Uğursuzluqlara son! de, Mustafa bəy!

Bu ərəfə yaman stress, əsəb gərginliyi keçiririk. Bir yandan dünyada adlı-sanlı Con Benjamin Toşakın “Xəzər Lənkəran”da nəticə verə bilməməsi, bir yandan da belə gedişatla komandaya olan bütün ümidlərin sarsılması, komandanı sevənlər üçün ən arzuolunmaz və ən qorxunc durum yaradıb. C. B. Toşak çox təcrübəli, hörmətli bir mütəxəssis olsa da, İspaniya “Real”ında və daha haralarda qazanmış olduğu böyük təcrübə karına gəlmədi. Zatən gəlməyəcəkdi də. Ona görə də C. B. Toşakın “Xəzər Lənkəran”a gəlişini biz heç də isti qarşılamamışdıq. Bunun anlaşıldığı kimi bizə aydın olan səbəbləri vardı. Uzun illər Avropanın böyük komandalarında işləmiş bu mütəxəssis burda niyə müvəffəqiyyət qazana bilməyəcəkdi? Ona görə qazana bilməyəcəkdi ki, Avropanın bu böyük klubları tam bir mexanizm kimi fəaliyyət göstərir. Onların klub siyasətinə nəzarət edən konqreslərindən tutmuş,  bütün digər işlərə nəzarət edən və məsuliyyət daşıyan qurumları əməli fəaliyyət göstərir. Klub nizamnaməsi var və bu müqəddəsdir. Hər kəs öz işini bilir və məsuliyyət daşıyır. Buna görə də belə klublarda məşqçilər seçilərkən çox detallar nəzərə alınır. Məşqçi dəyişilirsə də bu onların klub kimi nə iddialarına və nə də strategiyalarına təsir etmir. Bizdəki kimi bir məşqçi dəyişiləndə komandanın oyun uslubundan tutmuş hər şey bəlkə də dəyişir.  Bunun detallarına getsək yazı çox geniş alınar. Ona görə də ümumiləşdirilmiş formada yanaşırıq.
C. B. Toşak da belə bir mexanizmi olan klublarda işləmişdi. Gəlin görək “Xəzər Lənkəran”da belə bir mexanizm varmı? Nəinki “Xəzər Lənkəran”da, Azərbaycanın heç bir klubunda belə mexanizm yoxdur! Rəhbərlik deyəndə, klub prezidentləri və iki, üç və ya dörd nəfərdən ibarət balaca bir qrup fəaliyyət göstərir ki, bütün işlərə onlar nəzarət edir və hesabat soracaq, heç bir mexanizm qarşısında məsuliyyətləri yoxdur. Ona görə də tam bir mexanizmi olan klubda iş təcrübəsi olan məşqçi burada mexanizmsiz fəaliyyət göstərən klublarda işləyə bilməz. Çünki orda hər kəs öz işini görür. Burda işləyən məşqçi isə bir neçə nəfərin işini görməli olduğundan, iş bölgüsü olmadığından təbii belə olmalıdır.
Bu gün bir yazıya rast gəldim. Komandamıza aid bir yazı idi.  Müəllif yazıda, bir məqamda, hələ də Mirça Rednikin niyə bu qədər sevildiyini başa düşmədiyini deyir. Bəli, Rednik məşqçiyə ləzım olan bütün keyfiyyətlərə malik olması ilə cavab verən və gözəl insani xüsusiyyətlərə malik olan, həm də haqqında danışdığımız bir mexanizmi özü təkbaşına nə qədər mümkünsə işlətməyi bacaran bir mütəxəssis idi. Bəzən iki daş arasında xaricə gedib, “Xəzər Lənkəran” üçün axtarışda olan və hətta növbəti il üçün boşalacaq futbolçuları indidən komandaya bağlamağı bacaran və sair və ilaxır keyfiyyətlərə sahib idi. Adamın gecəsi, gündüzü komanda üçün çalışmaq, məşq planı, səfər planı, və təlim-məşq planını aylar öncə tərtib etməsi idi. O çox işləri üzərinə götürmüşdü və böyük əziyyət bahasına hamısının öhtəsindən artıqlaması ilə gəlirdi. Bunun üçün Mirça Rednik sevilirdi. Və əbədi yaddaşlara həkk oldu. Əyər bu və bir çox digər detalları kim bilmirsə, Rednikin niyə bu qədər sevildiyini anlaya bilməz. Sonra müəllif “Xəzər Lənkəran” rəhbərliyinin qınanması ilə razılaşmadığını bildirir və Uniston Parks, Junior Osvaldo, Denis Silva, Mario Souza, Julius Vobay, İvan Svetkov kimi legionerləri gətirən bir klubdur deyəndə yaddan çıxarır ki, adlarını qürrələnməklə çəkdiyi bu altı futbolçudan ikisini Mirça Rednik nə əziyyətlə komandaya gətirmişdi və hansı qiymətə. Bir il sonra həmin futbolçulara başqa klublarımız üç dəfə baha qiymət verərək heyətlərinə qatmışdı. Üçqat qiymətə “Xəzər Lənkəran”dan alınan həmin futbolçular Rednikdən sonra heç ortabab səviyyə də nümayiş etdirə bilmədilər. Bu da onun məşqçilik bacarığı. Hə, bir də onun haqqında uydurulan ucuz iftiraları əldə əsas götürüb bilmədən münasibət bildirənlər də nahaq söz danışmağın məsuliyyətini Allah yannında dərk etsinlər.
