"Qəbələ" – "Xəzər Lənkəran": videoprevyu

“Xəzər Lənkəran” TV sabah baş tutacaq “Qəbələ” – “Xəzər Lənkəran” matçı öncəsi videoprevyu hazırlayıb. Burada iki komandanın görüş statitstikası təqdim olunur və komandamızın ən unudulmaz Qəbələ səfəri xatırlanır.

 
Mənbə: Lankaranfc.com

2 thoughts on “"Qəbələ" – "Xəzər Lənkəran": videoprevyu”

  1. Salam DOKTOR! Bu videoprevyu o unudulmaz çempionluğu bir daha yaddaşlarda təzələdi. İndi biz hamımız o cür döyüşkən “Xəzər Lənkəran” arzusundayıq.
    *****
    Qabil bəy, inanın ki, həmin gün Qəbələ stadionunda olanların canlı şahidiyəm və bu necə hissdir, onu sevinc göz yaşlarıyla əvvəl qışqıraraq meydana axışdıq və sonra da ölü kimi gücsüz bir yerdə oturub uzun müddət özümüzə gələ bilməmişdik. Allah, Ağasəlim Mircavadova bizə bu hissləri yaşatdığı üçün can sağlığı versin. Möhtəşəm 0:3!

  2. MÜƏLLİM, indi o çempion olduğumuz gün mənə də nağıl kimi gəlir. Oyun bitdikdən sonra təsəvvür edin ki, Lənkəranın ən sıx əhalı yaşayan mikrorayon hissəsindəki beşmərtəbələrdən hamı küçələrə çıxıb biri-birilərini qucaqlayır, təbrik edirdilər. Biz oyundan sonra Sizin doğma Sütəmurdova getdik ki, çempionluğu stadionun qarşısında qeyd edək. Stadionun qarşısına çatanda artıq orda toy-bayram idi…
    *****
    Bax budur əsl sevgi! Onu yaşayanlar bilir.

Comments are closed.