzər Lənkəran” TV vasitəsilə diqqətinizə çatdırırıq:

Mənbə: Lankaranfc.com

4 Şərh yazıya: “Xəzər Lənkəran” Mustafa Denizli ilə ilk məşqini keçdi (Video)

  1. Qabil

    Salam, hörmətli DOKTOR! M.Dənizlinin gəlişi komandanın bazasında bir canlanma yaradıb. Bilmirəm bu gün mənə elə gəldi, ya həqiqətən də belə idi. Məşq prosesi qapalı olduğundan baxa bilmədim. Amma, stadionda tanışlardan biri dedi ki, yeni yaradılmış “Xəzər Lənkəran-TV” də məşq prosesi canlı göstəriləcək. Mən də XL-TV də baxdım. Məncə Mustafa bəy çox diri bir məşq keçdi. Görək əsas oyunlarda qurduğu taktikası hansı nəticəni verəcək.
    *****
    Salam, Qabil bəy! Biz Mustafa Denizlini çoxdan tanıyırıq deyə ona olan ümidimiz də böyükdür. Ona görə də bu məsələyə yazılarımızda da nikbin yanaşma nümayiş etdirmişik. Ona süni maneə yaradılmasa çox uğurlu olacaq komandamız üçün. Maneələrin yaradılma ehtimalı da çox azdır. Çünki bu iş birbaşa Mübariz müəllimin nəzarətindədir.

     
  2. Qabil

    Mənsə Mustafa bəy haqqında yüksək fikirdə deyiləm. Türkiyə millisindəki(1996-2000) oyunlarını yaxından izləmişəm. Qaldı üç böyük klubu çempion etməyinə, “Qalatasaray”ı və “Fənərbağça”nı çempion edəndə hər iki klubun başında alman baş məşqçi dururdu və Mustafa bəy hazır qurulmuş komandaları onlardan təhvil alıb çempion etmişdi. Təkcə “Beşikdaş”ın çempionluğu sırf M.Dənizlinin əməyidir çünki,çempion heyyəti özü qurmuşdu. Birdə ki,bu üç böyük klubun başında kim olur-olsun, hər il biri çempion olur. Dahi məşqçi odur ki,ortabab komandaları çempion etsin. Mustafa bəy işlədiyi 6-7 ortabab klublarda heç nəyə nail olmayıb. Bu səbəbdən Mustafa bəyə çox da güvənmirəm. Böyükağa da “Neftçi”ni çempion edib deyə güclü məşqçidirmi?
    *****
    Biçərə də Rednikdən hazır komanda qalmışdı. O isə Mustafa bəydən fərqli, hazır komandanı məhv etdi. Belə misallar çoxdur. Bir də Mustafa bəyi özündən müştəbeh biri ilə müqayisə etmək də düzgün olmazdı. Elə deyilmi, Qabil bəy?
    ,

     
  3. R.S.

    Mirhafiz bəy penaltini niyə Nildo vurdu bilə -biləki vura bilmir .o da Messi deyil ki ,ona pis təsir etsin .Çox məsuliyyətsiz addım oldu futbolçular tərəfindən .Komandanı Nildoya qurban verdilər.
    *****
    Bilə-bilə ki, Nildo AZAL-dan gəlib və belə anlarda oyunçuda həyəcan ola bilməsi labüddür. Gərək nə o, nə də komanda yoldaşları, həm də məşqçilər belə momentdə Nildonun penalti zərbəsini yerinə yetirməyinə imkan verməyəydilər. Bir də axı siz demişkən Nildo Messi deyil ki, bilə psixoloji momentlərə hazır olsun.

     
  4. Qabil

    Axşamınız xeyir, Mirhafiz müəllim! Mən Mustafa bəyin Türkiyə futbolu üçün etdiklərinə kölgə salmaq fikrindən uzağam. Mustafa bəy 3-5 il əvvəl həqiqətən bizim üçün əlçatmaz bir baş məşqçiydi. Sadəcə mən Mustafa bəyi özüm üçün F.Terimlə, Ş.Günəşlə müdayisə edəndə bir çox nüansları aydınlaşdırmışam. Mən hələ Avropanın tanınmış və ortabab baş məşqçilərini M.Dənizliylə müqayisə etmirəm. Qaldı Biçərlə müqayisəyə, Biçər bundan sonra nə qədər işləsə də heç vaxt Mustafa bəyin qazandıqlarının 5%-ni qazana bilməz. Hətta bizim bəzi yerli baş məşqçilərimiz Biçərdən xeyli səviyyəlidir.

     

Şərh əlavə et


+ 7 = doqquz