Unudulmaz Rednik-53, Təbrik edirik!

Bu gün unudulmaz baş məşqçimiz olan rumıniyalı dahi mütəxəssis Mirça Rednikin 53-cü doğum günüdür. Mirça Rednik bizimlə təxminən bir il müddətində birgə oldu ki, bu bir ildə sanki onunla bərabər 100 ilin həyəcanını yaşadıq. Bu bir ildə biz əsl futbolun nə demək olduğunu, əsl futbol həyəcanının necə yaşandığını dərk etdik və əsl həqiqətdə biz bir il əsl futbolla yaşadıq. Bütün bunlara görə də Mirça Rednik heç zaman unudulmayacaq.
Sizinlə, 2011-ci il Aprelin 9-da Mirça Rednik hələ bizimlə olarkən “Qarabağ”la oyun öncəsi Suraxanı qəsəbə stadionundakı son məşqdə  ”Bosman” fanklubunun üzvlərinin məşqdə iştirak edərək və məşq sonrası Mirça Redniki təbrik etdikləri anları bir də xatırlayaq:
rednik_ad_gunu
 Bildiyiniz kimi bu gün komandamızın baş məşqçisi Mirça Rednikin doğum günüdür. Bu münasibətlə artıq Mirça Redniki saytımızda təbrik etdiyimizdən xəbərdarsız. “Bosman” fanklubu bununla kifayətlənməyərək sabah “Qarabağ”la XXVI tur oyununun bu gün son hazırlığına Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda son məşqinə çıxmış “Xəzər Lənkəran”ın həm məşqini izləmiş həm də bu fürsətdən istifadə edərək baş məşqçimiz Mirça Redniki şəxsən təbrik etmişdir. Fanklubumuzun nümayəndə heyəti Mirça Rednikə onun fotoşəkli və təbrik mətni olan xüsusi çərçivədə hazırlanmış xatirə hədiyyəsi və üzərində “Happy Birthday mr. Mircea Rednic” yazılmış “Ağ-yaşıl” rənglərə boyanmış tort hədiyyə etmişdir.
            ”Qarabağ”la məsul oyunöncəsi komandamıza və onun baş məşqçisi Mirça Rednikə bir dəstək nümayiş etdirən fanklubumuzun nümayəndə heyəti onunla söhbətdə komandamızın bugünki günü ilə fəxr etdiklərini çatdırmış və hələ Mirça Redniklə Azərbaycanda həmçinin Avropada “Xəzər Lənkəran”ın daha böyük uğurlar əldə edəcəyinə ümidvar olduqlarını dilə gətirmişlər. Həmçinin nümayəndə heyəti “Bugünki reallıqları bilirik və görürük. Sizin komandaya gətirdiyiniz yeni oyun uslubunu, bəxş etdiyiniz ruhu və göstərdiyiniz nəticələri nəzərə alaraq artıq Çempion kimi qəbul edirik” fikrini Mirça Rednikin diqqətinə çatdırmışlar.
            Eyni zamanda Mirça Rednik “Mən burada sizinlə çox xoşbəxtəm. Hələ çempionat qurtarmayıb. Ümid edirəm ki, sonda hər şey sizin arzuladığınız kimi olacaq. “Xəzər Lənkəran” və sizlər üçün əlimdən nə gəlirsə edəcəyəm. Mən bu münasibətinizdən çox məmnun oldum, sizləri çox sevirəm”-deyə öz fikirlərini bildirmişdir.
            Daha sonra Mirça Rednik saytımızda gedən təbrikə və şəxsən onu və komandanı ziyarət etdiklərinə görə bundan əvvəlki təbrik yazısının “şərh bölməsinə” komandamızın rəsmisi və tərcüməçisi Elvar Quliyev vasitəsi ilə münasibət bildirmişdir. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:
             Elvar Guliyev  

            Salam çox hörmətli Mirhafiz müəllim və “Bosman” fanklubunun üzvləri! İndicə Mirça ilə sizinlə görüşün təəssüratlarını soruşdum. O, doğum günündə ona belə diqqət göstərildiyi üçün “Bosman” fanklubuna və bütün “Xəzər Lənkəran” azarkeşlərinə təşəkkürünü bildirdi. Dediklərini olduğu kimi yazıram: “Səhər açılandan həm Rumıniyadan, həm də komandamın azarkeşlərindən saysız təbriklər alıram. Doğrudan da, belə bir gündə həm azarkeşlərin, həm də klub rəhbərliyinin göstərdiyi diqqət məni çox sevindirir və işləmək üçün əlavə güc, stimul verir. “Xəzər Lənkəran” azarkeşlərinin bu münasibəti, personama olan hörmət və sevgisi məni çox kövrəldir. “Bosman” fanklubunun üzvlərinin hədiyyəsi və məşqə gəlib məni təbrik etmələri ümumiyyətlə, çox xoş sürpriz oldu. Belə azarkeşlərlə ölümə də getmək olar. Həmin fanklubun rəhbərinə minnətdarlığımı bildirirəm!! 

            Sizləri sevindirmək üçün çempionluq və kubok uğrunda sona qədər mübarizə aparacağımıza söz verirəm. Hər zaman arxamızda olan, bizi yalnız qoymayan azarkeşlərimizə təşəkkürlər və Hamımıza uğurlar!!!!
 
Komandamızın unudulmaz məşqçisi Mirça Rednikin 53-cü doğum gününə həsr edirəm.
Sənə təbrik göndərdik, qoy gətirsin durnalar,
Həm də təbrik edirlər, boş qalan tribunalar.
Sən getdin, layiq idin çünki o yüksəlişə,
Səbr ilə onsuz da haqq, yerin alır həmişə.
Bəli, daşdan-daşlara dəyib, haqq yerin aldı,
Sənlə cavan futbolum, səndən sonra qocaldı.
Çürük kaprizlərini, göstərərək futbolum,
Üzləşdiyi vəziyyət, indi ölüm ya olum.
Bu yerlərdə şillənin beş yüz manat qiyməti,
Papağını çırpmaqla göstərdin heysiyyəti.
Razı oldun on dəfə artıq ödəməyinə,
Mədəniyyət gözləyib, sən qıydın əməyinə.
Onsuz da min-min insan, qiymət verirdi sənə,
Çünki xidmət edirdin, onların vətəninə.
Qazandığın uğurlar, yaratdığın komanda,
İstənilən rəqibi, çökdürürdü bir anda.
Şah əsərlər yaratdın, bizim futbolumuzda,
Daim sıxlıq yaratdın həm sağ, həm solumuzda.
Sehirli işlərinlə, çoxunu qoydun məəttəl.
Əməyinlə sevdirdin, yaratdın böyük heykəl,
Bu abidən önündə, gözəl bir gül qoyuram,
İndi xatirələri, yada salıb doyuram.
 
“Bosman”ın rəhbəri Babayev Mirhafiz           09. 04. 2015
rednik-2rednic_la_debutrednic-prosportrednic aooorednik_ad_gunuMircea-Rednic_KAA-Gent

1 thought on “Unudulmaz Rednik-53, Təbrik edirik!”

  1. Mirca Redniki dogum gunu munasibeti ile tebrik edirem. Inaniram ki, Mirca Rednik ne vaxtsa yene qayidacaq ve kusmus azerkeslerimizde yene stadionumuza axisacaqlar.
    *****
    Salam, Malik bəy! Buralar nə vaxt Rednik kimi mütəxəssisə layiq olarsa, onda bəlkə gələr. Hər halda dünən də göründü ki, futbolda ənənəvi tragikomediyalar səhnəyə qoyulur.

Comments are closed.