Rahid Əmirquliyev: İsraillə görüşdə hesab oyuna görə oldu

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi və “Xəzər Lənkəran”ın kapitanı, vurulan qolun müəllifi, Rahid Əmirquliyevin müsahibəsi

– İsraillə oyunda xal alacağınıza dair verdiyiniz sözə əməl edə bildiniz. Oyun barədə nə deyə bilərsiz?
– (gülür) Deməli, boşuna ümidlənməmişdik. Amma çox gözəl başa düşürdük ki, heç də asan olmayacaq. Çünki güclü komandaya qarşı oynayırdıq. İnam və çəkdiyimiz zəhmət bəhrəsini verdi. Bütün Azərbaycan xalqını bu uğur münasibətilə təbrik edirəm.
– Amma ilk hissəni izləyərkən bu rəqibdən xal alacağınızı güman etmək olmazdı…
– Bəs siz nə gözləyirdiniz? Onlar öz meydanlarında oynayırdılar. Həm də İsrailin qarşısında DÇ-2014-ə vəsiqə qazanmaq hədəfi dururdu, biz isə sadəcə hər oyuna xal qazanmaq üçün çıxırıq. Hər halda fasilədə heyətdə və taktikada edilən dəyişikliklər bəhrəsini verdi.
– Berti Foqts sizə fasilədə nə dedi?
– İkinci hissədə necə oynamaq lazım olduğunu başa saldı. Gördüyünüz kimi, ondan sonra oyunumuz daha yaxşı getməyə başladı.
– Növbəti qol vurmaq şanslarınız olsa da, dəyərləndirə bilmədiniz. Buna nə mane oldu?
– Qol vəziyyətləri təkcə bizdə olmurdu. Onların da bir neçə yüz faizli qol epizodları oldu. Bu, futboldu. Topun qapıya getməsi arzudan asılı deyil. Hər halda hesabın oyuna görə olduğunu düşünürəm.
– Hesabı siz açdınız. Özü də möhtəşəm qolla…
– Şadam ki, vurduğum qol komandamıza nəticə qazandırdı. Topu qəbul etdikdən sonra zərbə vurmağa qərar verdim, qapıçı qaytara bilmədi.
– Bu qolu kiməsə həsr etmək istəmirsiz?
– İstəyirəm.
– Kimə?
– “Xəzər Lənkəran” azarkeşlərinə. Onlar buna layiqdilər.
– Səkkiz oyundan sonra beş heç-heçəmiz var. Hələ də qələbə qazana bilmədiyinizə görə təəssüflənmirsiz?
– Əlbəttə, bu, üzücü faktdı. Amma qələbə qazanmaq alınmırsa, nə etmək olar? Hər halda qarşıda iki ev oyunumuz var. Həmin oyunlarda bu istəyimizə çata bilərik. Səkkiz oyunda qələbə qazana bilməməyimiz qalan görüşlərdə də eyni aqibəti yaşayacağımız anlamına gəlmir.
Mənbə: Azerisport.com

5 thoughts on “Rahid Əmirquliyev: İsraillə görüşdə hesab oyuna görə oldu”

  1. Rahidin oyunu Xezerde alinmamasini kamandanin tam komplektleşmemesinde görurem.Kamandada işler qaydasina duşenden sonra Rahidin gözel oyun sergileyeceyine inaniram.

  2. Axşamınız xeyir ADMİN! Rahidin İsrail millisinə vurduğu qol, vaxtiylə uzaq məsafədən vurduğu qolları xatırlatdı mənə. Komandasının azarkeşləri Rahiddən belə qollar gözləyir. ÖNCƏ VƏTƏN SONRA “XƏZƏR LƏNKƏRAN” ÜÇÜN SIRALA QOLLARI RAHİD!
    *****
    Elə mənim də “Birlik Kuboku” və o ərəfədə Rahidin fəallığı və vurduğu qollar yadıma düşdü. Arzu edək ki, bundan sonra Rahid “Xəzər Lənkəran” üçün ikinci dəfə doğulsun.

Comments are closed.