Buradasınız Əsas » Muzey » O, həqiqətən də dahidir!
  • Bookmark and Share

O, həqiqətən də dahidir! 

Mircea-Rednic_KAA-Gent

Bir, iki nəfəri çıxmaq şərti ilə, bütün “Xəzər Lənkəran” azarkeşlərinin qəlbində öz böyüklüyü və dahiliyi ilə ömürlük isti taxt quraraq, onların komandaları ilə unudulmaz tarix yazmış rumıniyalı böyük futbol mütəxəssisi Mirça Rednik, onu sevənlərə, bu sevginin boş yerə olmadığını dir daha, bir daha isbatlamaqdadır. Komandamızdan ayrıldıqdan sonra, bir müddət istirahət edib, daha sonra vətəni Rumıniyada qısa müddətdə iki klub çalışdırmağının ardından, bir vaxtlar futbolçusu olduğu Belçikanın “Standard” Liege klubundan təklif aldı. Bu dəfə futbolçu kimi yox, futbolçuları təlim edən bir baş məşqçi rolunda.

“Standard” Liege klubu ona doğma idi və o, bu doğma klubun sükanını idarə etməli idi. Son on il ərzində, onun qəbul etdiyi “Standard” Liege heç də əvvəlki əzəmətində deyildi. Belçika kimi futbolu çox öndə olan bir ölkədə vaxtı ilə “Standard”, “Bryugge” və “Anderlext” ilə bərabər ölkənin aparıcı komandası idi. Mirça Redniki dəvət edərkən isə artıq neçə illər idi ki, bu aparıcılıqdan qopmuşdu. Hətta özündən başqa aparıcılıq mənasında adlarını çəkdiyimiz komandalara “Genk” Rasing, “Zulte-Varegem” kimi yeni lokomotivlər qoşulsa da “Standard” Liege geridə qalır, sanki iddiasını belə itirmişdi. Bütün bunlara baxmayaraq, Mirça Rednik gələn təklifə yox demədi. Çünki o işini bir professional və nikbin adam kimi sevir və komandanı qısa müddətdə bataqlıqdan çıxaracağına əmin idi.

Özünə inanan bir mütəxəssis üçün, doğrudan da bu çətin olmadı. Sönük “Standard”ı mövsümün ortalarında 8-ci yerdə qəbul edən Mirça Rednik, elə ilk oyununa iki gün sonra çıxdı. Rəqib isə mövsümün ortalarında, ilk pillənin sahibi və yeganə məğlubiyyət yaşamayan komandası “Genk” Rasing idi. Rednik ilk oyununu bu çətin və səfər imtahanı ilə verməli idi. İki günə, sınmış “Standard”ı bu əjdahanın qarşısına, özü də səfərdə çıxaran dahi Rednik, komandasını necə kökləmişdisə, mövsüm boyu məğlub olmayan “Genk”i iki cavabsız topla yenməyi, özü də rəqib meydanında bacarmışdı. Rednik bunu köməkçiləri Mihay Teja və Ciovanni Melkiore ilə birgə etmişdi ki, “Xəzər Lənkəran” azarkeşləri bu heyəti çox yaxşı tanıyır. Ötən mövsümdə daha sonra öz komandasını quran dahi məşqçi daha kimləri yenmədi ki. Bütün Belçikanı lərzəyə gətirən Rednik, artıq məğlubedilməz bir “Standard” formalaşdırmışdı ki, bu dəfə komandanın quşbeyin prezidenti Duşelet hikkəsini yeritdi. Azərbaycandakı kimi haqsızlığa və qısqanclığa  məruz qalan Rednik, bu dəfə də əyilmədi və hazırladığı “maşını”  onlara buraxıb çıxıb getməyi üstün tutdu.

İllərdir çox geri düşən “Standard”ı Rednik elə bir səviyyəyə qaldırmışdı ki, komanda necə deyərlər artıq rels üstə idi və “Xəzər Lənkəran”dakı kimi lap Biçər də “Standard”ın başına ondan sonra keçsə idi, növbəti mövsümü çoxlarına baş ağrısı olardı. Eynən belə də oldu. “Standard” hazır maşın kimi bu mövsüm böyük start sürəti götürdü və davam elədi.

