Üç oyunluq "psixoloji yanacağın" tükənmə qorxusu

Bu gün döğma divarlar arasında çox məsul bir oyuna çıxmış “Xəzər Lənkəran” qalibiyyət seriyasını davam etdirməli idi. Niyə məsul oyun deyirik. Bilirsiniz ki, əvvəlcədən təqvimdən də  bəlli olduğu kimi, “Xəzər Lənkəran” ardıcıl olaraq, ilk üçlükdə qərarlaşmış komandalarla görüşdü. Bunlardan maxsimum da olmasa, iki çətin səfər qələbəsi və evdə çətin oyun sonrası tarazlıqla ayrıldığı bir oyun vardı. III dövrə başlamamışdan da bu bilinirdi və məşqçilərimiz komandanı, görünür maksimum bu oyunlara hərtərəfli hazırlaya bilmişdi. Bu hazırlıqların içində oyunların gedişində də aydın oldu ki, psixoloji hazırlığa xüsusi diqqət yetirmişdi, Mustafa Denizli.
Təbii ki, ilk üçlük sindromuna maksimum motivasiya və bu oyunlardakı müvəffəqiyyət bu günki oyuna komandanı nisbətən arxayın salmışdı və nəticədə komanda ümumilikdə süstəlmişdi. Belədə komandamız meydna nisbətən arxayın çıxıb, lazımi nəticəni təmin edə bilmədi. Bu da bizim bəlamıza çevrildi ki, nəticədə 0:2 hesabı ilə məğlub olduq. İndi bu yenə uzunmüddətli depressiya halları yaratmasa, yaxşıdır. Bu məğlubiyyət komandanı öz təsiri altına salmasa yaxşıdır. Çempionatı hissə-hissə bölmək, motivasiya baxımından köməyə çatsa da ümumi müvəffəqiyyəti buna qurban vermək olmazdı!
Bu gün daha bir motivasion fikirlə oyuna çıxmaq lazım idi. Bu gün “Bakı” ilə növbəti tur isə “İnter”lə qarşılaşacağıq və hər iki rəqib bizdən üst pillələrdədir və 36 xala malikdirlər. Bizim isə 29-xalımız var. Bu gün qalib gələcəyimiz təqdirdə xallarımızı 32-yə çatdıra bilərik və “İnter”lə oyunda da qalib gəlsək, bu da növbəti 3-xal kimi hesabımıza yazılar və xallarımızı 35-ə çatdıra bilərik. Bax, bu oyunun psixoloji motivasiyası belə olmalı idi.
Arzuladığımız nəticə isə bizə ancaq bu rəqiblərimizə yaxınlaşmağa bəs edirdi ki, növbəti turlarda xal ehtiyatı baxımından daha irəli gedə bilsək, o, cümlədən rəqiblərimiz bizdən başqa oyunlarda da xal itkisinə məruz qalarsa, mümkün iddiamızı davam etdirə biləcəkdik. Burda xal itkisinə məruz qaldıq və onlara çatmağımız bir qədər də çətinləşdi. Hələ dünyanın axırı deyil və bu məğlubiyyəti qarşıdakı turlarda zərərsizləşdirə bilərik.
Göründüyü kimi əsasən ilk üçlükdəki komandaları büdrətməklə qurulan motivasiya, bu oyuna çatmadı və “üç oyunluq psixoloji yanacaq” qurtardığından, komanda həmin oyunlarda olan nə şiddəti, nə də əzmkarlığı göstərə bilmədi. Çünki, üç oyun idi ki, komanda hücuma keçdikdə və qol arayışları nəticə verməyəndə, sanki, “bu nəticəsiz qaldısa, daha inamla və həmin səhvi təkrarlamamaqla qol vuracağıq!”-deyirdi. Və buna gördüyümüz kimi nail olurdu da… Və yaxud hesabda geri düşdükdə, “biz niyə qol vurub, qələbə qazanmamalıyıq?”-düşüncəsi ilə son saniyələrədək vuruşurdu və buna nail də olurdu. Bu həmin üç oyuna güclü psixoloji hazırlığın nümünəsi və eyni zamanda nəticəsi idi!
Amma “Bakı” ilə bugünki oyunda bu dirənişin şahidi olmadıq. Qol arayışları nəticə vermədikdə, “ax… bu niyə belə oldu!” kimi daha aşırı dirəniş göstərilmirdi. Sanki vəziyyətlə barışmış olurdular. Bununla, dediyimiz kimi üç oyunluq psixoloji yanacaq doldurmuş komandanın aqibətini yaşadıq. Elə bu simptom Mustafa Denizlidə də hiss olunurdu ki, həm komandasını əvvəldə göstərdiyimiz və bu oyun(lar) üçün “psixoloji yanacaqla” təmin edə bilməmişdi. Həm də əvvəlki oyunlarda müəyyən oyunçu dəyişiklikləri və əlavə olaraq taktiki dəyişikliklər etməklə, oyunun səmtini döndərə bilirdisə, göründüyü kimi bu gün belə müdaxilələr etməkdə yubanır və çətinlik çəkirdi.
Belə hallar dünyanın ən məşhur kimandalarında da dəfələrlə rastlaşdığımız mənzərədir və heç kim də bundan sığortalı deyil. Yetər ki, növbəti oyun(lar)da, bu hazırsızlıq təkrarlanmasın. Komandanı bütün hazırlıqlarla birlikdə, hər oyuna və oyunlar qrupuna “psixoloji yanacaqla” təmin etmək lazımdır. Mustafa bəyin böyük təcrübəsi buna yetəcək həddədir. Biz buna inanmaq istəyirik, yox, inanırıq!
 

