Buradasınız Əsas » Xəbər » Neyləyək ki, “iştah diş altındadır”, deyiblər…
  • Bookmark and Share

Neyləyək ki, “iştah diş altındadır”, deyiblər… 

istahsiz_erkek

Dünən təlim-məşq prosesini Türkiyənin Antalya vilayətinin ərazisində keçirən “Xəzər Lənkəran”, ikinci hazırlıq dövrününün yekunları üzrə daha bir yoxlama oyunu keçirdi. Rəqib bildiyimiz kimi Superliqa təmsilçisi, paytaxt Ankaranın “Gençlerbirliyi” komandası idi. Birinci hazırlıq dövrünün yekunlarını bilmək üçün, komandamız daha bir Superliqa təmsilçisi, “Çaykur Rizespor”la yoxlama oyunu keçirmişdi ki, 0:0 bitən oyunu geniş şərh etdiyimizdən bunun üstündə dayanmaq istəmirik. Lakin həmən yazıda qeyd etdiyimiz proqnoz tipli bəzi fikirlərin üstündə dayanmaq istəyirik və hansı ki, bəzi insanların düşüncəsinə görə ya həmin fikirlər yanlışdır, ya da o fikirlərin təsdiqi üçün dünən baş tutan “Gençlerbirliyi” ilə yoxlama oyununu gözləmək lazım imiş.

Biz daha heç nə deməyib, bu zamanın da keçməsini gözlədik. Oyun baş tutdu və artıq biz və bizim fikirlərimizin əleyhinə arqumentlər səsləndirənlər üçün açıq meydan əmələ gəldi. Əvvəla “Çaykur Rizespor”un bizimlə olan yoxlama oyununda müəyyən taktiki gedişləri yoxlamaq üçün meydanda olduğunu söyləmişdik. Bu oyuna onlar normal bir matç kimi qələbə qazanmaq üçün çıxmamışdılar. Azarkeşlər arasında burda fikir ayrılığı mövcud idi. Onlar “Çaykur Rizespor”un Superliqa komandası olduğunu və “Xəzər Lənkəran”ın, onlarla bərabərə qalmasını, komandamızda irəliləyişlə əlaqələndirirdilər. Bizsə, əvvəl dediyimiz kimi oyunun tam başqa bir mahiyyətdə olduğundan nəticənin belə olduğunu dedik.

Dünən “Gençlerbirliyi” ilə keçirilən oyun isə normal matç xarakterinə yaxın idi. Meydana çıxan komandalar sanki təlim-məşq dövrünə yekun vuraraq zədədən qaçmaq şərti ilə güclərini yoxlayırdılar. Oyunun gedişindən tam aydın görünürdü ki, bu “Çaykur Rizespor” komandası ilə oyundan fərqli səpkidə gedir. Komandamızın gücünü bilmək üçün bu oyunun nəticəsini gözləməyi məsləhət bilənlərə də yəqin aydın oldu ki, komandamızda axsayan mövqelər demək olar ki, əvvəlkitək olaraq qalır. Nisbətən irəliləyişin olduğu nəzərə çarpsa da, bu Premyer Liqada ilk üçlüyə düşməyə iddialı olan bir komanda üçün ümumiyyətlə yetərli deyil. Çünki Avropada bir neçə ildir gözəl oyunu ilə bir neçə etap keçərək, qrup mərhələsinin qapısı ağzına qədər gəlməyi bacaran “Qarabağ” kimi komanda, öz meydanımızda elə bu heyətlə 0:4 uduzduğumuz “Fenerbahçe” ilə, elə dünən yoxlama görüşündə heç-heçə etməyi bacaran “Neftçi” kimi komanda, Yuri Syominin çox şey qazandırdığı “Qəbələ” kimi komanda, yüksəlişə qədəm qoymuş və bizimlə oyunları həmişə çətin keçən “İnter” və “Bakı” komandaları və sürpriz sayılacaq digər komandalar var. Bunlar indi bizim üçün keçilməz bir əjdahaya bənzəyirlər.

Biz isə nisbətən oyun planında irəliləyişlə bu beşbaşlı əjdahanın başlarını necə kəsə biləcəyik ki, ilk üçlükdə qərarlaşaq. Dünən “Gençlerbirliyi” bütün komponentlərdə bizi üstələyərkən, hər hansı güclü tərəfimizin olmadığı ortaya çıxdı. Yeni güclü transferlərin lazım olduğu bir vaxtda, biz hələ Nildoya, Benouahiyə, Tounkaraya, Qliqorova və digərlərinə futbolun sirrlərini öyrətməyə çalışırıq. “Qırxdan sonra öyrənən gorunda çalar”, deyiblər. Futbolu isə qırx yaşında heç oynamırlar. Həm də ki, təcrübə göstərdi ki, adıçəkilən oyunçular, heç zaman iddialı komandalarda forma geyinməyə layiq deyillər.

