Slavik, bura ora deyil!

XXIV tur da öz məsuliyyəti ilə gəlib çatdı və artıq arxada qaldı. Nə idi bu məsuliyyət ki, “Xəzər Lənkəran” burda da gözlənilən nəticəni əldə edə bilmədi.
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Nahid Əliyev
Dördüncü hakim:
 Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi:
 Ramiz Abdullayev
Hakim-inspektor: 
Əhmədağa Cabbarov

Təqdim olunan bu siyahı, AFFA tərəfindən Lənkərandakı bu oyuna göndərilmiş vəzifələri üzrə rəsmi adlar idi. Rəqib “İnter” turnir cədvəlində komandamızdan öndə idi və turnir cədvəlində bizdən daha öndə olan komandalar da var idi ki, bir-biri ilə görüşürdülər. Yəni bizdən öndə olan komandanı yenməyimiz, bu turda xal cəhətdən onu “öldürmək” idisə, turun başqa bir oyununda da ən azı bir, yaxud da ikisi də bir-birinin “xalını öldürəcəkdi”. Yəni gələcək baxımından bu turun da məsuliyyəti böyük idi. “Qarabağ”, “Neftçi”nin üç xalını, 1:4 hesabıyla, yəni üç top fərqiylə “öldürdü”. “Xəzər Lənkəran” bu turda da ardıcıl xal itiməklə artıq özünü çox geri salmış oldu. Yəqin Mustafa bəyin gələrkən çempion da ola bilərik, amma əsas hədəfimiz ilk üçlükdə yəni mükafatçılar sırasında olmaqdır, kimi fikirlərinə indi özü də inanmır. Çünki, son turlar ardıcıl xal itirmələr bu ümidləri tükətmək üzrədir.
Belə ümidləri özü üçün doğruldan komandalar da var ki, elə bizi kimi mövsümə uğursuz başlayan “İnter” və “Bakı”nı misal göstərə bilərik. Adını çəkdiyimiz hər iki komanda 6-7 tur bundan öncə hər ikisi xal cəhətdən bizə yaxın idilər və hətta aşağı pillələrdə qərarlaşmış idilər. Həmin dövrlərdə onlar sanki çempionluq uğrunda mübarizədən qopmuşdular və buna heç ümidləri də yox idi. İndi hər ikisi düzgün yol tutmağın hesabına xeyli irəliləyib və çempionluq mübarizəsini davam etdirirlər. “Bakı” artıq üç dənə qırx xallılardan biridir ki, üçüncü yerdə də qərarlaşıb. “Neftçi” isə bizim kimi ardıcıl xal itkilərinə məruz qalaraq, xeyli geri düşüb və gəlib turnir cədvəlində bizə qonşu olub. “Xəzər Lənkəran” ardıcıl xal itirməsəydi, indi geriləməyə məruz qalmış “Nefçi” ilə təxminən eyni xala sahib olardı ki, növbəti turlarda artıq pilə-pilə irəliləmə baş verərdi. Bunlar ümumi mənzərənin real və gözlənilən xarakteristikası idi.
Keçək, XXIV turda baş tutan “Xəzər Lənkəran”ın evdə qarşılaşdığı “İnter”lə oyununa. Reallıq belə idi ki, bu oyunda üç xal hava və su kimi komandamıza lazım idi. Başqa bir reallıq da əsas heyət üzvlərinin bir neçəsinin bu oyunda zədə səbəbindən oynamayacaqlarının bəlli olması idi. Bu da onunla müşayiət olunurdu ki, onların yerinə komandaya təzə gələrək və nəticədə tam uyğunlaşma dövrünü keçməmiş, həm də 90-dəqiqə əsas heyətdə oynamamış futbolçularla, əsas heyət üzvlərinin yerinin doldurulması idi. Doğrusu buna baxmayaraq, Dənizli bu çətinliyin öhtəsindən pis gəlməmişdi. Çünki “Xəzər Lənkəran” sona qədər komanda oyunu oynaya bildi. Amma əsas heyətlə bəzən riskə gedərək yaradılan dinamikliyi, uyğunlaşmamış bu heyətlə etmək böyük risk olardı. Elə buna görə də komanda axıra qədər intizamlı oynadı və heç bir riskə getmədi. Bu yəqin ki, baş məşqçinin tapşırığı idi ki, futbolçular da bundan kənar cəhdlərdən yayınmaqla, düz iş görmüş oldular. Həmişə belə oyun intizamını gözləmək sonda uğura aparmalıdır.