Belcika_Tur_cedveli

 

Turnir cədvəlindən göründüyü kimi Rednikdən qalma hazır maşın olan “Standard” böyük xal fərqi ilə öndədir. Mövsümdə maraqlı hal baş verəcəkdi. Belçika Jupiler Liqasına öz “Standard”ını bəxş edən dahi bu liqadan bir müddətlik getsə də o yenə qayıdacaqdı… O, QAYITDI! Bu dəfə başqa bir komanda ilə. Uzun illər mövqelərini itirmiş bir komanda var idi bu liqada. Bu komanda KAA “Gent” klubu idi. Bu komandanı da 8-ci yerdə qəbul edən dahi Rednikin əlində çox zəif, ruhsuz bir komanda var idi. Rəqibin qapı həndəvərinə yaxınlaşa bilməyən bir komanda. Bu zavallı komandanı qəbul edən Rednik, transffer dönəmində ona azca əl gəzdirə bildi. Qış fasiləsindən sonra artıq başqa keyfiyyət alan yeni komandası ilə hələ məğlubiyyət acısı yaşamayan Redniki irəlidə böyük sınaq gözləyirdi. Ötənilki komandası “Standard”a qarşı səfərdə oynayacaqdı, dahi. Oyun öncəsi komandaların fərqi belə idi:

Standard Liege

Göründüyü kimi “Standard”ın futbolçularının ümumi qiyməti təxminən 60 milyon avroya bərabərdir. Amma Rednikin indiki komandası olan KAA “Gent”in futbolçularının ümumi qiyməti 28 milyon avrodan bir qədər çoxdur.

KAA Gent

Təxminən üç dəfəyə yaxın zəif bir heyətlə, köhnə və haqsızlıqla üzləşdiyi komandası olan “Standard”a qarşı, özü də səfərdə döyüşməli idi. Bu çox zəif bir güclə, haqsızlığa qarşı mübarizə idi ki, 23. 02. 2014 tarixində sınanacaqdı. Buna qədər isə Rednik çox uğurlu bir qrafik cızıb gəlmişdi.

Kaa GentTeqvim

KAA “Gent”in maliyyə imkanlarının çərçivəsində üç dəfəyə yaxın zəif bir heyətlə rəqibin qarşısına çıxacaqdı, Rednik. Bu rəqib meydanında çox böyük savaş idi. Bu haqsızlığa qarşı, haqqın savaşıydı. Bu oyundan videogörüntülər təqdim etməklə, biz dahi Mirça Rednikin haqq savaşını necə qazandığını görəcəyik.

Üç dəfəyə yaxın kiçik bir büdcə ilə, səfərdə haqqını sübut edən Mirça Rednikə doğrudan da dahi deyə bilərik. Haqq və ədalət hissi o qədər güclüdür ki, bunu haqq və ədalət tərəfində olan insanlar bilir və bunu qazanmaq gücünə sahib olur. Qoy, kol dibindən çıxıb sənə “qaraçı” deyənlər də bunu görsün! Və yenə kol dibində yatsınlar! Axı onlar başqa nə bilirlər ki…

Bir də onu da qeyd edək ki, Mirça Rednik “Standard”ın başında olan zaman, indiki komandasını, həmin bu KAA “Gent”i 7:0 məğlub etmişdi. Bu dəfə isə KAA “Gent” qazandı. Çünki bu dəfə dahi Rednik KAA “Gent”in sərkərdəsi idi!…

18 Şərh yazıya: O, həqiqətən də dahidir!

