Buradasınız Əsas » Xəbər » “Sumqayıt”ın qələbəsi ilə başlayan XXVIII tur, canlı nəticələr
  • Bookmark and Share

“Sumqayıt”ın qələbəsi ilə başlayan XXVIII tur, canlı nəticələr 

Bakcell Arena_ic gorunus

XXVIII turun oyunları əvvəlki turlardan fərqli olaraq bir günə deyil, üç günə sığacaq. Bu tur, 28-29-30 mart aralığında olacaq ki, dünən Sumqayıtda artıq bir oyun keçirilib və şəhərin eyniadlı komandası, AZAL-ı 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Bu turun ikinci oyun günü Bakıda Böyük oyun baş tutacaq. “Neftçi” – “Xəzər Lənləran” oyunu saat 17:00-da “Bakcell Arena”da start götürəcək. Matç həmin saatdan etibarən “İdman Azərbaycan” telekanalı ilə canlı yayımda arenaya buraxılmayan komandamızın azarkeşləri üçün təqdim olunacaq. Bugünün digər matçı “Bakı” – “Simurq” matçı isə bir qədər əvvəl, 15:00-da başlayacaq.

Turun qalan iki oyunu isə sabah, yəni 30 martda keçiriləcək ki, “İnter” – “Rəvan” oyunu saat 17:00-da başlayacaqsa, digər oyun olan, “Qarabağ” – “Qəbələ” matçı bundan bir saat sonra, yəni 18:00-da start götürəcək. Bu matçların həmişəki kimi canlı nəticələri saytımızda azarkeşlərə təqdim olunacaq.  Startına bir neçə saat qalmış Böyük oyunda komandamıza möhkəm iradə və əzmkarlıq sayəsində qələbə arzulayırıq.

 Turun aşağıdakı tərtibatda olan qrafik forması PFL-in saytına məxsusdur

Sumqayıt 2-1 AZAL
28.03 15:00   Hakim: Fariz Yusifov – Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Neftçi 1-0  Xəzər Lənkəran
29.03 17:00   Hakim: Orxan Məmmədov – Stadion: Bakcell Arena
Bakı 2-1 Simurq
29.03 15:00   Hakim: Ömər Paşayev – Stadion: Bakı FK-nın təlim-məşq bazasının stadionu
İnter 3-0 Rəvan
31.03 17:00   Hakim: Elvin Əsgərov – Stadion: Şəfa stadionu
Qarabağ 3-0 Qəbələ
30.03 18:00   Hakim: Rəhim Həsənov – Stadion: Tofiq Bəhramov adına Respublika stadionu

 

Turun son bir oyunu təxirə salındı:

Bu gün 30 mart tarixində əvvəlcədən bilindiyi kimi  XXVIII turun son iki oyunu keçirilməli idi. “İnter” – “Rəvan” oyunu start vəziyyətinə gətirilsə də sonradan bu oyun təxirə salınıb. Təxirə salınmaqda səbəb bu gün respublikamızda və xüsusən qalan iki oyunun keçiriləcəyi Bakı şəhərində hava şəraitinin kəskin pisləşməsi olub. Belə ki, dünən gecə saatlarından başlayaraq güclü şimal küləyinin əsməsi havanı xeyli soyutmuşdu. Gündüz saatlarından başlayaraq isə bu külək özü ilə yağış da gətirdi. Matçın başlamasına bir saatdan bir qədər artıq vaxt qalmış isə güclü qar yağmağa başladı. Güclü külək və qar yağması ilə əmələ gələn qasırğalı hava isə futbol oyununun keçirilməsi üçün tam əlverişsiz şərait yaratdığından bu oyun sabah Martın 31-nə təxirə salındı. Əlbəttə burda meydanın ot örtüyünün süni olması da rol oynadı. Belə olmasa idi təbii örtüklü meydanda keçirilən “Qarabağ” – “Qəbələ” oyunu da təxirə salınardı.