Dedik ki,  “Xəzər Lənkəran” son dəqiqəyədək komanda oyunu oynadı. Lakin əvvəllər də olan bəzi çatışmazlıqlar bu oyunda da özünü göstərdi. Bunlardan, Sadio Tounkaranın əvvəlcədən iflasa uğrayacağı bilinən top daşımaları idi ki, neçə sağ cinah hücumununun axırını kor etdi. Yəni topu daşıyaraq son anda itirən və ya son anda “rəqib oyunçuya ötürmə” vermə və yaxud da qapıdan başqa hara istəyirsən zərbə vurmaqla bitən “Tounkara İflası” idi. Digər tərəfdən “sevimli oyunçu”muza çevrilmiş Franko Nildonun tənbəllikdən yanını belə tərpətməməsi, neçə-neçə şanslarıın “ölümünə” səbəb olurdu. Sadio Tounkaranı belə oyuna məcbur edən, bəlkə də xəyalən Fransanın aparıcı klublarında öz yerini görməsinin sərsəmləmələri məcbur edirsə, Franko Nildonun da heykəlin gələn dəfə harasını dişləmək ehtirası, yanını belə tərpətməyə imkan vermir. Qaldı ki, Misir piramidalarının içərisindəki labirintlərdə özünü hiss edib, gah da böyük Saxara qum səhralarında azan Zohair Benouahi sanki vətəni Mərakesin yolunu tapa bilmir ki, bilmir.
Bu qışda yerli transferlərimizdən ikincisi olan Slavik Alxasov pis təsir bağışlamasa da bir pis xasiyyətini tərgitməsi lazımdır. Slavik bildiyimiz kimi “Neftçi”nin düşərgəsindən gəlib və “Aşıq gördüyün çalar” havası ilə oynayır. Bilirik ki, Slavik əvvəlki komandasında nə edirsən et, sənin qapına penalti verən olmaz və rəqibin cərimə meydançasında kefin istəyən vaxtı heç kimin əhatəsində olmadan belə özunu yıx və penalti qazan! prinsipləri köhnədə qaldı. Bir ona xatırladan lazımdır ki, “Bura, ora deyil!”, ay Slavik! İnsafən son turlarda hakimlər himayə əlini nisbətən Slavikin köhnə komandasından çəkiblər deyə, onlar tez-tez əsəbləşir və nəticədə xal itirirlər.
“İnter”lə oyunda qapımıza verilən bir penalti epizodu var idi ki, burda hakimin qərarını şübhəyə almaq olmazdı. Çünki müzakirələrdə hakimin epizoda yaxın olduğu, lakin tərəddüd etdiyi və köməkçisinin rəyi ilə sonda qərar verdiyi bildirilir. Video görüntüyə təkrar baxmaqla, bu tərəddüdün nədən ibarət olduğunu görmək olar. Bu penaltiyə səbəb olan an, iki elementin ardıcıllığı ilə baş verir. Topun qalxaraq Alxasovun sağ əlinin sanki müşayiəti ilə hərəkət edərək rəqib oyunçunun qabağına düşür. Burda hakim tərəddüdü kimi görünən moment yaranır. Əslində, top Alxasovun əlinə dəyməsi bəhanəsi ilə penalti verilməmişdi. Burda hakim tərəddüdü kimi görsənən halın davamında, artıq rəqib önünə çatmış top var və Alxasovun ikinci hərəkəti, sol ayağını uzadaraq rəqibin ayaqlarının pəncəsinə ilişdirməklə onu yıxmasıdır. Özü də rəqib o an Slavikdən azacıq öndə idi və hərəkət türk demişkən “arxadan yapılan müdaxilə” kimi qiymətləndirildi və bunun belə olduğunu köməkçi hakimlə məsləhətləşən Elvin Əsgərov penalti nöqtəsini göstərdi. Çünki köməkçi hakim düz iki metrlik məsafədə epizodla üzbəüz idi. Qaldı ki, bir neçə dəqiqə sonra Slavikin özünün rəqibin cərimə meydanında yıxılması, bu öndən topa ayaq qoyma kimi qiymətləndirilib heç də həmişə penalti qərarına səbəb olmur. Verən hakim də olur, verməyən hakim də. Slavikin “Aşıq gördüyün çalar!” vaxtında hakim, verərdi, çox güman. Ümumiyyətlə, Elvin Əsgərov bəlkə də bu oyunda ən yaxşı idarəçiliyindən birini etdi, deyə bilərik. Bir də ki, biz “Xəzər Lənkəran” azarkeşi kimi həmişə çalışmışıq haqlı danışaq. Haqqımız olmayan şeyləri tələb etməyək, obyektiv olaq!
Bir də onu deyək ki, yay fasiləsində, futbolçu seçimi cəhətdən “qara panter” dediyimiz, Mbilla Etame kimi oyunçunu qazanmış olduq. Bu qış fasiləsində də Thieqo və Eliası bu sıraya qatmaq olar. Thieqo müdafiəçi də olsa,,anidən hücumda da öz işini görə bilir. Bu ya arxadan hücum xəttinə dəqiq məhsuldar ötürmə ilə səciyyələnir ya da cismən özü hücumda gözəl iştirakı və vurduğu qollarla, “Real” Madridli Serxio Ramosu xatırladır. Elias çox dinamik futbolçu olmaqla, gözlənilməz bic zərbələrə malikdir. Hər iki ayağı işləkdir və ayaqları işlədiyi kimi başı da ağlı da işləkdir. Əvvəldən nəzəri olaraq, kombinasiyaları yaxşı düşünür və ya ani fürsət düşdükdə, tez qərar qəbul etməklə, vəziyyəti uğurlu dəyərləndirir.
Bütün bu dediklərimizlə çempionat, komandanın püxtələşməsi baxımından əla fürsətdir. Amma Avropaya getmək üçün kubokda uğurlu çıxış edib bu fürsəti reallığa çevirmək haqqında düşünməliyik.

