“Qəbələ” ilə 25-ci görüş…

“Xəzər Lənkəran” ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində aprel ayının 16-da “Qəbələ” klubunun qonağı olacaq. Bu qarşılaşma cütlüyün tarixində 25-ci olacaq. Komandamız indiyə qədər “Qəbələ” ilə 22-çempionat oyununda və 2-kubok qarşılaşmasında üz-üzə gəlib ki, bunlardan 13-də qələbə qazandığı halda 6-görüşü heç-heçə bitirib. İndiyə qədər cəmi 5-oyunda komandamız “Qəbələ”yə məğlub olub. “Xəzər Lənkəran”ın “Qəbələ” klubu ilə keçirdiyi oyunlarda məhsuldarlığı ilə seçilərək qapılara vurulan topların sayında rəqibdən xeyli üstünlüyünü də qeyd etmək olar. Top fərqi :  Ümumi: “Xəzər Lənkəran” –  “Qəbələ”   35:21, Çempionatda: 31:19. Kubokda: 4:2
Qeyd edək ki, “Xəzər Lənkəran”  ilk və hələki yeganə çempionluq sevincini (o vaxtlar “Gilan” adlanan)  “Qəbələ” klubunun  üzərində 2006/07 mövsümündə səfərdə qazandığı 3:0-lıq sayəsində yaşamışdır.
“Xəzər Lənkəran”ın “Qəbələ” klubu ilə indiyə qədər keçirdiyi bütün oyunlarının nəticələri:
2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Gilan” -4:0
“Gilan” – “Xəzər Lənkəran”-0:3
 
2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Qəbələ”-2:1
“Qəbələ” – “Xəzər Lənkəran”-1:1
 
 2007/08 Azərbaycan kuboku, yarımfinal mərhələsi
“Qəbələ” – “Xəzər Lənkəran”-1:3
“Xəzər Lənkəran” – “Qəbələ”-1:1
 
2008/09 mövsümü
“Qəbələ” – “Xəzər Lənkəran” -0:1
“Xəzər Lənkəran” – “Qəbələ”-1:2
 
2009/10 mövsümü təsnifat mərhələsi.
“Qəbələ” – “Xəzər Lənkəran”-1:1
“Xəzər Lənkəran” – “Qəbələ” -1:0
 
2009/10 mövsümü final mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” -4:1
“Qəbələ” – “Xəzər Lənkəran”-1:2
 
2010/11 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran”-“Qəbələ” -1:0
“Qəbələ” – “Xəzər Lənkəran”-1:0
 
2011/12 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” -2:1
“Qəbələ” – “Xəzər Lənkəran”- 2:1
 
2011/12 mövsümü final mərhələsi.
“Qəbələ” – “Xəzər Lənkəran”- 0:1
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:1
 
2012/2013 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:1
“Qəbələ” – “Xəzər Lənkəran” – 2 : 0
 
2013/2014 mövsümü I dövrə
“Qəbələ” – “Xəzər Lənkəran” – 2 : 0
 
2013/2014 mövsümü II dövrə
“Xəzər Lənkəran” – “Qəbələ” – 0:0
 
2013/2014 mövsümü III dövrə
“Qəbələ” – “Xəzər Lənkəran” – 2 : 3
 
2013/2014 mövsümü IV dövrə
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:0
 
2013/14 Azərbaycan kuboku, yarımfinal mərhələsi, ilk oyun
“Qəbələ” – “Xəzər Lənkəran” – ? : ?
 
 Səhifəni hazırladı:  NƏBİOĞLU
Mənbə: 12cioyuncu.info

1 thought on ““Qəbələ” ilə 25-ci görüş…”

Comments are closed.