10 Şərh yazıya: “Sumqayıt”ın qələbəsi ilə başlayan XXVIII tur, canlı nəticələr

  1. Qabil

    Axşamınız xeyir, Doktor! Yenə köhnə hamam, köhnə tasdır. Bügünki əsas heyət müdafiəçi Xesusu çıxmaq şərtiylə, rəhmətlik Toşakın axırına çıxan heyət idi. Görün neçə vaxtdır ki, komandasına ürəyi yanan azarkeşlər Benuahini, Qliqorovu, Nildonu start heyətdə görmək istəmir. Qoy məşqçi korpusundan bir nəfər çıxıb açıqlama versin ki, 94-dəqiqə ərsində bu oyunçular nə ilə yadda qaldı? Hələ arsız-arsız Fransa sevdasına düşmüş təzə bəy, Tounkaranı demirəm. On nömrə Elnurdan söz açmağa dəyməz…
    Olmazdı ki, M.Dənizli heç olmazsa ikinci hissədə Benuahinin yerinə sürətli, texnikalı Dejanı, rəhmətlik Toşakın yadigarı olan Qliqorovun yerinə isə güclü zərbələrə malik, dispetçerlik bacarığı olan Eliası meydana ataydı? Və nəhayət komanda üzərində aparılan iki illik eksperimentlər yenəmi davam edəcək?..
    *****
    Salam, Qabil bəy! Mənə elə gəlir ki, “Neftçi”ni “Dəhşətli komanda” kimi qəbul edib, onlarla oyunlarda praktikası olan oyunçulara üstünlük vermişdilər. Təzələr güclü də olsa “Neftçi”yə nabələddirlər deyə. Əslində bununla “Neftçi” önünə zəif heyət çıxarmış olduq. (???) Bu günki heyətin bundan başqa adı yoxdur! Amma bu Mustafa bəyin fikridir, yoxsa tədricən onun beyninə yeridilmiş fikirdir, bilmək olmur. Bəs əvvəllər Mustafa bəyin belə səhvlərinə niyə rast gəlmirdik?

     
  2. Qabil

    Hörmətli Doktor! M.Dənizli “Neftçi”ylə oyun praktikası olub amma, oynamaq qabiliyəti olmayan Qliqorovu, Benuahini, Nildonu oyuna atmaqdansa, “Neftçi”ylə oyun praktikası olmayan, amma oynamaq bacarığı onlardan üstün olan Eliyası, Dejanı, Sakkonini oyuna atsaydı məgər nəsə itirəcəkdi? Onsuzda dediyi kimi çempionatda heç bir marağı qalmayıb. Heç olmazsa kubok oyunu üçün stabil bir heyət qurub “Neftçi”ylə oyunda yoxlayaydı. Yoxsa Toşakın “torba”sın tikən bu heyət Dənizlini də ram etməyi bacardı? Əgər bu həqiqətən də belədirsə onda M.Dənizliyə də bir fatihə…
    *****
    Hörmətli Qabil bəy! düz deyirsiniz. Amma mən bayaqkı cavabımda daha başqa şeylərə işarə vurmuşam…

     
  3. Qabil

    Doktor, indi lap əla anladım Sizi. Gecəniz xeyrə qalsın!

     
  4. R.S.

    Bizim ümid etdiyimiz insanda orda heç nə edə bilmiur.Heç olmasa onu başa salmaq olardı .O daha yaxındı Mustafaya.
    *****
    Onu hər hansı bir işə qarışdırıb mövqeyinə zərbə vurmaq istəmirik.