14 thoughts on “Slavik, bura ora deyil!”

  1. Mbilla Etame!-Bu dəqiqənin icindədə onu lider görurəm.Tieqo və Elias hələ özunu subut etməyib məncə.Əgər bu 2(iki) oyuncu öz oyun uslubuna sahib olsalar, formaya duşsələr və Mbilla ilə möhtəşəm “Trio” təşkil edə bilərlər.Tam sizinlə raziyam. Kamandamiz cempianatda puxtələşib və kuboku göturməlidir.Avropa yolundada yeni gucləndirmələr edilməlidir.Avropada isə bizim hakimlərimiz yəqin ki, oynumuzu idarə etməzlər.

  2. Axşamınız xeyir, DOKTOR! Oyunu çox düzgün analiz etmisiz. Doğrusu, oyunu özümçün analiz edərkən məndə elə bir vəziyyət yaranır ki, bəzi məqamlarda düzgün nəticə çıxararkən tərəddüd edirəm və həmin ikibaşlı vəziyyətlərdə üstünlüyü öz komandama verirəm. Ona görə ki, lap çoxdanın “Xəzər Lənkəran”lısı olmağımdan irəli gəlir. Bir də üstünlüyü öz komandamıza verərkən “Kim öz ayranına turş deyər?” məsəlinin də rolu danılmazdır.
    *****
    Hər vaxtınız xeyir, Qabil bəy! Əslində o “ayran, mənim də ayranımdır”. Lakin düzü demək lazımdır və ört basdır etməklə, özümüzə pislik etmiş oluruq. Əsl dost eyibi hamıdan qabaq, öz dostuna deməlidir ki, bu da istəkdən əmələ gəlir. Çünki, dostu istəyiriksə, onun cəmiyyətdə axsamasını istəmirik deyə, çatmamazlıqları vaxtında deməliyik! Buna görə heç kim inciməməlidir. İnciyən isə sonra axsayanda başa düşər ki, bu da gec olar! Yəqin bu fikirlərlə razı olarsınız.

  3. Slavikin hansi məqamda və necə gəlməsi biz azarkeşlərə bəllidir.Klub bizi caşdirmağa calişsada əsla bunu M,Dənizli secimi kimi qiymətləndirmək kökundən yanlişdir.
    Slavikin “olmayan penalyi” və “olan penalti”-lərdən sonra eyni reaksiya göstərməsi şubhəli və qaranliq görsənir.Slaviki anlamaq cətindir mənə.İmani yandirmaq olmaz amma neynəyim ki ,inanmağim gəlmir.

