Nə qədər ki, gec deyil…

“Xəzər Lənkəran”da çalışan məşqçilərin əksəriyyətini klubun yetirmələrinə şans verməməkdə qınayırdıq. Elə sonuncu baş məşqçi Mustafa Dənizlini də komandanın uğursuz çıxışı ilə yanaşı klubun yetirmələrini əsas heyətdən uzaqlaşdırıb əvəzediciyə göndərdiyinə görə ən çox tənqid edən elə mən olmuşam. Bu yaxınlara qədər mənimlə həmfikir olanların hamılıqla haqlı olduğumuza əmin idim. Amma son günlərdə öyrənib bildiklərim məni nə qədər təəccübləndirdisə, o qədər də dəhşətə gətirdi və pərişan etdi.
Biz yerli gənclərimizin səviyyəli futbolçu kimi yetişərək əsas heyətdə çoxalmasını arzulayır, bunun üçün lazım gələndə klub rəsmiləri ilə görüşlər keçirir və bəzən mübahisə də edirik. Hər dəfə də qarşı tərəfin özünə bəraət qazandırmaq cəhdini məsuliyyətdən qaçmaq kimi dəyərləndiririk. Lakin görünür bizim üçün diqqətdən yayınan məqamlar da mövcud imiş. Belə ki, əvəzedicinin ümid verən bir neçə istedadlı gənc futbolçusu heç də sağlam həyat tərzi sürmür. Ələ düşən imkanlardan səmərli istifadə edərək öz üzərində işləməklə səviyyəli futbolçi kimi yetişmək əvəzinə bir imdançıya yaraşmayan və baş ucalığı gətirməyən işlərlə məşğuldurlar. Adlarını çəkmək istəmədiyim belə gənclərin siqareti köhnə paravoz kimi tüstüləmələri bir yana gündə-gündə kafeləri gəzib qəlyan çəkməklə məşğul olmaları üzücüdür. Lakin bununla da kifayətlənməyib daha da irəli gedən 16, 17, 18, 19 və 20- yaşlı bəzi futbolçularımız klubdan alqıqları maaşı elə yerlərə gedib elə işlərə xərcləyirlər ki, burada açıq yazmağa utanıram. Bəzən düşünürəm ki, indidən özü üçün məşuqə saxlayan gənc futbolçunun gələcəyi necə olacaq? İndi onlar futboldan savayı hər şey barədə düşünürlər. Hətta valideynləri də onlara nəzarət edə bilmirlər. İdarəolunmaz gənclərə çevrilən belə yerli futbolçularımızın gələcəyinin uçrum olduğu indidən aşkar görünür. Qurduqları kef məclislərinə xərclədikləri pulları isə Mübariz Mənsimov onlara ona görə verir ki, özlərinə, valideynlərinə, ailələrinə xərcləsinlər, gələcəkləri üçün toplaya bilsinlər, nəhayət həvəsdən düşməsinlər, günü-gündən artırsınlar, inkişaf etsinlər və gəcəcəkdə bölgəmizi ölkədə, Azərbaycanı isə onun hüdudlarından kənarda uğurla təmsil edə bilsinlər. Məgər əvvəllər bu yaşda olan yerli futbolçularımız bu qədər qazanırdımı? Əlbəttə yox. Bəlkə Mübraiz Mənsimov bu gənclərin atalarına borcludur? Axı onların aldıqları futbolçu maaşı heç də minimal məbləğdə deyil.
Getdikcə fiziki göstəriciləri aşağı düşən bu gənclərimiz nəinki əsas heyətin hətta əvəzedicinin belə məşqlərinə dözə bilmirlər. Oyun zamanı isə meydanda azca qaçdıqdan sonra nəfəsi çatmayaraq dəyişilməsini istəyən bu gənclər özündən 15-20 yaş böyük, karyerasını bitirmək üzrə olan qocaman futbolçulara oxşamaqdadırlar. Əvəzedicinin məşqçilər heyətinin bütün əziyyətini yerə vuran həmin gənclərimiz hər şeyi nə vaxtsa anlayacaqlar, amma o vaxt çox gec olacaq. Məşqçilər korpusu klub rəhbərliyinə müracitə edib əvəzedicilərin ölkə xaricində təlim-məşq toplantısı keçirməsinə nail olur. Elə qarşıdakı isti yay günlərində də əvəzedici komandamız Türkiyənin kurort zonası olan Bolu şəhərində toplantı keçəcək. Axı  orada toplantı keçmək prossesi böyük xərclərə başa gəlir. Məşqçilərin xahişi ilə klub rəhbərliyi bu xərclərə razılaşıb, deməli yaxın gələcəkdə də nəticə tələb olunacaq. Bəs siqaret çəkən, qəlyanın dalıyca sürünən bu gənclərləmi nəticə olacaq?
Bundan əlavə biz azarkeşlər hansı ki, daim bu gənc futbolçulara dəstək oluruq, bizim üzümüzə necə baxacaqlar? Haqlı olduqlarını hansı arqumentlərlə isbatlayacaqlar? “Xəzər Lənkəran”ın əsas heyətində yerlilərin oynaması ilə bağlı İllərlə qəlbimizin dərinliyində saxladığımız arzularımızı çin olmadan söndürdüklərinə görə cavab verə biləcəklərmi? Yox, buna nə bəhanə olmayacaq nə də söz tapa bilməyəcəklər.
Heç olmasa soruşub öyrənsinlər ki, bir neçə il əvvəl Lənkəranda yetişən yerli futbolçular indi haradadırlar. Nə işlə məşğul olurlar. Aralarında əsas heyətə  bəzən düşənlər də var idi, axı. Bəs niyə onlardan səs soraq yoxdur? İndi yolunu azmış bu gənc futbolçularımız maraqlansalar bilərlər ki, əvvəlkilər də indi bu gənclərin etdikləri ilə məşğul olurdular. Məhz ona görə də sonda hamısı futboldan qovularaq uzaqlaşdırıldılar. Heç normal karyera qura bilməyib futbolla vidalaşmalı oldular.  Halbuki yaxşı futbolçu kimi yetişmələri üçün şansları az deyildi.
Yuxarıda haqqında bəhs etdiyim gənc futbolçuların adlarını qəsdən yazmadım. Bilirəm ki, bu yazını oxuyacaqlar. Qoy oxuyub qeydlərimdən nəticə çıxarsınlar, nə qədər gec deyil indi getdikləri əyri yoldan qayıtsınlar. Geri dönsələr onlara ən böyük dəstəyi yenə də biz azarkeşlər nümayiş etdirərik. Əlimizdən gələn hər şeyi edərik, təki gənclərimiz yolunu azmasınlar.
Vaqif Rəşidov
Mənbə: 12cioyuncu.info