  1. Demir Agaci

    Ellerinize sagliq. Beli O dahidir. Sonuncu qol cox gozel idi.
    *****
    Həqiqəti deyən dil və yazan əl, bunu mütləq bacarırsa, etməlidir! Bu Mirça Rednikin haqqıdır ki, bizə futbolun nə demək olduğunu və əsl azarkeş futbolla hansı hissləri yaşadığını dərk etsin. Bütün bunları o, yaşadıb bizə! Zəhmətimiz halal xoşu olsun! Çünki o, buna layiqdir. Mən bu sözləri o, dövrü hiss edərək, bir də yaşayaraq, həyəcanla yazdım!

     
  2. Rakif

    Mən öz ağ saçlarımla belə o,dahinin qarşısında baş əyirəm. Mən, “Xəzər Lənkəran”ın AZAL-la oyundan sonra Mirça Rednikin dahiliyini hiss edərək bu qərara gəldim. O, doğurdan da dahidir. Onu itirən “Xəzər Lənkəran”, sanki özünü də itirdi. Ancaq mən inanıram ki, o, bir gün, qayıdacaq. “Xəzər Lənkəran”ı AZALa Dənizli uduzdurdu. Onun taktiki gedişləri kökündən səvh idi.
    *****
    Rakif bəy, sizi salamlayıram! Bu şərhi yazan zaman nə qədər həyəcanlı olduğunuzu özümdən də hiss edirəm. Şərhdəki həyəcandan doğan, kiçicik səhvləri düzəltməyə çalışdım. Çünki, növbəti şərhdə bu kiçicik səhvlərə görə izləyicilərdən üzrxahlıq etmisiniz. Düzəlişə iradınız varsa, bunu hər an bildirə bilərsiniz. Sizin həyəcanınızı biz də başa düşürük. Dahi məşqçimiz Mirça Rednik haqqında bu materialı hazırlayarkən, mən də həyəcan içində boğulurdum.

     
  3. Rakif

    Şərhdə buraxdığım kobud səhvlərə görə həmıdan üzr istəyirəm.

     
  4. Rakif

    Mirhafiz bəy,salam.Sizə minnətdarlığımı bildirirəm.Siz nə gözəl ürəyə sahibsiniz. Allah sizi əskik eləməsin.
    *****
    Allah camiəmizi həmişə var eləsin! Ağsaqqallı, cavanlı!

     
  5. Qabil

    Salam DOKTOR! “Qoy, kol dibindən çıxıb sənə “qaraçı” deyənlər də bunu görsün! Və yenə kol dibində yatsın! Axı onlar başqa nə bilirlər ki…”
    M.Rednik haqqında bu kəlmələri yazan qədirbilən kişinin əllərindən öpürəm! Mirçanı bizə heç vaxt, heç kim unutdura bilməz! Allahdan bir arzum var ki,o da M.Rednikin nə vaxtsa yenidən “Xəzər Lənkəran”ın sükanı
    arxasında olmasıdır.
    *****
    Çox təşəkkür edirəm, Qabil bəy! Sözlərinizlə məni çox mütəəssir etdiniz.

     
  6. Vaqif Rəşidov

    Bu yazıya görə mənnətdarıq.Sonuncu oyunu izləməy mənə qismət oldu… Bu oyunda maraglı məqamlar cox oldu,həm oyun oyuncuların (GENTin)cəsarətlə güclü rəqiblə vuruşmagı,həm oyuna bir necə dəqiqə qalmış irəlidə olarkən qapılarına ədalətsiz təyin olan penalti,və o penaltidən sonra irəliyə atılıb son dəqiqədə vurulanqol,bir də hakim fitin calar-calmaz Mirca qalibiyətinin sevincini öz sabiq komandasının azarkeşlərindən gizlətməyə calışıb stadionun dəhlizinə yüyürməyi,və hər qoldan sonra gizlicə barmaglarını ovcuna sıxmaqla uguru qeyd eləməyi……..nəysə.
    *****
    Vaqif bəy, sizi salamlayırıq. Sizin Rednikin uğuruna sevinmək payınız var. Çünki, bu yolda siz də olmazın əziyyətlər və mənəvi sarsıntı keçirən azarkeşlərimizdənsiniz. “Rednik-50″ turnirini keçirmək də sizə nəyin bahasına başa gəldiyini bilirik. Halal olsun deyirik!