  4. Mirhafiz müəllim, Sizinlə razılaşmamaq mümkün deyil. Mən şərhimin elə ilk cümləsində “Oyunu çox düzgün analiz etmisiz” yazmaqla zatən Sizin fikirlərlə tam razı olduğumu bildirmişəm. Burda mən tərəfdən inciməyin qəti yeri yoxdur. Əgər hər hansı bir məsələni düz analiz etmirəmsə və Sizin apardığınız analiz mənə düzgün qərar çıxarmaqda kömək edirsə, niyə Sizdən inciməliyəm ki?
    *****
    Ay Qabil bəy, mən sizə ünvanlamamışam bu incimək məsələsini. Əksinə, sizinlə bir cəbhədən çıxış edərək, başqa inciyənlərə sözümü demişəm. Bu da adıçəkilən futbolçular və klubda, komandada olanlara işarədir.

  5. Bu yazınıı oxuyanda gələcəyə ümidlənirsən.Siz bir şeyi çox yerində qeyd etmisiniz “bura ora deyil””Qəbələ” də oynayan “Neftçi”nin futbolçusu Amit Quluzadədə öz üzvü olduğu komandasının qapısına 11 metrlik çərimə təşkil etdi .Bu “Qəbələ”nin “Neftçi” ilə oyununda olmuşdu .Bunlara da “Neftçi”lər deyərlər .toxumları hara düşdüsə,keçmiş komandalarına xeyir verirlər .Elə Ruslan Abışov da buna misal 0la bilər .
    *****
    Gizli mətləbləri aşkar eləyirsən deyəsən,
    Neyləyək?! Haqq görən insan, beləsən!

