Tərpəniş olacaqmı?..

Premyer Liqanın qış fasiləsində Antaliyada təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Əldə olunan məlumata görə dünən axşam klub prezidenti Mais Mənsimov baş məşqçi Mustafa Denizli ilə görüşüb. Denizli toplantının ilk həftəsi çərçivəsində görülən işlər barədə Mənsimova məlumat verib. Toplantının gedişi ilə bağlı bəzi məsələləri diqqətə çatdıran klub prezidenti transfer çalışmalarını sürətləndirərək qısa müddətdə bitirməyi tələb edib. Qeyd edək ki, gözlənildiyi kimi “Xəzər Lənkəran”ın gənc yetirməsi Kamran Abdullazadə və yeni ailə quran afrikalı futbolçu Sadio Tounkara dünən gecə saatlarında Antaliyaya gedərək komandanın düşərgəsinə qatılıblar.
Mənbə: 12cioyuncu.info

2 thoughts on “Tərpəniş olacaqmı?..”

  1. Mirhafiz müəllim! Deyəsən axı “Xəzər Lənkəran”da tərpəniş olmağa başlayıb. Özüdə deyəsən bu tərpəniş Sizin yazının manşetində qoyduğunuz sualdan sonra başlayıb.
    *****
    Belə olsa, əlbətdəki buna sevinmək lazımdır!

Comments are closed.