     
  7. Qabil

    Biçər gəldi, Rednik getdi, nə dəyişdi?
    Yunis itdi, Bakes bitdi, nə dəyişdi?
    Bizi Toşak peşman etdi, nə dəyişdi?
    Onlar Rednik sevgisini bilə bilməz!
    O sevgini ürəklərdən silə bilməz!

    DOKTOR! Sizə güvənib riskə getdim və fikrim şerlə belə alındı.
    *****
    “Getdi”, “bitdi”, “etdi” dediz, nəsə dəyişməliydi ki?
    Biçər, Yunis, Bakes nə ibrətti?-dediz, nəsə dəyişməliydi ki?
    Cənab Toşak gəldi, nə söhbətti?-dediz, nəsə dəyişməliydi ki?
    Dəyişməyən oldu, çünki əsl insan xislətini fani şeylə silə bilməz!
    O, Rednikdir! Ona olan qarşılıqlı sevgimizi cahil insan, bilə bilməz!

     
  8. R.S.

    Mirhafiz bəy qonağı olduğunuz verlişdə Rednik haqda bir söz demisiniz səhv etmirsəm belə idi .-Çoxumuz şeir yazırıq ,amma heç birimz nə Sabir .nə də Nizami ola bilmərik ,-
    Bu dahinin ən gözəl .qiymətidir.
    *****
    Təşəkkür edirəm həm diqqətinizə, həm də məntiqinizə görə.

     
    • R.S.

      Sizə təşəkkür düşür ki bizləri marifləndirirsiniz.
      *****
      Bu çox ağır təşəkkür formasıdır ki, icazə verin bunu qəbul etməyim. Çünki maarifçisi biz olan cəmiyyət, belə də olmalıdır.

       
      • R.S.

        Nə edə bilərəm təşəkkürü qəbul etmirsiniz? amma yenə də təşəkkür edirəm .Ancaq bu futbol haqdadır .nəyisə öyrəniriksə ,nəyinsə izahın sizdən istəyiriksə .Və suallarımıza aydın ,və başa düşşəcəyimiz şəkildə savab alırqsa ,mən şəxsən mariflənirəm .Ola bilisin ki savadımız çatmır ki bu sözün dərin mənası olaraq yerində işlətməmişəm .üzürlü hesab edin.
        *****
        Yox, mən ancaq özümüzə tənqidi yanaşmışam. Sizin isə yazdıqlarınızda heç bir problem yoxdur.

         
  9. MALIK

    Bir gun o gelecek mutleq gelecek.. Ve ozu ilede suretli texnikali oyuncular getirecek..

     
  10. R.S.

    Niyə belə oyunlar zövq verir insana .Həm çəkliş ,həm super oyun ,nə bilim .bir sözlə bizim futbol nol ( 0).
    Mustafaya da güman azaldı .

     
  11. Zəfər Lerikli

    Rednik barədə oxuyanda və nəsə yazmaq istəyəndə urəkdə narahatciliqla bir nisgil yaşamali olursan.Bu nisgilidə urəyimizə saldilar.Bizim gunahimiz yox idi,bəlkədə lap cox idi.Zaman hər şeyi mualicə edir amma cox itirdiklərimizi geri qaytara bilmir.Bizsə indi Rednikin dilindən bunu deyib təsəlli tapiriq:
    “Bir gun gələr, mən yenə Lənkərana gələcəyəm”
    *****
    Zəfər bəy, O və Mihay Teja, Ciovanni Melkiore ilə birlikdə, artıq ölkəmizdən gedən gün təyyarəyə minik başlamasına lap az qalmış, bizimlə, yəni “Bosman” fanklubunun üzvləri və fəal azarkeş Rövşən Əsədovla birlikdə, “Park Bulvar”da görüşdük. Bütün həqiqətləri danışaraq anlatdı bizə. Amma eybi yox dedi: “Allah qoysa, bir gün mən daha böyük olaraq “Xəzər Lənkəran”a sizləri sevdiyim üçün qayıdacağam!”
    Söhbət o qədər doğma idi ki, vaxtın necə gəlib keçdiyinin nə biz, nə də onlar fərqində olmamışdıq. Bir də təyyarənin qalxmağına lap az qaldığını kimsə, xatırlatdı və onlar taksiyə minib getdilər…

