"Xəzər Lənkəran" bu gün ölkə kuboku yarışlarına qoşulur ("XL-Tv" ilə Canlı izlə)

Bu gün, dekabrın 4-də, futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir. Təbii ki, 16 komandanın iştirak etdiyi bu mərhələdə keçirilən 8 matçın hamısı bu günə təsadüf edir. Azərbaycan bu kubok mövsümünə 1/16 final mərhələsi ilə başlayıb. 1/16 final mərhələsində birinci divizionun bir sıra komandaları qarşılaşıb ki, bunlardan qalib olanlar 1/8 final mərhələsinə vəsiqəni özləri üçün təmin ediblər. 1/16 final mərhələsinin oyunları aşağıdakı kimi nəticələnmişdi:
1/16 final
23 oktyabr

1. “Şuşa” 4–2 “Şahdağ” (protokol)
2. MOİK 1–3 “Qaradağ Lökbatan” (protokol)
3. “Mil-Muğan” 4–2 “Lokomotiv” (protokol)

30 oktyabr

4. “Araz Naxçıvan” 1–0 “Ağsu” (protokol)
1/8 final mərhələsində daha güclü komandalar mübarizəyə qoşulur ki, “Xəzər Lənkəran” da bu sıradadır. Komandamız bu gün doğma arenada Neftçalanın eyniadlı klubu ilə qarşılaşacaq. Yeni baş məşqçimiz Mustafa Denizli ilə ilk rəsmi oyununa çıxacaq “Xəzər Lənkəran”ın “Neftçala” ilə kubokun 1/8 final mərhələsinin oyununa AFFA nümayəndələrinin təyinatları da artıq məlumdur. Onu da deyək ki, mövcud reqlamentə görə 1/8 final mərhələsi, ənənəvi ev və səfər qarşılaşmalarından ibarət olmayacaq. Mərhələnin qalibi bu günki tək qarşılaşmada müəyyən olunacaq. Oyun, “Xəzər  Lənkəran mərkəzi stadionu”nda saat 17:00-da start götürəcək. Qeyd edək ki, bu oyunun birbaşa translyasiyası yeni fəaliyyətə başlamış “Xəzər Lənkəran TV” ilə nəzərdə tutulur. Oyuna baxmaq üçün keçid linklərini təqdim edirik.                   “XL-Tv”-1,         “XL-Tv”-2.
“Xəzər Lənkəran” 4 – 0 “Neftçala”
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Xəzər Lənkəran mərkəzi stadionu, 17:00
1/8 final mərhələsinin digər oyunları isə belədir:
“İnter” 7 – 0 “Şuşa”
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Şəfa” stadionu, 17:00
“Neftçi” 1 – 0 “Kəpəz”
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Fazil Mürşüdov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 14:00
“Qaradağ Lökbatan” 2 – 5 “Rəvan”
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Şahin Cəfərov
“Bayıl Arena” stadionu, 12:00
“Bakı” 2 – 1 “Sumqayıt”
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 13:00
“Mil-Muğan” 1 – 2 “Qəbələ”
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu, 13:00
“Qarabağ” 1 – 0 AZAL
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu, 16:30
“Araz Naxçıvan” 2 – 2 “Simurq”  (penaltilərdə 4 – 2)
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Səfər Haşımov
Naxçıvan Muxtar Respublika stadionu, 14:00
Qeyd edək ki, komandamız bu mərhələdən qalib ayrılacağı təqdirdə “Araz-Naxçıvan” – “Simurq” cütünün qalibi ilə 1/4 final mərhələsində qarşılaşacaq. Komandamıza uğurlar arzulayırıq!
 

6 thoughts on “"Xəzər Lənkəran" bu gün ölkə kuboku yarışlarına qoşulur ("XL-Tv" ilə Canlı izlə)”

  1. Sevimli komandamıza uğurlar arzulayıram. Arzu edirəm ki, bugünki oyunda parlaq qələbə qazanıb gələcək qələbələrinin möhkəm bünövrəsini qoysun!