11 thoughts on “Üç oyunluq "psixoloji yanacağın" tükənmə qorxusu”

  1. Salam, Mirhafiz müəllim! Səhv etmirəmsə qış fasiləsindən bir az əvvəl mən bir şərhimdə yazmışdım ki, komandamıza mütləq 2-3 səviyyəli yerli oyunçu gətirmək lazımdır. Yerli oyunçu qıtlığı Rahid oyundan çıxanda özünü biruza verdi. Limitə görə yerli oyunçunu yerli oyunçu əvəz etməlidir və Rahid səviyyədə yerli futbolçu olmadığından bütün sistem pozuldu. Hələ onu demirəm ki, qapıçı Orxan zədələnsə görün nə vəziyyət yaranacaq? Qapıçı legioner qapıçı ilə əvəzlənər, meydanda limiti bərpa etmək üçün əlavə bir legioner futbolçu da məcburi yerli oyunçuyla əvəzlənməlidir. Bugün Orxanın qapıda durması komandamız üçün ikiqat risklidir. Həm təcrübəsizdir, həm də zədələnib oyundan çıxası olsa, onda ona görə məcburi iki oyunçu dəyişikliyi olmalıdır. Müəllim, bu barədə Sizin fikriniz mənim üçün maraqlı olardı.
    *****
    Sizin qeyd etdiklərinizlə ümumən razıyam, Qabil bəy. Qeyd etdiyiniz məsələlər mütləq gələcək transfer zamanında həll olunmalıdır. Bu başqa ki, bu oyunda məğlubiyyət tək Rahid Əmirquliyevin məcburi əvəzlənməsinə görə oldu, fikri ilə qəti razı deyiləm. Məgər Rahid meydanda olanda “Xəzər Lənkəran” bir qol vurdu ki, çıxandan sonra ikisini buraxıb, məğlub olduq. Əksinə, Rahid çıxandan sonra da bizim qol epizodlarımız daha çox oldu. Bu məğlubiyyəti Rahidin əvəzlənməsi ilə bağlayanların məntiqini, mən başa düşə bilmirəm. Heç Mustafa bəy də bu sözdən inciməsin. Onsuz da komandada, yazıda göstərilən əksikliklər var idi. Bu, tək bir Rahidlə bağlı deyildi. Məgər məcburi əvəzlənmədən qabaq, komandada əvvəlki, əzmkarlıq var idimi? Əlbəttə yox! Müqayisə edin, lütfən. Bir də ki, bir oyunçu çıxmaqla komanda uduzursa, o, nə komandadır. Mustafa Denizli, bu itkini taktiki dəyişikliklə örtə bilərdi. Bir halda ki, komanda yırtıcı quş kimi oynasaydı. Komandada normal köklənmə yoxdursa, arxayınlaşma nəticəsində kökdən düşmə varsa, buna Rahid faktoru neyləsin? Bilirsiz, kiməsə bir maşın daşı daşımaq tapşırılır və bunu üç gün müdətində tam daşımağı şərt qoyur. Həmin adam da ümumi daşların sayını ücə, yəni üç günə bölür və həmən günə düşən sayı daşıyıb qutarandan sonra qüvvəsi qaldığından, sabahın payına düşən daşları da daşıyır, yenə qüvvəsi qaldığından üçüncü gün üçün ayırdığı daşların da çoxunu daşıyıb qurtarır. Yerdə çox az daş qalır. Fikirləşir ki, qalanını da sabah daşıyar və üç günün işini, gün yarıma görər. Özünü işə böyük motivasiya etdiyindən bu qədər işləri görə bilir. Sonra istirahətə çəkilir və yorğunluq başlayır. Sabah olanda fikirləşir ki, hələ vaxta var, sabah qalan işi görərəm. Əslində dünənki kimi özünü motivasiya etsə idi qalan işi çox qısa bir zamanda görə bilərdi. Sabahısı yorğunluq da bu arxayınçılığa qoşulunca ki, hələ vaxt var, onda işin qalanını görmək üçün həvəs ölür. İşi nəinki vaxtında qurtara bilmir, artıq qalan iş, onu qorxutmağa başlayır deyə, bəlkə də günlər sonra işin ardını tamamlayır. Artıq gec olur. Necə ki, bu oyunda artıq “qatar getdi”. Bax, motivasiya belə insana kömək olan bir şeydir.

