“Neftçi”dən rüşvətə görə gedən Lənkəranlı futbolçu…

Dəniz kənarının yetişdirdiyi istedad …
1948-ci ilin iyun ayının 2-də Lənkəranda anadan olub. Məktəb illərində əksər futbolçulardan fərqli dərslərini mükəmməl oxuyub.
Amma bir saat belə boş qalmayan Xəzər dənizi sahilinin “Kiçik bazar” ərazisindəki futbol meydançalarında o da top qovmağa vaxt tapıb. Həmin illər yeniyetmə istedadların üzə çıxarılmasınmda böyük pay sahibi olan Adil Məmmədov, Əlisahibdəki istedadı görüb, onu Uşaq Gənclər İdman Məktəbinə dəvət edir. UGİM -in futbol bölməsində məşqlər keçən istedadı bir daha bir usta, fədakar futbolçu – insan olan Vaqif Abbasov izləməyə gəlir. Lənkaran yığmasının, şəhər komandasının heyətində söz sahibi olan Abbasovun təqdimatı ilə Heydərov 16-yaşında əsas komandaya dəvət alır. Çox qısa müddətdə gözəl oyunu , dərin zəkası və güclü zərbələri ilə məşhurlaşan gənc futbolçu komandanın liderinə çevrilir. Hucumda iki böyük istedadı , qol vurmaqdan doymayan Mici və Vaqif Abbasovu topla təmin etməklə və özünün uzaq zərbələri ilə Lənkəran komandası qələbələri sıralamağa başlayır …
17 yaşında “Neftçi”yə dəvət alır .
Futbol üzrə  Azərbaycan birinciliyində iştirak edən Lənkəran komandasının heyətindəki çıxışı Əlisahib Heydərovun sorağını tezliklə Bakıya çatdırır.
“-Məşqçimiz Nəriman Kərimov  mənə “Neftçi”nin əvəzedici heyətinə baxışa çağrıldığımı xəbər verdi. Mənim yetişməyimdə Nəriman müəllimin də əziyyəti çox olmuşdu deyə bu xəbərə o da çox sevinirdı .
Hamı bilir ki, o vaxtlar “Neftçi”nin heyətinə -fərqi yoxdu əvəzedici və ya əsas ,düşmək üçün azı 4-5 mərhələ keçmək lazım idi.  Təsəvvür edin,  güclülər dəstəsində respublikanı bir komanda təmsil edir, onun da bazasını möhkəmləndirmək üçün nə qədər fuitbolçu baxışıdan , nəzərdən keçrilir. Məni birbaşa baxışa çağırıb “Uralmaş” (Sverdlovsk ) ilə matçda yoxlamaq qərarına gəldilər. Son iyirmi dəqiqədə Bünyadzadəni əvəzlədim. İlk dəfə projektor işığında matça çıxırdım. Amma oyunum alındı və bir zərbəm də dirəkdən döndü. “Neftçi” kuluna rəhbərlik edən, təcrübəli mütəxəssis Əhməd Ələsgərov debütümü bəyəndi .”
Bax, elə buradaca müsahibimiz dayandı. Onun sonradan “Neftçi”yə götürülməməsinin səbəbini özü deməsə də başqa şəxslərdən dəqiqliyi ilə öyrənə bildik ki, oyunu bəyənilən futbolçudan bir balaca şirinlik istənilib. Bu şirinliyin miqdarı çox imiş ki, buna çəkinmədən yüksək miqdarda rüşvət demək olar .
OIK -də oynayır.

Geriyə Lənkarana dönən gənc futbolçu doğma komandasında karyerasını davam etdirir. Amma Əlisahibin oyunundan xəbər tutan Ordu İdman Kulubunun baş məşqçisi Alimkin onun əsgərlik yaşının çatdıgını nəzərə alıb Heydərovu komandasına cəlb etmək istəyir. ”OIK”-də də heyət sıxlıgı vardı və Alimkin Heydərovun oyununu yaxından izləyib rəqabətə tab gətirəcək gücdə olub-olmamasını qarşıdakı turlarda Azərbaycan çempionatının növbəti turu çərçivəsində keçirələcək “Xəzər” –“OIK”oyununda yoxlamaq qərarına gəlir. İş elə gətirir ki, matça saylı günlər qalmış Alimkin vəfat edir. Amma onu əvəz edən təcrübəli mütəxəsis Abramov da Lənkaranda “OIK” komandasının sükanı arxasında Heydərovun oyununu bəyənir. Matçdan sonra ünvanını Heydərova uzadan mütəxəsis, ”Səni itirmək olmaz əsgərlik yaşına çox az qalıb. Çagrış vərəqəsi gələn kimi mənə teleqram vur.”- deyə ünvanı yazılan kagızı ona uzadır. Deyilən vaxt yetişir və Abramov sözünün üstündə durur. Abramovun təqdimatı ilə ”OIK”- də xidmətə başlayan gənc futbolçu karantin müddətini başa vurduqdan sonra məşqərə qatılır. Heyətdə “Neftçi”nin formasını geymiş Arif Rzayev, Rafiq Mirzəyev, Vladimir Fedetov, Gülağa Quliyev kimi tanınmış oyunçularla rəqabəti uduzmayan istedad əsas heyətdə möhkəmlənib müxtəlif turnirlərdə və Azərbaycan çempionatında keçirilən matçlarda uğurlu çıxış edir. Elə “OIK”-in heyətində olarkən təkrar olaraq “Neftçi”nin əvəzedici heyətində bəzi matçlara dəvət alır.

