Buradasınız Əsas » Aktual » Unudulmaz doğum günü: “12-ci Oyunçu” 6 yaşında!
  • Bookmark and Share

Unudulmaz doğum günü: “12-ci Oyunçu” 6 yaşında! 

12-ci Oyuncu az_qrupu

22 Fevral “Xəzər Lənkəran” camiəsi və Azərbaycan futbolu üçün yaddaqalan bir tarixdir. Məhz bu tarixdə ölkənin adlı-sanlı bir futbol klubu olan “Xəzər Lənkəran”ın ilk müsəqil fanat qrupu yarandı. Bu nəinki cənubda eləcə də Azərbaycanda ilk müstəqil fanat klubu oldu ki, bu da “Xəzər Lənkəran”ın ətrafında yarandı. Bir il sonra isə bu yenilikçilər daha bir yeniliyə imza atdılar. Yəni həmin azarkeş klubunun müstəqil fəaliyyət göstərən saytı işə başladı. Onsuz da rəngarəng və gərgin işləri ilə ölkəyə səs salmış olan “12-ci Oyunçu” fanat qurumu sayt fəaliyyətə başlayandan sonra daha böyük bir dairə cıza bildi. Fəaliyyətində azad fikirliliyi, obyektivliyi, operativliyi və bir çox müsbət keyfiyyətləri cəmləyən bu fanat qurumu “Xəzər Lənkəran” yolunda olmazın əziyyətlər, məşəqqətlər və müxtəlif sarsıntılar keçirdi. Lakin yolundan dönmədi. O, bu gün də fəaliyyət göstərir. Əzəli prinsiplərinə sadiq və zamanın bəxş etdiyi daha böyük təcrübəyə söykənərək. O, sınmadı, yolundan dönmədi, bu gün də yaşayır və illər ötdükcə də yaşayacaq. Çünki, “dərdin bolu, mərdin yolu” deyiblər.

Biz, “Bosman” fanklubu olaraq, başda İslam Cabbarlı olmaqla, bütün qardaş “12-ci Oyunçu” azarkeş qrupunu ürəkdən təbrik edir, cansağlığı və bundan sonra da müvəffəqiyyətlər arzu edirik. O gün olsun, 12, yaşınızı və daha sonrakı nəsillər 120 yaşınızı qeyd etsinlər. Bu həm də “Xəzər Lənkəran” klubunun uzun ömürlülük arzusudur. Sevdiyimiz klubun isə bu hesabat turunda çox lazımlı olan bir səfər qələbəsi, hamımızı ürəkdən sevidirəcəyinə və bununla da o cümlədən sizin yubileyinizə ən böyük hədiyyə verəcəyinə inanırıq.

Böyük hörmətlə: “Bosman” fanklubu                                22. 02. 2014

4 Şərh yazıya: Unudulmaz doğum günü: “12-ci Oyunçu” 6 yaşında!

  1. Qabil

    Başda İslam müəllim olmaqla bütün “12-ci oyunçu”ların ad gününü təbrik edirəm! İlk növbədə İslam müəllimə can sağlığı, bu çətin və şərəfli işində nailiyyətlər arzulayıram. Arzum budur ki, İslam müəllim bundan sonra da “12-ci oyunçu”nun lideri, rəhbəri kimi qalsın. “12-ci oyunçu” ad günün mübarək!

     
  2. R.S.

    İnanın ki Azərbaycan da sizlər 12ci və Bosman saytları olmasaydı bəlkə də ölkə futboluna heç baxmazdım.Xəzərin oyunlarına da ancaq hesablara və komndaların tutduqları yerlərinə baxardım .bu səmimi sözümdr .Əvvəlcə 12ci oyunçunu ,sonra Bosmanı tanıdıq .Ruhdan düşən vaxtları da ,bu saytlara baxıb ,təsəlli tapmışıq ,komndamızın düzələcəyinə nikbin yanaşmışıq ,Bütün bunlar sizin gördüyünüz işlərin sayəsində olub.
    12ci oyunçunu yaranması münasibəti ilə təbrik edir ,İslam bəyə CAN SAĞLIĞI arzulayırıq .
    *****
    İslam bəyin varlığı, “Xəzər Lənkəran” camiəsi üçün Tanrıdan böyük töhfədir! Tanrı onu qorusun!

     
  3. İslam Cabbarlı

    Xoş sözlərə və təbrikə görə “Bosman” fan klubuna minnətdarlığımı bildirirəm.
    *****
    Biz yalnız həqiqəti deməkdə davam etmişik! Təşəkkürlər!

     
  4. Demir Agaci

    12 ci oyunculari ve Islam Beyi tebrik edirem. Emeyiniz cox boyukdur. Hemise size bu cetin yolda, sebr arzulayiram. Inshaallah ilbeil gozel ad gunuler qeyd edesiniz. Tebrikler.

     

Şərh əlavə et


səkkiz + 8 =