Mexanizm haqqında danışdım və müqayisə apardım. İndi daha fərqli müqayisə aparaq. Tutaq ki, dünyanın ən yaxşı komandalarından biri, məsələn “Barselona” və ya “Real”ı bütün heyəti ilə alıb, “Xəzər Lənkəran” forması geyindirdik və bizim çempionatda oynamalarını təşkil etdik. Çox güclü bir komanda ilk ildə lazımi oyunu sərgiləyəcək. Amma belə mexanizmsiz klub idarəçiliyində ikinci ili kökdən düşəcək, üçüncü il isə nə kökə düşəcək Allah bilir. Sonra yenə onlara öz formalarını geyindirib, öz çempionatlarına yollasaq, inanın ki, 20 komanda içində 17-18-ci yerləri bölüşdürərlər. Hansı ki, bu gün çempionluğa oynayırlar. Bəs, burda onların evini yıxan nə olacaq? Bir yandan futbol idarəçiliyindəki biabırçılıq, digər yandan klub idarəçiliyində mexanizmsizlik. Bu mənada gələn məşqçiləri də qınamaq olmaz. Gələn məşqçi də on nəfərin işini görməli olduğundan, amma bir özünün məvacibini aldığından təbii ki, işinə yanaşmasında, üzərinə düşən iş payı qədər iş görəcək və ya götürəcək. Hamı Rednik ola bilməz ki?!
Rednikdən sonra klub uğursuz məşqçi siyasətini davam etdirdi ki, klub bugünki vəziyyətə qədər çökdü. İndi C. B. Toşakdan sonra nə cür seçim edlməli idi. Məncə, Mustafa Denizlinin seçimi komandanın tələbatlarına cavab varir. Düzdü onun gəlişi ilə klub idarəetmə mexanizmi dəyişməyəcək. Amma uzun müddət Türkiyə futbolunun izləyicisi kimi deyə bilərəm ki, Mustafa Denizli çox təcrübəli, sınaqdan çıxmış bir mütəxəssisdir. O, Türkiyə futbolunda ağsaqqal bir şəxsdir. Təmkinli və özünə hörmət qoyması ilə seçilir. Özünə hörmət qoyan, işinə də hörmət qoyur əlbəttə. Hər məşqçinin adı müəyyən dedi-qodularda hallansa da, Mustafa bəyin adının hallanmasının şahidi olmamışıq. Ehtiyatlı, ağıllı futbol oynatmağı sevən, müdafiəsinin qayğısına qalaraq, hücumu düşünən, yüngül hücumlara meyl göstərməyən, əsl total futbol sərgiləyən bir komanda qurucusudur. Bütün bunlarla bərabər məntiqi olaraq, nəticə verən bir mütəxəssisdir. Daha bir üstunlüyü də İstanbul nəhənglərindən başqa, orta səviyyəli komandaları çalışdırma təcrübəsi var ki, bu gün “Xəzər Lənkəran”ın sükanı arxasına keçərkən bu çox vacib amildir. Bəzi azarkeşlərimiz xüsusən C. B. Toşakdan sonra yaşlı, enerjisi tükənmiş adam kimi qiymətləndirirlər. Lakin belə azarkeşlərimiz gərək bu amilə görə ruhdan düşməsinlər. Çoxunun yaxşı tanıdığı Rednikin həmyerlisi olan Mirça Luçesku hazırda Donetsk “Şaxtyor”u ilə uğur qazanmaqda davam edir. Ondan əvvəl isə “Beşiktaş” və “Qalatasaray”da uğrlu işi ilə yadda qalıb ki, bu gün həmin azarkeşlər bu mütəxəssisin komandamıza gəlməsinə ikiəlli razı olardılar. Mirça Luçeskunun 68 yaşı varsa, Denizlinin 64 yaşı var. Mirça Luçeskunu təsadüf misal gətimədim. Elə onun oynatdığı futbolla demək olar ki, Mustafa Denizlinin oynatdığı futbolun eynidir. Bir sözlə Mustafa bəyə, oynatdığı ağıllı futbola və şəxsiyyətcə hörmətli futbol adamı olduğuna görə, Türkiyənin Luçeskusu deyə bilərik.
Bir, iki kəlmə də məsuliyyət haqında demək istəyirəm. İşinə hörmətlə yanaşan Mustafa bəy, müqavilədən əvvəl komandanı görmək, şəraiti ilə tanış olmaq istəyib. Bu işinə necə dəqiq yanaşmanın və həm də məsuliyyətin göstəricisidir. Eyni zamanda klubun sahibi də öz məsuliyyətini nümayiş etdirib. Öz şəxsi təyyarəsi ilə Dənizlinin bu istəyinə şərait yaradıb. Bunlar hamısı böyük xərc tələb edən işlərdir. Təkcə elə uçuş üçün hava xəttinin alınması və sair. Həmçinin klubun sahibi Türkiyədə fəalyyət göstərdiyindən, Mustafa bəyin də vətənində kifayət qədər nüfuza malik olduğundan, Mübariz bəy onu diqqətdə saxlayacaq ki, bu da kluba güclü nəzarət deməkdir.
Sonda, Mirça Rednikdən bu yana başımıza nələr gəldiyini anlatmaq, daha azarkeşlərimizdə dözüm qalmadığını bildirmək və inkişaf yoluna qədəm qoymağın bir an belə gecikməməsi üçün “Dədə Qorqud” filmindən bir parçanı təqdim etmək istəyirəm. Dədə Qorqudun, Beyrəyin oğluna tövsiyyələrini də klub nümayəndələrinə çatdırmaq istəyirəm.