  2. canli serh olacaq?
    *****
    Bu gün oyundan canlı şərh nədənsə, olmadı. Ümidvarıq ki, növbəti oynlarda bu problem də aradan qaldırılacaq.

  3. Haminizi tebrik edirem doktur sizden bir soz sorusum zehmet olmasa cavab verin xahis edirem xezerin teze televiziyasinda yalniz oyunlara baxa bilerik?bes deyiller kulub haqqinda melumatlar video reportajlar olacaq zehmet olmasa qisada olsa melumat veresiniz biz bu televiziya vasitesi ile oyunlardan basqa ne kimi faydalana bilerik yeni neye baxa bilerik menim ucun cox vacibdir ona gore ki men qeribde yasayiram ona gore mene cox vacibdir xahis edirem aciqlama yazin evvelceden tesekkurumu bildirirem cavab yazdiginiz ucun hormetle herbici ilkin.
    *****
    İlkin bəy, sizi salamlayır və qələbə münasibəti ilə təbrik edirik. Sorğunuza cavab olaraq onu deyə bilərik ki, bildiyiniz kimi “XL-Tv” yeni fəaliyyətə başlayıb. Ona görə də hələ oyunlardan reportajlar verməklə bizi sevindirə bilir. Vaxt ötdükcə komandanın üzvləri, məşqçiləri, azarkeşləri barərədə verilişlər və müsahibələr, o, cümlədən “Xəzər Lənkəran” klubu ilə bağlı verilişlər hazırlayacaq. “XL-Tv” gün ərzində 24 saat fəaliyyət hələki göstərə bilməsə də, hər hansı veriliş olarsa, onun anonsu veriləcək. Təlim-məşq toplanışlarında olan azarkeş nigaranşılıqlarını aradan qaldırmaq və eyni zamanda bununla əlaqədar yoxlama oyunlarını translyasiya etmək iqtidarındadır. Sizə və uzaqda yaşayan azarkeşlərimizə uğurlar arzu edirik.

  4. Doktur minnetdaram cavab yazdiginiz ucun bir seyide sizden xahis edim Xl TV de oyunlarin reportajlariharda yerlesdirilib men bir sey tapmisam orda azalla ve qebelleyle oyunlarin oyunlari var Doktur men duz girmisem yoxsa sehv
    *****
    Dediyiniz oyunlar “XL-Tv” yaranmamışdan əvvəl də olsa, test üçün ora yerləşdirilib.

  5. Axşamınız xeyir, DOKTOR! Oyunu canlı izlədim və Mustafa Dənizlinin dəst-xəttini gördüm. Oyunun birinci hissəsində komandamız super idi. Xətlər arasındakı əlaqə, əsasəndə hər iki cinahlar əla işləyirdı. İkinci hissə nisbətən zəif keçdi. Məncə birinci hissədə qarşıya qoyulan tapşırıq yerinə yetirildiyindən Mustafa bəyin tapşırığına uyğun olaraq oyunçular əsassız zədələnmələrdən qorunmaq üçün biraz ehtiyatlı oynadılar. Oyun boyu Mustafa bəy çox diqqətliydi. Elə bil “İnter”lə oyuna buraxacağı start 11-liyi yoxlamadan keçirirdi.
    *****
    Hər vaxtınız xeyili olsun Qabil bəy! Düz buyurursuz. Mən internetdən izlədim oyunu. Biz demişdik ki, Mustafa bəy də Mirça Luçesku kimi sağdan, soldan, mərkəzdən, müdafiə və hücum, bir sözlə total futbol oynadır. Bu hələ ilk oyun idi və rəqib nisbətən az savadlı futbol oynayırdı. Növbəti matçlarda daha gözəl oyunların şahidi olacağıq məncə.

Comments are closed.