Transfer məsələlərinə gəlincə isə Rednikdən sonrakı dövrün ab-havası hökm sürür. Bir neçə güclü transferlər olacaq deyən klub və məşqçilər, son anda oyunçunun transferinin bu və ya digər səbəbdən alınmadığını iddia edirlər. Bu hal bir, iki halda ola bilər. Lakin artıq ildə iki dəfə olan üç ili əhatə edə bilməz. Burda hansısa əmmanın olduğu ortadadır. Klub prezidenti baş məşqçi ilə görüşüb, “transfer işini sürətləndirin!”, deyir. Baş məşqçi isə əvvəl lazımi mövqelərə yeni futbolçuların alınacağını ağız dolusu deyir və sonradan üç futbolçu alacağıq, kimi fikir deformasiyası “baş verir”, daha sonra iki və ya ən azından bir futbolçu alacağıq kimi fikir səsləndirir. Bundan sonra isə “imkanlara görə hərəkət etməliyik” kimi ümidsiz fikirlər səsləndirir.

Bizlər kimi baş məşqçi də əvvəl geniş imkanların olduğunu və gözəl komanda formalaşdıracağına əminliklə danışırsa, vaxt ötdükcə, “imkanlara görə hərəkət etməliyik” fikrinə gəlir. Bu durum hər şeyi ortada qoymaqla, azarkeşdə ümidsizlik yaradır və məşqçilərin üzərinə kölgə salır. Klub tərəfindən ya bu vədlər verilməməli, ya da verilibsə yerinə yetirilməlidir. Düz danışmaq lazımdır ki, azarkeş də əsl həqiqəti bilən zaman komandadan üz çevirməsin. Azarkeş bilməlidir ki, bu gün soğan-çörək yeməkdən başqa çarəmiz yoxdur və yeyəndə soğanın acısı göz yaşlarını tökməsin. Əgər yağlı-plov, dadlı-fisincan həvəsilə gəlib süfrəyə oturursa, əlbəttə soğan-çörək yeməyə məcbur olanda, soğanın acısı, gözdən “su” çıxaracaq. Yox, elə bilsə ki, bu gün soğan-çörək yeməlidir, onda soğan onun gözünü göynətməyəcək. Bəli, biz bu gün soğan-çörək yeməliyik və yağlı təamlar qoy iştahımızı sulandırmasın. Atalar bir də onu yaxşı deyiblər ki, “iştah diş altındadır”. Bu Toşakın səsləndirdiyi kimi Uels atalar sözlərindən olmayıb, Türk-Azəri misallarındandır…

12 Şərh yazıya: Neyləyək ki, “iştah diş altındadır”, deyiblər…

  1. Rakif

    Baş məşqçinin heç olmasa bir oyunçu alarıq sözündən sonra məndə bu məşqçiyə də inam itdi.Yüxarıda yazılan mətnin vergülündən nöqtəsinə kimi tam razıyam və onu yazan əlləri utanmadan öpub gözlərimin üstünə qoyardım.Bütün problemlər tam çılpağlığı ilə bu yazıda öz əksini tapıb.XL rəhbərliyi olmayan mənliyini ortaya qoymaq istəyir.Bu da mümkün deyil.
    *****
    Rakif bəy, bir təcrübəli və ağsaqqal, həmçinin təəssübkeş azarkeş kimi səmimi fikirlərinizə görə təşəkkür edirik!

     
  2. Qabil

    Salam, Mirhafiz müəllim! Bu yazı həqiqətləri tam çılpaqlığı ilə açıb bizə göstərdi. Azarkeş çaş-baş qalmasin bəs nə etsin? Əgər klub rəhbərliyi, baş məşqçi gündə fikirləri alt-üst edən müsahibələr verirsə, azarkeş də çıxılmaz vəziyyətdə qalır. Təlim-məşq toplanışının ilk günlərində M.Souza 6-legioner futbolçu gətirirdi bəs nə oldu? Vaxt daralır vur-tut bir qapıçı alınıb o da məcburiyyətdən. Soğan-çörək məsələsinin mən də tərəfdarıyam ki, bizi aldatmasınlar çıxıb mərdi-mərdanə süfrəmizdə yeməyə soğan-çörəkdir desinlər. Yoxsa olan-qalan ümidimizi də puç etməsinlər. Belə klub idarəçiliyinin aqibəti sonda heç də yaxşı nəticələnmir. Vaxtiylə “Gəncə”, “Turan”, “Şəmkir”, “Karvan” elə yanlış idarəçiliyin güdazına gedib. Belə getsə “Xəzər Lənkəran” da o klubların aqibətini yaşaya bilər.
    *****
    Bəlkə bu yazıdakı münasibətimizlə, komandaya bir şey qazandıra bildik. Belə olacaqsa, sevinərik, Qabil bəy!