Mirhafiz Babayev
 
 

13 thoughts on “Uğursuzluqlara son! de, Mustafa bəy!”

  1. Mirhafiz muellim!.Cox səbrle ve her detali əsaslandirilmiş şəkildə bu yazini qeleme almisiniz.Bu yazini yazmaq ucun mən deyərdim ki, böyuk zhhmet cəkmisiniz.Futbolda anlayişi olmayan insanda bu yazini oxusa ölkəmizdə idmanin bu sahəsinde muəyyen bilgi əlde etmiş olur.Mən boynuma aliram ki hec vaxt indiki qədər futbolumuzun icində baş verənləri bilməmişem.Son 3-4 ayda mənim şərhleri oxumağim, hemcinin şerh yazmağim, butun bunlarla yanaşi gedən muəllif yazilari mənə cox qaranliqlari aydinlatdi.Bu yaziniza göre Sizə şəxsi təşəkkurumu bildirirəm.Allah sizli-bizli butun camiyəmizə kömək olsun.Cox sağ olun!
    *****
    Zəfər bəy, biz də yazını əsaslandırıb qimətləndirdiyinizə görə sizə təşəkkür edirik.

    • VELİ QASİMOV- Lenkeranda meşqcilerin işinə maneə yaradanin adini demedi.
      – Türkiyədə azarkeşlər “Mustafa Denizli, şampiyon yap bizi”, qışqırmağı sevirdilər. Komandanın yenin baş məşqçisi bu mövsüm də olmasa, gələn mövsüm “Xəzər Lənkəran”ı çempion edə bilər?
      – Nə qədər yaxşı məşqçi olmasına rəğmən, Lənkəranda işləmək həmişə çətin olub. Bəzən orada anlaşılma şeylər baş verir. “Xəzər Lənkəran” azarkeşlərindən biri mənə dedi ki, guya maneə klubun özündədir. Guya orda məşqçilərə normal işləmək imkanı verməyən kimsə var. Bilmirəm bu belədir, ya yox. Ancaq çox təəssüf ki, belə stadion və azarkeşlərlə komanda uğur qazana bilmir.

