Buradasınız Əsas » Aktual » “Xəzər Lənkəran” azarkeşləri FİFA və UEFA ya müraciət edib
  • Bookmark and Share

“Xəzər Lənkəran” azarkeşləri FİFA və UEFA ya müraciət edib 

UEFA emblem

FIFA prezidenti cənab Yozef Blatterə və UEFA prezidenti cənab Mişel Platiniyə

Bilirik ki, hər iki qurum və onun rəhbərləri olan sizlər, yorulmadan dünyada və Avropada  futbolun inkişafına çalışır və daim öz töhfələrinizi verirsiniz. Bunların sübutu üçün çoxlu misallar göstərmək olar. Dünyada futbol yarandığı gündən bu yana çox qayda və qanunların tətbiqi nəticəsində müasir dövrünə qədəm qoymuşdur ki, indi sivil futbol qaydaları dünyanın hər hansı yerində eyni formada tətbiq olunur.

İnkişaf edərək bu günlərə gəlib çixmış futbol qaydalarından başqa, FİFA və UEFA-nın “No Racism” , “Fair Play” və s. kimi tövsiyyələri də bu məşhur oyuna bir gözəllik və centlmenlik gətirmişdir. Bütün bunlarla futbol daha çox sevilir və kütləviləşir desək yanılmarıq.

Futbola daha bir gözəllik gətirən onun milyonlarla azarkeşləridir. Onlar futboldan zövq alır, bununla yaşayırlar.

Biz “Xəzər Lənkəran” azarkeşləri də doğma klubumuzu sevir, onun həmişə var olmasını qəlbən arzulayırıq. Lakin doğma klubumuz zaman-zaman hakimlər tərəfindən və başqa təzyiqlərə məruz qalaraq layiq olduğu nəticələri əldə edə bilmir. Çoxlu misallar çəkib vaxtınızı almaq istəmirik. Ancaq son 2009/2010 mövsümünün son matçında, “Bakı”-“Xəzər Lənkəran” klubları arasında keçirilən Azərbaycan kubokunun final oyununda “Fair Play” qaydalarının pozulması nəticəsində doğma klubumuza daha bir haqsızlıq edildi. Aidiyyətli qurumların və şəxslərin isə burada heç bir “Fair Play” pozuntularının olmamasını bəyan etmələri sizlərə müraciət etməyimizə səbəb oldu.

Sizlərə müraciət edib bildirmək istəyirik ki, aidiyyətli qurumlar kimi tərəfinizdən, bütün dünyada stadionları bəzəyən və əməl edilən “Fair Play” şüarları, onsuz da buna məhəl qoyulmayan Azərbaycan stadionlarından yığışdırılsın. Onda biz də hansı qaydalar çərçivəsində futbol oynadığımızı bilərək narahat olmarıq.

Sizlərə futbolun gələcək inkişafında uğurlar arzusu ilə bir qrup “Xəzər Lənkəran” azarkeşləri.   5000 imza.

 

QEYD: Bu müraciət artıq ingilis dilinə tərcümə olunaraq,FİFA və UEFA prezidentlərinə göndərilmişdir.Bundan əlavə Azərbaycan kubokunun final oyununda “Bakı” klubunun futbolçusunun FAİR- PLAY qaydalıarına saymazyana yanaşaraq “Xəzər Lənkəran”ın qapısına qol vurması və qol sonrası futbolçuların,həmçinin tribunalara toplaşan ağ-göy rəngli geyimdə olan azarkeşlərin qol sevincini əks etditrən video görüntülər də futbol qurumlarına təqdim olunub.

 

Arxiv: Bosman.at.ua

 

Şərh əlavə et


+ yeddi = 13