     
  3. R.S.

    Bütün bunlar bizi məyus etsə də ,həqiqətin gözünə dik baxmaq lazımdır .Komanda bizimdirsə ərdi də bizimdir .
    Yazıya görə təşəkkür etməkdən başqa nəsə yazmaq mümkün deyil .

     
  4. Zefer Lerikli

    Muəllim salam!.Dunən nə qədər istədim ki, saytda kamandamizin unvanina bir xoş söz yazim amma tapa bilmədim.Bu mövzunuza aid fikirlərimi 12cioyuncu.info saytina dunən yazmişam və duşunurəm ki, həmin fikirləri indi yazmaliydim.Həmin fikirlərimi “Bosman” az sayti ilədə böluşurəm.

    GƏL BÖLMƏYƏK BİZ DƏNİZİ.

    Antalya toplanişinin yarisi geridə qaldi.Bu toplaniş yeni məşqci Mustafa Dənizli ilə elə onun öz ölkəsində reallaşir.Toplanişin səmərəli və faydali kecirilməsini bəlkədə ən cox Lənkəran azarkeşi istəyir.Bu başqa cur olada bilməz.Axi könul verib, ağ-yaşil formaya urək verən cənublular ilahi bir sevgi ilə dua edirlər.Ona görə ki,qəlbən bu torpağa bağlanan insanlar kamandasinin acinacaqli dürümündən pərt olub, pərişan olublar.Fikirlərin hacalandiği bir anda ,klubdaxili proseslərin kəllə-carxa cixdiği bu gunlərdə sadə azarkeş neylədiyinin fərqinə vara bilmir.Qələbə ruhlu bu camiə məğlubiyyətidə qəbul edə bilir,amma…
    Baxir məğlubiyyətə!.Az qala dil-dodaği qabar olan azarkeş “azal”-dan gələn transferi ən uğursuz transfer deyə-deyə qalib.Həmişə guclu oyuncuya layiq bildikləri sevimli kamandasinin bəzi oyuncularini səviyyəsizlikdə ittiham edir.Gunahkar axtarmaq fikrində deyiləm.Axi,bunun səbəblərini bilmək bu azarkeşin haqqi deyilmi?
    Hər gun yeni oyuncular duşərgəyə gəlir,danişiqlar gedir.Bəs nəticə!?-Yenə həmin nöqtə,yenə həmin kordinat.! Nəsə catmir bu kamandada-deyən ingilisdə canini qutarib,getdi.Hay-hayla gələn Mustafa bəydə vay-vaya duşub.Guclu sərmayəsi olan klub kasiblaşib və elə bir gunə qalib ki,transfer etməyə pulu qalmayib.Guclu cox pul istəyir,raziliq son anda bitir.Gucsuzdə gəlir…..Onda biz Nildo və Zoahiri niyə qinamaliyiq!?-Yoxsa onlarda gəlməzlər,bəs onda…Dənizlidə gunahi görməkdənsə,özumuzu aldatmasaq yaxşidir.Bir mahnida deyildiyi kimi:

    Gəl bölməyək biz dənizi,
    Aldatmayaq bir-birimizi….

    Fakt odur ki ,realliqla barişmalisan və realliği qiymətləndirib nəticə göturə biləsən.İndi qaranliq hecnə nə bizə qalib,nədə Mustafa bəyə.Realliq ottadadir.Nildonun qələmi qirildi,onunla yanaşi coxu öz bacariğini Mustafa bəyə bildirib karyeralarini Xəzər dənizində dəfn etməyə tələsməlidir.Klubun yaritmaz siyasəti “budcə”ni dağidib.Bu il transfer olacaq amma kimə və nəyə!?.Şəxsi maliyyəsini kim necə xərcləyər ,öz işidir.Nəticə odur ki ,futbol yoxdur ,elə “Xəzər” azarkeşidə azalmaqda davam edir.

