Özəl: Mustafa Denizli Lənkəranda komandanın bazasında olub

Fəal azarkeşlərimizdən olan Qabil indicə saytımıza məlumat göndərib. Saytın rəhbərinə ünvanlanan bu məlumatda Qabil bəy, komandanın bu günki məşqi barədə, həmçinin Adrian Pitsin artıq əsas heyətlə birgə məşq etdiyini və bir də komandanın baş məşqçisi olacağı gözlənilən əsas nəmizəd Mustafa Denizlinin Lənkərana necə gəlib, qayıtdığı haqqında bilgi göndərib. Qabil bəyə təşəkkür edərək, saytımızın rəhbərinə göndərdiyi məlumatı olduğu kimi dərc edirik:
Axşamınız xeyir, Mirhafiz bəy! İki saat əvvəl stadiona əsas komandanin məşq prosesinə baxmağa getmişdim. Yenilik o idi ki, Adrian Pits əsas 18-likdə məşq edirdi. “AZAL”la oyunda meydançaya çıxmaq ehtimalı böyükdür. Müstafa Dənizli “Xəzər Lənkəran” bazası ilə, stadionla, komandanin heyətiylə tanışlıqdan sonra Lənkəran hava limanına yollandı. Onu geriyə, Türkiyəyə aparan təyyarə hava limanında gözləyirdı. Mustafa bəyin komandanı qəbul edib-etməməsi fəxri prezidentlə söhbətindən sonra məlum olacaq.

2 thoughts on “Özəl: Mustafa Denizli Lənkəranda komandanın bazasında olub”

  1. Saq olun Qabil bey!.Pitsin esas kamandaya qayitmasi gozlenilen idi ve baş verdi.Birleşib Toşaki göndermek lazimdi-deyen Pits indide Tuyqunun sifarişi ile Mustafa beye nece istefa demek yollarini aramaqa başlayib.Bele xeberlerinizi tez-tez oxuyaq!Teşekkur edirem!

  2. Zəfər bəy, Toşakın Pitsizdə tpobası tikildi. .Tuyqunnun artıq öz manekenlərini podiuma çıxarmaq vaxtıdır .çünki çox gözəl torbalar tikə bilir Tuyqun bəy.Məhşurlaşıb və növbənöv torba modellərini nümayiş elətdirə bilər.

Comments are closed.