  6. Muəllim salam!
    Sizə bir şərhimi göndərirəm. Göndərirəm ona görə ki mən tənqid etməyi özumə adət etməmişəm.Haqli tənqid etməyi ,elə Lerik sularinin təmiz olmaği qədər təmiz edirəm. Saf urəklə edirəm bə haqsizliğa göz yuma bilmədiyimə görə edirəm.Tənqid edirəm ki ,ozumdə haqli tənqidin lehinə olan bir adam kimi.Qoy mənidə tənqid etsinlər və mənim urəyimdəkilərini biləndən sonra etsinlər.Tənqid haqqina olmalidir,hec kimin zəhmətini yerə vurmamaq şərtilə.Özudə saf urəklə.!
    Məsələ burasindadir ki ,Slavik Alxasov azərbaycanlidir və bu turlar ərəfəsində “XL” ucun tər tökur ,qarşiliğindada pulunu alir. Elə duşunməyin ki ,”Alxasov” soyadini daşiyan həmyerlimiz bizə hansisa əcnəbidən cox yaddir. Və ya bizim onunla duşmənciliyimiz var, ya da “Neftci” yetirməsi olduğu ucun onu sevmirik.!
    Slavikdə gunah axtaran yoxdur,varsada bu cox azdir,elə onlardan biridə mən.Ona görə naraziyam ki , haqsiz və haqli penalti qərarlarinda özunu şubhəli aparir. Şubhəli aparmağida bir yana, bu oyuncu niyə susur?
    Slavik Alxasov “XL”-a gələn gundən cox artirib,istəyi və caniyananliği hiss olunur.Biz bunu danmaq istəmirik.Slavikə “qorxma, mən səninləyəm”- deyenlərə bir sualim var.!? Böyukağa Haciyev butun futbol ictimaiyyətin qabağinda “biz Slaviki təmənnasiz XL-a hədiyə etdik”-fikri əgər sizə unvanlansaydi, buna necə reaksiya verərdiniz. ???
    Uc sual!
    Slavik axi kimdir?-Yaxşi idisə ,niyə “Neftci”yə lazim olmadi?.Niyə “Sumqayit”-da özunu doğrulda bilmədi!?
    Niyə o hədiyyədir?
    Niyə ,M.Dənizli hec onu tanimadan, onun adiyla gətirildi?-Bəlkə ömrunu bu kamandaya verənlərə ,nəsə dərs kecmək istəməklə bizi axmaq yerinə qoymaq istəyirlər?-Yoxsa bizi çoban bilirlər,çobanda özləridir ,elə axmaqda özləridir.!
    Biz demirik Slavik pis oyuncudur,Slavikin lal dayanmaği imkan verməz ki ,biz azarkeşləri kiminsə yaninda alcalmağina səbəb olsun.Slavik kişi kimi cixib “ZƏİF”-in cavabini versəydi, indi ən əziz oyuncularimizdan biri idi.
    Biz uduzmağida bacaririq amma kiminsə qappazalti olmağina öyrəşməmişik. Ona görədə Slavik dərindən duşunməlidir. Biz “XL”-i mənəvi cəhətdən sevmişik, bunu Slavikdə anlamalidir.Yoxsa , dunyanin bir nömrəli futbolcusuda olsa ,bizə lazim deyil.
    Namik qardaşimizin fikrinə baxin, və duşunun.!Halaldi bu qardaşimiza “Xəzər”-li olmaği ilə:
    Xəzərin bayrağını Respublika stadionunda əlinə götürüb o yan buyana qaçanda və bu bayrağı başı üstünə qaldıranda mən çox sevindim.O dahi məşqçi olduğunu bir daha sübut etdi.O çılğın idi bizə oxşayırdı biz onunla bir-birimizi tamamlayırdıq.O ayaq üstə 90 dəqiqə bizimlə bir həyacanı yaşayırdı. Biz onu çox sevdik o da qarşılığı bizə verdi.Əyilmədi kişi kimi istefa verdi, bizi onlarla üz-üzə qoymadı.Alnı açığ getdi.Bizim sevgimizi qazanıb getdi.Mən şəxsən ona minnətddəram.O affa-nın aftafa tutanları qarşısında baş əymədi.Mən yüz faiz bilirəm ki, o harda olsada bizim dəvətimizi gözləyir.Rednik SİZ GÖZƏL İNSAN VƏ DAHİ MƏŞQÇİSİZ.SİZƏ UĞURLAR….
    Başqa bir sərhə məgər, ehtiyac var?. Bəlkə var, mən bilmirəm!?. Azərbaycan realliği baximindan biz azarkeşlər hec kimik.!. Bəli , hec kim!.
    Amma biz ayriliqda böyuk şəxsiyyətik.Elə bir şəxsiyyətik ki, savadimiz futbol başbilənlərdən coxdur,elə qabiliyyətimizdə!
    Bizi biz edən, elə “biz”-lərik.. “Biz”-ləri biz etmək ucun biz özumuz “biz” olmaliyiq. Bildiniz hansi “biz”-lərdən?
    Ayaqqabi tikmək ucun ucu ” iti” və “qarmaqli” bizlərdən. Bunu bacarmağa kimdəsə ” biz” demək ucun cu”rət varmi?
    *****
    Axşamınız xeyir Zəfər bəy! Sizin şərhinizin birinci hissəsi ilə tam razıyam. Çünki dinimiz İslamın beş əsas şərtlərindən birini özündə ehtiva edir. Haqlı və təmiz ürəklə tənqid yəni “əmr be məruf” kimi dinimizdə səciyyələnir. Bu bildiyiniz kimi “mərifətə, düzgünlüyə çağırış əmridir”.
    Daha sonra dinimizdə o da var ki, hətta əcnəbi millət də olsa, ona və inancına hörmətlə yanaşmalıyıq.
    İşlər düzgün qurulan klubda məşqçinin belə söz deməsi, tamamilə qanuna ziddir. Maliyyə işlərini klub idarəçiləri həll edir və məşqçi hər hansı futbolçunu istəyə və ya istəməyə bilər. Lakin, “onu təmənnasız verdik” deyə bilməz. Əgər deyirsə, belə çıxır ki, Böyükağa Hacıyev həm də transferlərin maliyyə işlərinə də qarışır? Sualınıza cavab olaraq deyirəm ki, əgər mən baş məşqçi olsa idim belə səhv buraxmazdım!
    Qaldı ki, bizi avam yerinə qoymaq məsələsinə, buna da özünüz əla cavab vermisiniz və mənim nəsə deməyimə ehtiyac qalmayıb.
    Qaldı, Namik qardaşımızın cənab Mirça Rednik haqqında dediklərinə, Bizim Rednik haqqında son yazımızda əsaslandırılaraq deyilmişdi ki, “O həqiqətən də dahidir!” başlıqlı yazıda.
    Qaldı ki, şərhinizin son bölümünə, futbolda elələri var ki, üzünün dərisinin qalınlığından ayaqqabı bizi də ona batmır, nəinki, insan olan bizlər!