    Siz və biz azarkeşlər guclu kamanda istəyirik.Klub rəhbərliyi əvvəlcə klubda islahatlara başlamalidir.Klub deformasiyaya 3 ildir ki uğrayib.Klubda bəzi satqin və riyakarlar təmizlənməsə biz tezliklə yenə o mənəvi zövqu yaşaya bilmərik.Bizi o ki, var aldatdilar.Daha aldanmaqa hec taqətimiz qalmayib.Kişi kimi bu böyuk azarkeşin qarşisina cixib həqiqəti deməlidirlər.Soğanida elə yeyerəm ki, duşunərəm bal yeyirəm.Təki aldatmayaq və aldanmayaq.Təşəkkur edirəm!
    *****
    Səmimi yazılmış fikirlərinizlə, xeyli mütəəssir etdiniz biz azarkeşləri.

     
  5. Qabil

    Axşamınız xeyir, DOKTOR! M.Dənizlinin son müsahibəsində dediyi “Bundan sonra imkanlara görə hərəkət etməliyik” fikri məni bir daha inandırdı ki,klub rəhbərliyi səviyyəli futbolçu almağa artıq pul xərcləmək istəmir. Əgər bundan sonra bir futbolçu almalı olsalar deməli M.Dənizli elə bu heyətlə də kifayətlənməlidir. Bütün bunları nəzərə alıb belə bir təklif vermək istəyirəm.
    Komandamız yay təlim-məşq toplanışına heç bir xarici ölkəyə getməsin və Lənkəranda qalıb öz təlim-məşq toplanışını keçirsin. Nəticədə xarici ölkədə keçirilən təlim-məşq prosesinə ayrılan vəsaitə qənaət etmiş olar və üstə gəl klubun bütün heyətinin gedib-gəlmə xərcləri. Qənaət olunmuş bu vəsaitə heç olmasa bir-iki futbolçu almaq olar. Çoxları elə bilir ki, “Xəzər Lənkəran”ın büdcəsində kifayət qədər pul var və nə qədər istəsən legioner futbolçu almaq olar. Daha bilmirlər ki, içi özümüzü yandırır, çölü özgəni…
    *****
    Düzü bu çox ağıllı bir təklifdir və bir neçə dəfə yazılarda bunu da qeyd etmək istəmişik, Qabil bəy!

     
    • Zefer Lerikli

      Qabil bəy!.Sizin fikirləriniz və təklifiniz məni duşundurdu duzu.Əgər təlim-məşq prosesi Lənkəranda kecirilsə kamandanin dostu və duşməni bilinər.Bəzi urəyi kamandamizla olmayanlar öz naraziliqlarini ifadə etməyə başlayarlar.Rəhbərlik ciddi problemlərlə uzləşər və onlara bu başağrisi gətirər.Rəhbərlik bu işə razi olmaz ,cunki ağrimayan başini bəlaya salmazlar.Məncə bu rəhbərlikdə yer alan bəzilər hər vəchlə bu təklifin əleyhinə olacaqlar,əlbəttə belə təklif reallaşsa əgər.Hər halda maraqli təklifdir.

       
  6. Farid

    Mubariz beyin basi qarisib Turkiyedeki hebsxanada olan dostlarina ve bosanma davasinda ona qarsi ireli surulen 3 milyard dollarin meselesine. Ona gorede imkanlara gore hereket etmliyik deyilib.
    *****
    Bağışlayın ki, bizim futboldan kənar məsələlərdən xəbərimiz olmayıb.

     
  7. Vaqif Rəşidov

    Yazıya görə MİNNƏTDARLIĞIMI bildirirrəm.
    Nə yaxşı ki SİZ VARSINIZ.
    *****
    Səmimi fikirlərinizə görə biz də sizə təşəkkür edirik, Vaqif bəy!

     
  8. van persi

    20 Yanvar -. Azərbaycan Xalqının Matəm günüdür Allah bütün, şəhidlərimizə rəhmət eləsin.

     
  9. Qabil

    AZƏRBAYCANIMIZIN AZADLIĞI VƏ MÜSTƏQİLLİYİ UĞRUNDA ŞƏHİD OLMUŞ VƏTƏN OĞULLARINI ALLAH RƏHMƏT EYLƏSİN!
    *****
    A M İ N !

     
  10. Zefer Lerikli

    20 yanvar!.Tarix yaşadiqca hec vaxt unudulmayan vahiməli qanli qiş gunu.Bu gun tariximizlə qanla yazildi amma qizil hərflərlə qəlblərə azadliq toxumu səpdi.Allah şəhidlərimizə rəhmət eləsin!
    *****
    A L L A H R Ə H M Ə T E L Ə S İ N !

     

Şərh əlavə et


− 5 = üç