4 thoughts on “Nə qədər ki, gec deyil…”

  1. Salam Müəllim! Vaqif bəy bəlkə də çoxlarının əhəmiyyət vermədiyi problemə toxunub. Çoxlarının əhəmiyyət vermədiyini ona görə deyirəm çünki, elə çoxları buna adi hal kimi baxır. Məncə qarşısına peşəkar futbolçu olmaq məqsədi qoyan gənc futbolçu ilk növbədə pis vərdişlərdən qaçmalıdır. Bir məqsədi olmalıdır ki, nəyin bahasına olur-olsun “Xəzər Lənkəran”ın əsas 11-liyinin sevilən daimi üzvü. Məncə, elə pis vərdişlərin ucbatındandır ki, indiyə qədər “Xəzər Lənkəran”ın bir yetirməsi belə əsas heyətə düşə bilmir. Biz isə nəvaxtsa onların bir neçəsinin əsas heyətə düşməsini səbirsizliklə gözləməkdəyik.
    *****
    Salam, Qabil bəy! Vaqif Rəşidov çox haqlı olaraq ağrılı yerimizə toxunub. Biz də bu barədə bir aktual yazı ilə çıxış etməyi planlaşdırırıq. Düzü son günlər həm öz, həm də ümumi sevgimiz olan “Xəzər Lənkəran” ətrafında olan işlərlə əlaqədar buna lazımi qədər vaxt ayıra bilməmişik. Amma bu aktual məsələ barədə çıxış edəcəyik.

