Stanku Stelian “Xəzər Lənkəran”da!

Rumıniyalı futbolçu (sağ müdafiəçi) Stanku Stelian bu gün “Xəzər Lənkəran” klubuna keçməsi ilə əlaqədar iki illik müqavilə imzalayıb. 28 yaşlı müdafiəçi həm də sağ yarımmüdafiəçi mövqeyində də eyni müvəffəqiyyətlə oynayır.
S.Stelian futbolda peşəkar karyerasını 18 yaşından başlayıb. Belə ki, indiyəcən bu futbolçu ölkəsinin Premyer liqasında təmsil olunan 5 klubda oynayıb: “Astra Ploeşti” (Ploeşti), “Sportu Studentesc” (Buxarest), “Styaua” (Buxarest), “Poli Timişoara” (Timişoara) və “FC Braşov” (Braşov).
S.Stelian “Styaua” və “Poli Timişoara” komandalarında oynayan zaman bu klublar Rumıniya çempionatını ikinci yerdə bitiriblər, adı çəkilən sonuncu klub isə hətta ölkə kubokunu qazanıb.
S.Stelian evlidir, bir qızı var Doğma dilindən başqa ingilis dilini də bilir.
Mənbə: Lankaranfc.com
 
Arxiv: Bosman.at.ua