Qəbələyə Yalnız Qələbə üçün!

Qebele-loqoXezer kicik emblem
Qəbələ səfərlərini bir qayda olaraq, “Xəzər Lənkəran” üçün uğurlu saymaq olar. Komandamız elə ilk və hələlik yeganə çempionluğunu da 2006/2007 mövsümünün son turunda Qəbələ şəhərində yerli komanda üzərində 3:0 lıq qalibiyyəti ilə qeyd etdi. Həmin matç, 17:00 –da start götürmüşdü, oyunun lap sonlarına yaxın Lənkəranlı azarkeşlərin “18:45 –XƏZƏR ÇEMPİON!” şüarını səsləndirməsi indi də gözümüzün önünə gəlir, qulaqlarımızda cingildəyir.
 
Sabah baş tutacaq “Qəbələ” – “Xəzər Lənkəran” matçında da komandamıza layiqli qələbə arzulayırıq. Sona beş tur qalmış bizə daha bir çempionluq yolunda xal itirmək olmaz. Yalnız və yalnız qələbələr bizi qızıl medallara qovuşdura bilər. “Bakı” ilə uğursuz oyun və nəticəni yaddan çıxarıb yalnız qələbə düşünürük. Biz bunu bacaracaq gücdəyik.
 
Unutmaq olmaz ki, “Qəbələ” əvvəlki illərə nisbətən xeyli güclənmişdir. Ona görə də məsuliyyətimiz ikiqat artıq olmalıdır.
   Rəqiblərin ayaq səsləri arxada çox yaxından hiss edilir, Haydı “Xəzər Lənkəran!”
Arxiv: Bosman.at.ua