     
    • Zəfər Lerikli

      Muəllim təşəkkur edirəm sizə!.Ona görə ki ,bu məqamlara toxunmusunuz.Əsas təşəkkur ona duşur ki ,siz bizim hər birimizlə cox mehriban və sadəsiniz.Sizi tərifləmək istəməsəmdə ,urəkdən gələn sözlərimin qabağina sipər cəkməkdə istəmirəm.Mənim sizinlə şəxsi tanişliğim yoxdur.Bir taliş balasi kimi məndə bu saytda yazilarinizi oxuyuram və diqqətlə kamandamizi,yazilan şərhləri və başlica olaraq sizi izləyirəm.Aciq yazmaği və cəkinmədən fikirlərimi yaziram.Hər halda bəzən şərhlərimin cox sadə olduğununda fərqinə vararaq,yenə kamandamiza olan istəyimi gizlədə bilməyərək saf qəlblə ,saf urəklə şərhlərimi davam edirəm.

      Sizi ilk dəfə bir necə gun bundan qabaq “TOP-TOP” verilişində canli izləmişəm.Calişmişam ki hər mimikaniza fikir verəm.Həyatdida,bir gun sizinlə rastlaşanda taniya biləm,deyə.

      Rednik barədə ,onunla şəxsi göruşunuz barədə bu yazidan əvvəl məlumatliyam.Onun sizə nə dediyinizi,klub daxili bəzi “proseslərin hansi qaydada !” olmasindan az-cox xəbərim var.

      Əlbəttə! Əziz oxucu!.Duşunərsiniz ki Rednik klubdaxili nəyisə deyibsə onda qeyri-profesionaldir.Yox!.Tam profesional fikirlər deyib.Sadəcə vaxti gələndə yəqin söhbətin iştirakcilari özu bu barədə aciqlama verər.

      Biz hamimiz Azərbaycan deyilən bir ölkənin vətəndaşiyiq.Biz həmişədə fəxr edirik bu adla.Neynəmək olar ki ,bu ölkənin futbolu ilə fəxr etmək olmur.Yəqin bu cox cəkər amma bu zamani qisaltmaq həqiqi azarkeşlərimizin əlində olmağina əminəm.

       
  12. Qabil

    Gözəl cavaba görə təşəkkür edirəm.
    *****
    Əslində, mən sizə gözəl şerinizə görə təşəkkür edirəm.

     
  13. Demir Agaci

    Gent Klubunun stadionu sesverme neticesinde 2013 cu ilin stadionu adina layiq gorulub.

    http://www.kaagent.be/buffalo/nieuws/23-02-2014/ghelamco-arena-gekroond-tot-stadium-of-the-year-2013/

     
  14. Məmmədov.Q

    Bizim yaralı yerimizə toxundunuz.Heyf-heyf ondan.O böyuk VƏ DAHİ REDNİKDİR.

     
  15. mavrib322

    Her vaxtiniz xeyirli olsun!
    Rednikin Dahi oldugunu ancaq Dahiliyin ne oldugunu bilenler bile biler.Heqiqeten bele bir insana deyer verdiyinize gore size tesekkur edirem.Bir sozle NO COMMENTS
    *****
    Yaxşı, dəyərli fikirləri səmimi olaraq söyləyənlərin özü də əlbəttə, yaxşı və dəyərli insanlar olur. Necə ki, şərhinizi bu hisslərlə söyləmisiniz və siz buna layiqsiz. NO COMMENTS!

     

Şərh əlavə et


+ 7 = doqquz