“Qalmışam mat-məəttəl….Bu mənəm, ya mən deyiləm?”

Azərbaycan televiziyasının “Yumoristik novellalar” verilişində xalq artisti, rəhmətlik Eldəniz Zeynalovun təqdim etdiyi məşhur monoloqdakı kimi: “Baxıram güzgüdə özümə ki, görüm həqiqətən bu mənəm, ya mən deyiləm?! Qalmışam mat-məəttəl…”
-Oooo… Kimi görürəm?! Necəsən, qardaş, nə var, nə yox? Nə vaxtdı səndən xəbər tuta bilmirəm. Haralardasan, nə işlə məşğulsan?
-Sağ ol, hər şey yaxşıdı. Başım işə-gücə qarışıb yaman.
-Bura bax, “feys”də varsan? Varsansa, dostluq göndərərəm, orada tez-tez hal-əhval tutarıq, danışıb dərdləşərik.
-Açığı, mən internetlə elə də maraqlanmıram, amma sənin kimi tanışlar deyirlər, “feys” ünsiyyət üçün çox əlverişli imkandır. Gərək vaxt tapıb bir maraqlanım.
-Geridə qalmısan ki, zəmanədən… İndi balaca uşaqlar da “feys”də özlərinə səhifə açıblar. Darıxma, mən sənin adından profil yaradaram. Şəklin də var məndə, qoyaram. Baxıb heyran olacaqsan…
-Yəni mənim əvəzimdən başqa adam profil aça bilər?
-Əlbəttə, nə mane olur ki? Sən bu işi mənə burax. Günü bu gündən “feys”də səhifən hazırdır. Parolunu da deyərəm sənə, ürəyin istəyəndə girib, dostlarınla söhbətləşərsən. Statuslar paylaşarsan, başqalarının statuslarına şərhlər yazarsan. İlk dostun da özüm olacam.
-Sağ ol, qardaş, heç bunu bilmirdim. Onda xəbər gözləyəcəm səndən…
Bilirsiniz niyə bunu xatırladım? Əgər gizli məqamlara aydınlıq gətirməyimi istəyirsinizsə və buna hövsələniz çatarsa, onda buyurub ardını oxuyun:
-Oooo… Kimi görürəm saytda?! Necəsən, qardaş, nə var, nə yox? Nə vaxtdı səndən xəbər tuta bilmirəm. Haralardasan, nə işlə məşğulsan?
-Sağ ol qardaş, hər şey yaxşıdı. Başım futbolla qarışıb yaman.
-Bura bax, idman saytlarında yazın gedir? Gedirsə, orda canlı yayım haqda yazda, mən də tez-tez o saytlara girib şərhləri oxuyuram, səninlə də hal-əhval tutarıq, danışıb dərdləşərik.
-Açığı, mən saytlarda hal-əhvalla elə də maraqlanmıram, amma sənin kimi tanışlar deyirlər, onda canlı yayım barədə sayt rəhbərləri ilə bir araşdirma apararıq.
-Geridə qalmısan ki, zəmanədən… İndi balaca uşaqlar da bu canlı yayım barədə bilirlər.. Darıxma, mən sənin ucun bizim kamandamızın oyunlarının canlı yayımlamamağının səbəblərini deyə bilərəm. Faktı və subutu ilə, baxıb heyran olacaqsan…
-Yəni bizim bilmədiyimiz nəsə ola bilər?
-Əlbəttə, desəm nə mane olur ki? Sən bu işi mənə burax. Günü bu gündən deyərəm.., amma deməyə tərəddüd edirəm. Əmin ol ki, deyərəm.,amma fikrimi o “12cioyuncu” və ” Bosman”da deməyə söz verirsən?
-Sağ ol, qardaş, deməyinə deyərəm. Sənin nə deyəcəyini düzü bilmirəm. Hər halda xəbər gözləyəcəm səndən…
-Yox elə indi deyirəm…..mən telefonla saytda yazılanları oxuyuram və yayımı da telefonla izləyirəm. Məndə donur e…Yəqin siz rahatlıqla baxırsınız.
-Qardaş, fikrini dolaşdırma canlı yayımdakı problemlərin səbəblərini de!
-Dud , dud , du, duuu…
O andan da mən qalmışam mat-məətəl…Görəsən niyə Lənkəranın (kəndin adını özum yazmıram) kəndindən olan hazırda Bakıda çalışan Zaur qardaşımız axıra kimi danışmadı? Bəlkə siz deyəsiniz: niyə?
Zəfər Lerikli 
Mənbə: 12cioyuncu.info

5 thoughts on ““Qalmışam mat-məəttəl….Bu mənəm, ya mən deyiləm?””

  1. Qoyun mən deyim niyə –Ona gərəki telfon kəsildi ki Zəfər bəy sizn telfona qulaq asanlar olub ,vəziyyət o həddə çatanda telfon əlaqəni kəsiblər .Axı indi telfonlara da qulaq asırlar .Siz Zaur bəylə tet a tet görüşün.ayiq olun ki gizli mikrafon qoymasın.İndi belədir .heç kim ,heç kimə inanmır.Bir tərəfdən də düz edirlər .Sizin bu suala çətin cavab verən olsun .Görürsünüzmü ,şərh yazan yoxdur Siz də .”Çox da Zilə çıxmayın ”

    • Qardaş! Göydə “İL” , yerdədə “Zil”. Sovetlərdən bizə miras qalan elə “ZİL” olubda.Fikrim Zaur qardaşim deyil,elə oda bu saytlarimizin daimi istifadəçisidir.Fikrimin əsasi odur ki ,bizim haqqimiz olan “canli yayimi” bizə çox görməsinlər.Onsuzda bu saytlarda yazilanlari futbol adamlari oxuyur.Və hami bizim haqqimizi bilməlidir və bizim istəyimizin reallaşmalarina çalişmalidirlar.”XL”-nin elə azarkeşləri var ki əlildilər və evdən bayira çixa bilmirlər.Məgər onlarin haqqi yoxdur ki , futbola televiziyadan seyr eləsinlər.Baxin budur məsələ.
      *****
      Zəfər bəy, sizi alqışlayıram, sarı simə toxunduğunuz üçün… Əhsən, Vallah!

      • Zəfər bəy bu zarafatdır yəqin ki başa düşüdünüz .Ulduz filimndən götüülmüş .bir məsələ çevrilmiş kəlmədir .

  2. Salam, Doktor! Bu canlı yayım məsələsi də daxil olmaqla yəqin ki, Zaur qardaşın klubdaxili gedən proseslərdən xəbəri var deyə Zəfər qardaşı sona qədər dinləməyib və telefonu söndürüb. Ona agah olanda ki, Zəfər qardaş canlı yayım verə bilər odur ki, söhbətdən yayınıb. Çünki, Zəfər qardaş da öz növbəsində Zaurdan eşitdiyi həqiqətləri azarkeşlərin xeyrinə canlı yayımda faş edər.
    *****
    Salam, Qabil bəy! Zəfər bəyin bu barədə fəallığı görək aidiyyəti olanları tərpədə biləcəkmi?

    • Qabil bəy!. Zaur mənim Lənkərandan olan ən yaxin dostlarimdandir və daimi saytimizin istifadəçilərimizdəndir.

Comments are closed.