 “Dinamo” (Tiflis)ə qarşı oynayır.
SSRI-nin məhşur klublarından olan Tiflis “Dinamo”sunun əvəzedicilərinə qarşı meydana çıxan Heydərov hesabda 1:2 geridə olan “Neftçi”nin bərabərlik qolunun vurulmasında pay sahibi olur. Ağasəlim Mircavadov onun ötürməsindən sonra hesabı bərabərləşdirir.
Bir dəfə isə “Neftçi”nin əsas heyəti ilə əvəzedici heyəti yoxlama maçtına çıxır. Əfsanəvi Banişevski ilə üz-üzə gəlir və Kramarenkonu məyus edir.
Əvəzedici heyətin sıralarında Tuayev, Banievski, Bruxti , Kramerinko kimi tanınmış simalara qarşı oyunda Lənkaran futbolunun yetişdirdiyi istedadı gözəl qol vurur. Bu qol isə səhifələrimizdə yer aldıgımız ”Futbol tariximizdən məqamlar” guşəsində ətraflı işıqlandırılıb.
Xitmət dövründən sonra Əlisahib Heydərova Gəncənin ”Dinamo”, Sumqayıtın “Polad” komandalarının heyətində çıxış etmək təklif olunur. Amma istedaddan çox başqa şeyləri düşünən laqeyd, futbolumuzun düşməni olan insanların hərəkəti onu böyük futboldan – bizi Lənkaran futbol tarixini isə neçə-neçə şanlı səhifələr yazılmasından uzaq salır.
Və…
21 yaşında Lənkaran futbolunun “mayakı “sönür. Bizə çox az danışdı Əlisahib kişi, çox az. Amma bir sözü təkrar təkrar vurğuladı :
—“İndi Lənkaranın futbolunun yeni-yeni istedadlar yetişdirmədiyinə görə ürəyim sıxılır. Belələri var, özü də çoxdur. Amma onları Vaqif Abbasov, Nəriman Kərimov,Oruc Baxşıyev kimi məhəllələrdən yığan məşqçi yoxdur”.
LFT-1
MƏNBƏ: “Cənub Bolgəsində Futbolun İnkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

4 thoughts on ““Neftçi”dən rüşvətə görə gedən Lənkəranlı futbolçu…”

  1. Axşamınız xeyir, Mirhafiz müəllim! Sizinlə qiyabi də olsa yenidən ünsiyyətdə olmağa sevindim.
    30-40 il sonra adına dırnaq arası “xalq komandası”, “flaqman” dedikləri “Neftçi” komandası uzun illər çıxış etdiyi SSRİ çempionatlarında elə “şirinlik” adı altında rüşvət əməliyyatı sayəsində heç bir nailiyyətiylə yaddaşlarda qalmadı. Görün o dövrdə neçə-neçə Əlisahiblər “xalq komandası”nın “şirinliy”inin güdazına gedib və öz istedadını daha böyük arenalarda göstərə bilməyib. İndi belə bir keçmişi olan komandanı flaqman, xalq komandası adlandırmaq nə dərəcədə doğrudur?!
    *****
    Salam, Qabil bəy! Biz də sizin kimi insanlarla ünsiyyətdən sevinirik. Qaldı “şirinliyə”, neçə-neçə Əlisahiblər əsl həqiqətdə acı olan bu “şirinliyin” qurbanı olublar…

  2. Ramazn bayramınız mübarək! Bu əziz gündə bütün müsəlman bacı -qardaşlarımıza can sağlığı və oruc namazlarının Yaradanımız tərəfindən qəbul olunmasını arzulayıram.Saf və pak insanların öz mükafatını alacagına inanıram. Allah orucunuzu qəbul etsin.
    *****
    Biz də Müqəddəs Ramazan bayramı münasibəti ilə bütün müsəlman, iman əhlini təbrik edirik. Allah, daim iman əhlini öz nəzərində saxlasın, İnşallah!

  3. Mövzu barədə isə onu deyim ki “Neftçı”nın mayası elə rüşvətlə yoğrulub.
    Heyf elə istedadlardan.
    Bilmirəm “Xəzər”in bu boyda tarixin niyə qəbul etmir hazırki rəhbərlik.Bu tarixi yanlışlıqdı!

  4. admin sizin sayt nie bele aktif deyil?
    *****
    Sizi salamlayıram! Bəzi obyektiv səbəblərə görə saytımızda ləngimələr baş verdi. İnşallah hər şey qaydasına düşəcək!

Comments are closed.