"Standard"-la yoxlama oyunundan sonra Ağasəlim Mircavadovdan aldığımız müsahibə

Agaselim Boyuk Oyun
Fanklubumuz Baş məşqçi Ağasəlim Mircavadovdan da müsahibə alıb. Sualları fanklubumuzun üzvü olan Əfqan Mırzəyev verdi:
 
Ə.Mirzəyev: Ağasəlim müəllim, qələbə münasibəti ilə təbrik edirik. Hər iki yoxlama görüşlərindən qalib ayrıldınız. “6-lıq” öncəsi bu görüşlərin əhəmiyyəti barədə.

 
A.Mircavadov: Sualınızı başa düşdüm, bu oyunların birini süni ortüklü meydançada, bu günkünü də belə hava şəraitində bu cür meydançada oynadıq. Oyundan və oyunçularımın işgüzarlığından razıyam, ola bilsin ki, bizim səhvlərimiz var, oyunçuların tam anlaşa bilməməsi ola bilər, bu da başa düşüləndir. “Xəzər Lənkəran” elə bir komandadır ki, yaxşı meydançada daha yaxşı oynaya bilir. Belə palçıqda oynamaq çətindir. Onu deyə bilərəm ki, qarşıdakı “Qarabağ”la kubok oyunumuz belə meydançada keçiriləcək.

 
Ə.Mirzəyev: Yeri gəlmişkən, qabağda həm kubok, həm də “6-liq”ın gərgin oyunları bizi gözləyir, bu görüşlərdən və çempionatın sonluğundan nə gözləyək?

 
A.Mircavadov: Bilirsiniz ki, “Xəzər Lənkəran”  iddialı klub olub həmişə birinci yer uğrunda mübarizə aparır. Eyni zamanda həm kubok, həm də çempionluq yarışmasında sona qədər mübarizə aparmaq əzmindəyik.

 
Ə.Mirzəyev: Ağasəlim müəllim, bu oyunlarda gənc futbolçuları da sınadınız, onlıar haqqında da bir neçə kəlmə

 
A.Mircavadov: Bizə həmişə irad tuturlar ki yeniyetmələri oynatmırıq. Amma bu oyunlarda gördüyünüz kimi biz onlara da şans veririk, amma bu hələ azdır. Onlar öz üzərilərində hələ çox işləməlidirlər ki, “Xəzər Lənkəran” kimi komanda da oynaya bilsinlər. 

 
Ə.Mirzəyev: Gənc oyunçulardan kimləri fərqləndirə bilərsiniz? Konkret Amid Hüseynov haqqında

 
A.Mircavadov: O birilər kimi Amid də hələ öz üzərində çox çalışmalıdır, çox şey onların özlərindən asılıdır. Budur əsas məsələ. Çox sağ olun. Uğurlar!!!
 
Arxiv: Bosman.at.ua