  2. SALAM GOSTERDIYINIZ FAKTLARA ESASLANIB DEYE BILEREM KI BU SENPERESTLIK, LOTULUG, SIGARET CEKMEK HAMISI NEKI FUTBOLDA BUTUN IDMAN NOVLERINEDE MENFI HALDIR. BAX BUTUN BU HEREKETLERE GORE AZERBAYCANDA GUCLU FUTBOLCU YOXDUR.BU BELA TEKCE XL DEYIL BASGA KOMANDALARDA DA VAR. HELE SAYTLARDA NEFTCININ FUTBOLCUSU SEF ETMIREMSE ARAZ AVTOSLUG USTUNDE NECE DEVELERLE POLISLER TEREFINDEN SAXLANILIB.EGER OYUNCU SIGARE CEKIRSE MUTLEG MEVACIBLERI KESILMELIDIR. YENI CEZA TETBIG OLUNSA NETICE OLAR.BIRDE KI , GOHUMBAZLIG, TAPSIRMAG, DAYDAY MESELESI FUTBOLCULARI OZUNDEN CIXARDIB. SIZ GOZEL MESELEYE TOXUNMUSUZ AMMA HEDEFI GIZLI SAXLAYIRSIZ.ACIGLAMAG LAZIMDIR KI. UTANSINLAR VE MEVACIBLERI KESILSE TEKRAR BELE HEREKET ETMEZLER.BUTUN BUNLAR CEZALARIN OLMAMASINDAN IRELI GELIR.SERT CEZA TETBIG OLUNMALIDIR.
    *****
    Salam! Bu yazı ilə Vaqif Rəşidov çox düzgün olaraq, ictimai qınaq mövqeyində məsələni qoyub. Əgər bundan da həmin uşaqlar həya eləməsələr onda, siz deyən kimi mərhələ-mərhələ irəli getmək lazım olacaq.

  3. Çox düzgün çalınan həyəcan təbilidir. Mənimlə razılaşmayanlar var, amma qəti mövqeyim budur ki, bu gün əlinə qəlyan, siqar almış gənclərin ayağından futbolumuzun sabahını almaq lazımdır, qoy özlərinin başqa sahədə sınasınlar. Burada pişim-pişimə yer verilməməlidir, bacardıqca qabardılmalı və xaric edilməlidir bəla balalar. Bir az diqqətli olsaq görərik ki, ətrafımızda məhz intizamsızlıq və sağlamlıqlarına qəsd sayıla bilən vərdişlərin ucbatından “yanmış” onlarla ümid verənlər sırasında olmuş lənkəranlı gənclərimiz və yeniyetmələrimiz vardır.
    *****
    Düz buyurursuz! Bu həm o gənclərin həyatı və ailələri baxımından, həm də Lənkəran futbolunun gələcəyi baxımından çalınmış həyəcan təbilidir.

  4. Salam doktor.Bu yazini oxuyandan sonra butun bildiklerimin qeyd olundugunu gordum.Men oz serhlerimin birinde masinlarin yigisdirilmasini qeyd etmisdim.Indiki genc oyuncularin bezisini futbola kimler terefinden geldiyini,kimler terefinden milli komandalara dusduyunu,kimlerin yasini azaltdigini hamisini bilirik.Danisanda xain damgasi vururlar.Usagi esas heyyete goturende valideyn ancaq pul davasina cixir.Esas heyyete goturulen camaata yuxaridan asagiya baxir.Meselen:Fikret Ulduzlu iki il mesq edib esas heyyete goturuldu,ancaq esas heyyete dusmeli oyuncu indi fehlelik edir.Bele hadiseler yerli usaqlari futboldan kenar salir.Orxan Sadixli oz masininda camaati ele suze-suze gederdi ele bil Lenkeranin qehremanidir.Qohumu olmayan istedadlar yanib gedirler.Bildiklerimiz coxdur insallah gorusende doktor hamisini size danisaram.
    *****
    Salam, Qabil bəy! Göründüyü kimi sizin də başqa, doğurdan da əsl “Xəzər Lənkəran”sevər, Lənkəran futbolunun gələcəyini düşünənlər kimi ürəyiniz doludur. Bizim də həmçinin. Ona görə də bu mövzuya bir daha qlobal şəkildə toxunacağıq.

Comments are closed.