    • Azarkeşin suali cox amma cavabi almağa mənbə azliq təşkil edir.Əgər bu gun mən də ,sənd ə, o da (və ya cəm halinda) narahatdirsa deməli futbol Azərbaycanda həqiqətən yoxdur.Bəlkə kimsə pul qazanmaqla yenə bizləri aldadir!?
      Cox sadə və “saf” cumlə alinidi.Bəs sizcə!?
      *****
      Sizi başa düşdüm! Mən belə müqayisə ilə cavab verərdim: Azərbaycan futbolu bir neçə ölüm verən, lakin müalicəsi mümkün xəstəliklərin bir şəxsdə (oxu: orqanizmdə), eyni vaxtda təzahür edərək, diaqnoz qoyma çətinliyi yaratma ucbatından, xəstəni itirməyə doğru aparan bir vəziyyətdədir. Güclü və təcrübəli təbibə ehtiyacı var!

      • Bu yazinizi məndə həkim dili ilə başa duşurəm.Cunki məndə həkim olmaq ucun cox calişmişam amma qismətimdə olmayib.Cavabim belədir: “Orqanizm vahid bir vəhdət təşkil edir”.
        *****
        Düz buyurursunuz. Bu vahid və əlaqəli sistemi sağlam yaşatmaq (oxu: işlətmək) üçün sizin və sağlam düşüncəli digər azarkeşlərimizin, bizimlə birlikdə etdiyi həkim köməyinə çox ehtiyacı var və birlikdə bizlər, bu fəaliyyətimizi yorulmadan davam etdiririk.

      • Bütün futbol qurumları istefa verməli ,kənardan ( Türkiyədən .İspaniyadan .) AFFA HK, Pfl-ə rəhbər gətiurilməlidir.bütün azakkeşlər ayağa qalxmalıdır.
        *****
        Bir sıra ölkələr məsələn Rusiya və Ukrayna kimi futbolu bizdən də irəlidə olan ölkələr bu təcrübədən çoxdan istifadə ediblər.

    • Muəllim! Deyəsən yazilarim mənasiz və məntiqsiz gorunur.İnanmağinizin və hansisa azarkeşimizi inandirmaq məcburiyyətində deyiləm amma gəldi və yazdim.Mən belə duşunurəm!
      *****
      Zəfər bəy, siz həmişə məntiqli və səmimi şərh və yazılarınızla azarkeşləri maraqlandıran məqamlara toxunursunuz. İş ondadır ki, bu gün mən bir vacib tədbirdə iştirakımla bağlı sayta uzun fasilədən sonra indi, yəni 03. 03. 2014 də gecə saat 00:21-də yalnız indi daxil ola bilmişəm və sizin bir şərhinizi indi cavablandıra biləcəyəm. Üzürlü hesab etmənizi rica edirəm.

  7. Axşamınız xeyir, DOKTOR! Bu gedişatla deyəsən bunlar güclü, savadlı, təcrübəli təbibə ehtiyac duymaq belə istəmirlər. Odur ki, can üstə olan xəstə də get-gedə həyatı ilə vidalaşmalı olacaq, məncə…
    *****
    Hər bir şeyin bir vaxtı var və əlbəttə o an gəlib çatır. Amma sizin dediyiniz kimi xəstə öləndən sonranı gərək gözləməyəsən. Sizin kimi azarkeşlərin bizimlə birlikdə apardığımız bu mübarizə isə xəstəni ölməyə qoymamaq və yetərincə vaxt qazanmaqdır, Qabil bəy!

  8. Deyilne gore Elias buranin suyuna yemeyine havasina oyrese bilmir. Yavas-yavas yaxsi olacaq Interle oyunda cox yaxsi tesir bagisladi.
    *****
    Elias həqiqətən də yaxşı futbolçudur. Malik bəy, tamamilə düz buyurursunuz.

  9. Bu il uğurlu olmasa gələn il üçün yaxşı oturuşmuş heyət düzəldə bilər Mustafa Dənizli Bu ilki uduzmalar .heç -heçələr .o qədər də təsir etməməlidir .Bircə Mustafa Dənizli səbr edə biləydi .Uzun müddətli məşqçi kimi kulubun tarixinə düşəydi .Necə ki İnter məşqçiyə inanıb .yolunu onunla davam etdirir.Bircə Musatafa dözə biləydi .

Comments are closed.