"Xəzər Lənkəran", "İbrahimXəlil Axundlu"da məşqlərə başladı

Azərbaycan Kubokunun “Araz Naxçıvan” – “Xəzər Lənkəran” ¼ final ilk oyun qarşılaşması üçün komandamız Naxçıvana yola düşüb. İki gündür  Muxtar Respublikada məskunlaşan “Xəzər Lənkəran” martın 10-da matçın keçiriləcəyi arenada ilk məşqinə çıxıb. Saat 11-də start götürən hazırlıq bir saat davam edib və futbolçularımız taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər. Zədəli futbolçular siyahısına braziliyalı müdafiəçimizi Vilyam Tyaqo da qoşulub və onunla birgə Adrian Skarlatake də məşqi kənardan izləyib. Martın 11-də oyun öncəsi son məşqinə çıxacaq komandamız hazırlıq prossesinin ardından istirahətə çəkilib matç saatını gözləyəcək. Xatırladaq ki, mart ayının 12-də baş tutacaq “Araz Naxçıvan” – “Xəzər Lənkəran” görüşü “Xəzər Lənkəran TV” ilə canlı yayımlanacaq.

Mənbə: Lankaranfc.com

7 thoughts on “"Xəzər Lənkəran", "İbrahimXəlil Axundlu"da məşqlərə başladı”

  1. Salam Mirhafiz müəllim! Naxçıvan torpağından “Xəzər Lənkəran”ın qələbəylə dönməsinə heç bir bəhanəsi olmamalıdır. Ardıcıl xalların eninə-uzununa xərclənməsi artıq çempionatda birinci üçlükdə yer almaq arzusunun üzərindən çalın-çarpaz bir xətt çəkmiş oldu. Ümid kubokadırsa və ya M.Dənizli bir cəbhədə döyüşməyə üstünlük verirsə bundan sonra meydana eksperimental heyyətlə deyil, optimal bir heyətlə çıxmalıdır. M.Dənizlinin “Xəzər Lənkəran”da çalışdığı 100-günü artıq arxada qalıb amma, biz hələ də start heyətdə optimal onbirlik görmürük. Mən demək olar ki, hər gün az qala bütün futbol saytlarına nəzər salıram və ümumi fikir son iki ildə əsasən “Xəzər Lənkəran”ın qapı xəttinin zəif olması göstərilir. Bilmirəm mənimlə razılaşarsız ya yox, hər iki dahi baş məşqçi Orxana bəs qədər şans verdilər. Amma hər oyun iki qol buraxır və bu artıq adət halına keçib. Bu nəvaxta kimi belə olacaq, bilən yoxdur. Hərdən mənə elə gəlir ki,mən görmürəm, bəlkə doğurdan da Opxan səviyyəli qapıçıdır.
    *****
    Qabil bəy, sizə də salamlar olsun! Yadınızdadırsa biz bu qapıçı məsələsini bir dəfə satımızda, Aleks Ferqyussənun timsalında müzakirə etmişik və qəti qərara da o, vaxt gəlmişdik. Mən həmin fikrin üstündə yenə israrlıyam.

  2. Müəllim, Ser Aleks Ferqyussenin timsalında çəkdiyiniz misalı xatırladım. Sizin fikriniz mənim üçün önəmlidir və məni qane edir. Sizin bir fikrinizi heç vaxt unutmuram. “Axı biz özümüzə heç nə istəmirik. İstəyimiz Lənkəran futbolunun və eyni zamanda klubun sahibinin layiqli təmsil olunmasıdır”.
    Odur ki, məndə komandamızda olan çatışmamazlıqları təkrar yazmaqla ictimailəşdirmək istədim ki, bəlkə az da olsa bir xeyri olsun.
    *****
    Hər işdə bir hikmət var, Qabil bəy! İnşallah bundan da bir xeyir gələr komandaya…

  3. Motivasiya!-Bu nə olan şeydir ki…..
    Dunya təcrubələrindən daha doğrusu futbol təcrubələridən coxunun xəbəri var.Bu təcrubələr “motivasiya”-nin top və futbolcudan tutmuş istənilən oynun son saniyələrindən sonrada muəyyən vaxta kimi davam edir.Bu oyuna motibasiya olunmağinin təsirindən yaranir və ya hec yaranmir.
    Dunya nəhənglərindən sayilan “Barselona” “Real” kimi kamandalar özundən cox aşaği səviyyədə olan kamandalara uduzur.Bu zaman önə cixan problem kimi yalniz oyuna motivasiya ola bilməmək göstərilir.Bu futbolun bəlasi və mən deyərdim ki, peşəkar bəla olmamaqdir.Bu motivasiyanin azliği və rəqibi saymamağinin rahatliq “azari”dir.
    Aydin məsələdir ki, bu motivasiya (köklənmək , həvəs yaratmaq ,istək və rəqabət , həmcinin məqcədə çatmaq ucun çarpişmaq,mubarizə edib yalniz qalib gəlmək kimi anlaminda işlənə bulər) nəinki futbolda ,elə real həyatda da başlica amillərdəndir. Kamandamiz qiş fasiləsi ərəfəsində muəyyən ilk oyunlara yaxşica motivasiya ola bilmişdi. Lakin bu sonraki oyunlara catmadi.Sonraki məğlubiyyətlər bunu təsdiq etdi.
    Sabah kubok qarşilaşmasinda birinci divizion təmsilcisi Naxcivanin “Araz” kamandasi ilə bizi cətin oyun gözləyir.Gəlin kamandamiza dəstək olaq və qələbədə azarkeş payimizi verək.Umid edək ki ,kamandamiz qələbə ilə qayidacaq.Cunki bu oyuna motivasiya olmaq əvvəlki oyunlara nisbətən coxdur və qələbəmiz daha yaxin görsənir.Sabah ancaq qələbə olacaq.Buna əminəm və sizdə bu əminliklə sabaha inamla baxin.İnşallah!. Deyəsən lap cox bu oyuna özum motivasiya olmuşam e..
    *****
    Zəfər bəy, şərhinizi oxuduqca adam bu oyuna motivasiya olur sanki. Siz artıq azarkeşlərimizi də motivasiya etdiniz.

    • mən motivasiya ola bimirəm Komandada zədəlilər çoxdur .Müdafiəmiz çox pisdir ,uşaq səhvləri buraxırlar .Birinci qol vursaq nəsə etmək olar ,Orda uduzsaq da qollarımız olmalıdır.
      *****
      Münasibətinizdəki hər iki fikirlə razıyam.
      Bir də onu deyim ki, sizə çatacaq kitabı, sabah İnşallah İslam müəllimə catdıracağam.

      • Çox sevindim.Allah köməyiniz olsun .Səbirsizliklə gözləyəcəm.Tanrıdan sizə ,can sağlığı .və bütün görəcəyiniz işlərdə həmişə yaşıl işığın yanmasını istəyirəm.İmzanızı da yaddan çıxarmayın

    • Dunya təcrubələrindən daha doğrusu futbol təcrubələridən coxunun xəbəri var.Bu təcrubələr “motivasiya”-nin top və futbolcudan tutmuş istənilən oynun son saniyələrindən sonrada muəyyən vaxta kimi davam edir.Bu oyuna motibasiya olunmağinin təsirindən yaranir və ya hec yaranmir.
      Təssuf yenə!-Son dəqiqələrə kimi motivasiya olunmaği bacarmadiq.Biz hələ oyundan sonrada ən azi bu motivasiya deyilən ruhi gözəlliyi oyuncularimiza aşilamağa calişmaliyiq.

Comments are closed.