  2. 1-ci hisse Mustafa, ikinci hisse Tosak oyunu idi. Benahu bizi lap bedbext eledi.. Birdeki Rahidin zedelenib cixmasi oyunu cetine saldi..

  3. Hamimiz qelebe gozleyirdik. Artiq olan olub. Inshaallah novbeti turlarda cox gozel oyunlar gosterib qelebe qazanariq.

  4. Uduzmaqda olar faciə deyi.Onsuz da bu il üçlükdən əlimizi üzmüşük .Mustafa deyib ki o gələn ilin komandasın yaradır ,İnşallah Hamısın əvəzin çıxarıq .Bircə kubok oyunlarında qalib gəlib .Avroliqaya yollanaydıq . .1-2 mərhələ keçib dayanmaqdansa .Elə getməmək yaxşıdı.
    *****
    Getmək, getməmək dediniz, yadıma Mustafa Denizlinin “bir problem olmazsa, mövsümün sonunda Türkiyəyə dönəcəyəm”, yəni gedəcəyəm sözü düşdü. Avro kuboklar isə mövsüm başa çatandan sora başlayır.

  5. Salam, Mirhafiz müəllim! Sərhə yazdığınız fikirlərlə tam razıyam. Oyuna motivasıyanı dəqiqliklə göstərmisiz. Rahidi ona görə mən qeyd etdim ki, mərkəzdə dağıdğcı funksiyanı yerinə yetirən Rahid məcburi əvəzləmədən sonra oyunun qırılma nöqtəsi baş verdi. Ona qədər hər şey qaydasında gedirdi və hər an komandamızdan qol gözləyirdik. 60-cı dəqiqəyə kimi yaranmış vəsiyyətləri qola çevirə bilməmək tələskənliyə və əsəbi oyuna gətirib çıxardı. “Bakı” da fürsətdən istifadə edib oyunun tempini aşağı salmaqla öz istəyinə nail oldu. Elə bilirəm ki, bu amili də məğlubiyyətin səbəblərindən biri hesab etmək olar.
    *****
    Dediyiniz kimi “Bakı”nın yönləndirdiyi axara düşmək də motivasiyanın olmamasına bir işarədir. Təsəvvür edin ki, təlim-məşqin bütün gedişində, çempionata hazırlıq haqqında komandaya köklənmə verilib. Daha sonrası da, hər bir şey bu üç komandanı udmağımızdan asılıdır deyilib. Sonrasının ardı da bu komandalar üzərində qələbəylə gələcək kimi köklənib. Bu alqışlanası haldır və nəticəsini də çox gözəl olaraq, gördük. Amma bu motivasiyanı verdikdə, dünənki oyun da göstərdi ki, sonrasına motivasiya baxımından o qədər də əhəmiyyət verilməyib. Bu üç oyunda qənaətbəxş nəticə əldə olunandan sonra, sanki komanda üzvləri bir növ işlərini bitmiş hesab ediblər ki, bunun acısını da dünənki oyunda gördük.

