"Qarabağ"dan centlmenlik

Premyer Liqanın XXV turunda “Rəvan”la səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” martın 6-da saat 11:00-da T.Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında məşqə çıxıb. Məlumata görə həmin vaxt eyni məkanda “Qarabağ” klubunun hazırlığı planlaşdırılsa da Ağdam təmsilçisi lənkəranlı qonaqlara hörmət əlaməti olaraq məşq planını dəyişib və öz yerini “Ağ-yaşıl”lara verib.
Zədəli Rahid Əmirquliyev və Rasim Ramaldanov hazırlıq prossesini kənardan izləyincə əzələ dartılmasından əziyyət çəkən Elnur Abdullayev də sonradan onlara qoşulub. Etame Mbilla və Manuel Skarlatake isə artıq komanda ilə birgə hazırlıqlara qatılıblar. Qeyd edək ki, milli komandaların düşərgələrində olan  Deyan Blajevski, Ağabala Ramazanov və Elnur Cəfərovun bu axşam komandaya qoşulacaqları gözlənilir.
Mənbə: 12cioyuncu.info

2 thoughts on “"Qarabağ"dan centlmenlik”

  1. “Qarabağ” kimi komandadan centlementlik gösləməyə dəyər. Əhsən, sağ olsunlar “Qarabağ”lılar!

Comments are closed.