     
  5. Zəfər Lerikli

    İndi hami öz fikirləri ilə kamandamizin uğursuzluqlarina bir cur yanaşir.Kimi qara zolaqdan, kimisədə rəhbərlikdən danişir. Kimisidə ayri-ayri oyunçulari hədəfə alir, bir qismidə məşqçi fəaliyyətsizliyini ön plana çixardir.Bəziləridə lap uzağa gedib futbol başbilənlərini gunahlandirir.Əslində butun bunlar başaduşələndir.
    Bu gunlərdə saytlarin birində maraqli bir yazi oxudum.Belə ki ,klub prezidentlərdən biri həmişə öz şəxsi maşini ilə kamandasinin səfər oyunlarina gedərmiş.Dəyişilik olsun deyə bir dəfə kamanda avtobusu ilə gedir.Avtobusla az -çox getməmiş oyunçularin gulməyinin şahidi olur və bunun səbəbini baş məşqçidən soruşur.Baş məşqçi deyir ki həmişə rəqiblə oyuna gedəndə qabağimiza cənazə çixanda uduruq.İndidə cənazə keçdi və oyunçularimiz qalib gələr deyə sevinirlər.
    Tərslikdən həmin oyunda kamanda 5:0 uduzur.Klub prezidenti bu dəfə avtobusda gulur və xoş əhval-ruhiyyədə görsənir.Hami məyus olduğu halda, niyə klub prezidentinin sevinməyinin səbəbini soruşurlar.Klub prezidentindən belə cavab eşidirlər.:
    Allah evivizi tiksin.Yaxşi ki, uduzdunuz.,işdi qalib gəlsəydiniz, onda hər oyunda bir cənazə sizinçun hardan tapaydim!?.

     
  6. Qabil

    Salam MÜƏLLİM! M.Dənizlinin Toşakdanqalma heyəti meydana atmaqla onlara güvənməsi biz azarkeşlərin dilini qısaltdı. Əvəzində normal düşüncə tərzi, məşqçilik talantı, etika və estetikası olmayan “Zəif”in dilini bir metr də uzatdı. Artıq “Neftçi”baz saytlarda bu “diliuzun”un özünütərif namələrinə addımbaşı rast gəlinməkdəyik…

     
    • Zəfər Lerikli

      Qabil bəy salam! Sizə deyim ki ,Mustafa bəyə işləməyə imkan vermirlər.Pit kimi bir oyunçunu yenidən kamandaya gətirənlərin nə boyda “çəkisi” olduğunu butun fəal azarkeşlər bilir.Bu gun Pit ehtiyatda durubsa deməli növbəti torba əməliyyatinin son göstərişlərini almaq uzrədir.Amma bu torba əməliyyati baş tutana heç oxşamir.Fəxri prezidentə hər nuans məncə çatdirilir.Və çox keçməz ki , satqinlar qovulacaq.İndi artiq bu satqinlari demək vaxti çatib.İstefalar klubda gerçəkləşməlidir.

       
  7. R.S.

    Hörmətli həkimimiz deyəsən bu oyun haqda fikr bildirməyə tələsmir.Birdəki hamı təngə gəlib bu uğursuzluqdan.
    *****
    Dərin fikirlərə qərq olmuş yazıq,
    Dincəlmək istəyir, o da azacıq.

    Və birdən… yeni yazı.
    Dincələ bilmədi o heç azacıq.

     
    • R.S.

      Allah köməyiniz olsun .Bir az da olsa gülüş bəxş etiniz .Vallah Sizn, İslam bəy kimi insanlarla tanışlıq ,dünyanın yarısın bərabərdir .vertual olsa belə.
      *****
      Həmişə mənalı gülüş qismətiniz olsun!

       
  8. Qabil

    ZƏFƏR qardaş, Salam! “Xəzər Lənkəran”da bizim 10-faiz bildiyimiz, 90-faizsə bilmədiyimiz proseslər, klub yenidən yaranandan ta indiyə kimi davam etməkdədir. Çünki, klubun idarəçiləri futbol təsərrüfatının idarə edilməsi sahəsində qeyri peşəkardır. Adi bir nümunə göstərim, məsələn stadionun direktoru futbol təsərrüfatında peşəkar olmadığından stadionun vəziyyəti göz qabağındadır. Səhv etmirəmsə Klubun idarəçilik sistemində o biri sahələr də elə stadionun vəziyyətinə
    oxşardır…

     

Reply to Qabil


− 5 = sıfır