  6. Futbol!-Bir sehrli oyun,bir sehrli aləm!.Dunyada idmanin şahi kimi qəbul olunan ikitərəfli idman yarişi!.Bu idman növundə nə sehr varsa ona tamaşa edən tezliklə bu oyuna vurulur və bir daha bu mərəzdənmi, xəstəlikdənmi xilas ola bilmir.Görəsən niyə?
    Bizim futbol yoxsa ….”kaşa”
    Hər bir ölkəni tanidan onun mədəniyyəti və nufuzudur.İnkişaf etmiş ölkələr öz gucu ilə dunyada taninir və hegemonluq edirlər.Futbola hansi tərəfdən baxirsansa, ölkəni tanitdirmaq ucun bu sadaladiqlarimdan geri qalmir.Axi bu idman növu özundə nə birləşdirir ki, bu boyda gucə və quvvətə malikdir?
    Idmani siyasətə qatmazlar-deyə həmişə futbola bu gözlə baxiblar.Dərindən bu nuansa fikir verəndə, futbolun hər hansi bir siyasi xadimin etdiyindəndə cox nufuza sahib olduğunu görursən.Cunki futbol elə bir gucə malikdir ki, tez bir zamanda ölkəni tanitdirir və nufuz sahibi edir.Təsəvvur edək ki ,Xocali soyqirimi faciəsində həlak olan insanlarin xatirəsi qardaş turk kamandasi olan “Qalatasaray” cempionlar liqasinda sayği ilə yad edir.Elə bu vaxt butun dunya bu hadisə ilə maraqlanmağa başlayir….
    Futbolla yaşamayan birindən və ya az-cox bu idman növundən xəbərdar olan insanlardan həmişə eyni sözu eşidirik: Azərbaycanda futbol yoxdur və hec bir zaman olmayacaq!.
    Olduqca ağir ittihamdir.Olmayib sözunu birtəhər udmaq olar amma hec vaxt olmayacaq fikri adami duşunməyə vadar edir.
    Azərbaycanda butun iştirak edən kamandalar millətimizin və dövlətimizin taninmasi ucun mubarizə aparirlar.Sovetlər dönəmindən indiyə kim hələ futbolumuzla fəxr edə bilmirik.Klublarimizin bəzilərinin halal və digərlərinin haram yolla qazandiqlari umumi bir qazanda “halal-haram” kaşasina dönməsi buna imkan vermiyib və indidə vermir.
    Sonda onu deyim ki ,azarkeşlik etdiyim “Xəzər Lənkəran” bu qazanda nə qaynaya bilir, nədə bu qazandan “attana” bilir.Cox istərdik ki ,biz özumuz dunyada sözumuzu deyə bilək amma halal mayalanan “qazan”dan.Onda biz öz ricamizi elə özumuzdən görərdik.Bu umidlə sabaha doğru, özudə işiqli sabaha.
    *****
    Zəfər bəy, burda bir söz qadı deməyə: Ax, Futbol, Futbol!

      • Onu da siz dediniz, muəllim!
        *****
        Nəyi, Zəfər bəy?!
        Zəfər bəy, burda bir söz qadı deməyə: Ax, Futbol, Futbol!

Comments are closed.