  2. Çox sağ Mihafiz bəy ,.O qədər aydın yazmısınız ki ,Allah nəzərlərini üstünüzdən əskik etməsin.Bax əsil həkim diaqnozudur .Allah həmişə ümidli etsin ,oxuyub ümidimiz artdınız.Elə yazı olur ki axıra qədər səbr edib oxuya bilmisən.Doğrusu bəzən yarıda qoyuram yazılanları .Amma bunu oxuduqca .qurtarmağnı istəmirsən.
    *****
    Çox sağ olun dəyər verdiyinizə görə. Təşəkkür edirik.

  3. Görəsən kulub 3-4 minin İslam Cabbarlıdan əsirgəyəcək 7 məncə bu pul onlar üçün böyük məbləğ deyil .Vaqif bəy yazıb ki halı yenidən pisləşib İsalm bəyin .
    Zəfər bəy bəlkə biz istifadişilər nəsə edək ,axı can sağlığı hər şeydən vacibdir .gözümüz görə -görə acı çəkməsini insana kömək etmirik .

    • R.S. qardaşim!-İnanin ki hemişe saytda geden şerhleri ve İslam beyin saqliq durumunu oxuyanda mende narahat oluram.Bu narahatciliqi maddi cehetden hell etmek ucun Vaqif beyin teşebbusu lazimdir.Azarkeşlerde yeqin ki öz kömekliyini esirgemezler.Bu her şeyden evvel bir insanliq borcumuzdur.

  4. Axşamınız xeyir, Mirhafiz müəllim! Yazıya görə Sizə rəğbətim (sözsüz ki, Sizə rəğbətim böyük idi) birə-beş artdı. Xahiş edirəm minnətdarlığımı qəbul edəsiniz. Allah Sizi qorusun! Yazida bütün detallar böyük ustalıqla analiz edilib və qələmə alınıb. Klubun idarəçiliyindən tutmuş tez-tez məşqçi dəyişikliyinə qədər, baş verən mürəkkəb proseslər çox sadə anlayışla, hamının başa düşdüyü səviyyədə qələmə alınıb. Bu tərzdə yazıları oxuya-oxuya (bilmədiklərimiz bildiklərimizdən çoxdur) biz də Sizin
    sayənizdə mariflənirik. Çox sağ olun!
    *****
    Təşəkkür edirəm Qabil bəy!

  5. Hormetli – Qabil,R.S ,Van Persi, Zefer Lerikli Mirhafiz-beye artiq Azerbaycan futbolunun (ANALITIK)titulu vermek vaxti deyilmi? Hetta o, dunya futbolunuda cox gozel bilir. ALLAHDAN hemise ona can saligi istemisem….

    • Hörmetli Malik bəy!.İnşallah İslam bey gelenden sonra bir yerde bu barede fikir mubadilesi aparariq.İnşallah yaxin gunlerde İslam bey yene iş başinda olacaq.Mirhafiz muellim futbol bilicisidir ve savadli hekimdir.Jurnalistikanida buna elave etmek olar.Allah camiemizi hemişe savadli adamlarla zenginleşdirer, inşallah!

    • Malik bey düz buyurursunuz .Mirhafiz bəy nadir insanlardan biridir .Amma Onun da səhhətin korlayıb bu bacarıqsizlar .Allah hər iki dosta can sağlığı versin .Onların olması Allahın bizlərə mükafatıdır .

  6. MALİK qardaş!Mən həmişə Mirhafiz bəyin analitik yazılarına önəm verirəm.Çünki Mirhafiz bəy gedişatı həmişə düzgün analiz edib nəticə çıxarır. Mən deyərdim ki, əgər “Xəzər Lənkəran” rəhbərliyi və məşqçi korpusu Mirhafiz bəyin analitik yazılarını və araşdirmalarını vaxtında oxuyub düzgün nəticə çıxarsaydı, indi “Xəzər Lənkəran” turnir cədvəlinə başçılıq edərdi. Çox təəsüf ki, klub təmsilçiləri Mirhafiz bəyin bu cür biliyindən yararlanmır.

  7. Bu saytlar lap əsəblərimizlə oynayır .bircə Rahid getməsin Xəzərdən .onlar mərdi qova -qova namərəd edəcəklər ..

  8. Çox hörmətli Qabil müəllim, R.S., Zəfər Lerikli və Van-Persi qardaş, çox sağ olun ki, mənim şərhimə cavab yazdınız… Təşəkkür edirem. Nə yaxşı kı, siz varsınz. Biz birlikdə güclüyük!..

Comments are closed.