Mustafa Denizlidən transfer açıqlaması

Mustafa Denizli, “Xəzər Lənkəran” transfer çalışmalarında ilk seçiminin Türkiyə olacağını söylədi.

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Denizli, komandasının transfer çalışmaları üçün ilk seçiminin Türkiyədən olacağını söylədi.
Azərbaycanın “Xəzər Lənkəran” komandasının başına keçən Denizli, klubun vitse-prezidenti Tuyqun Nadirov və mətbuat katibi Hüseyn Cəbrayıloğlu ile paytaxt Bakıda təşkil olunan mətbuat konfransında, yeni komandası və Türk futboluyla bağlı dəyərləndirmələr edib.
Yeni komandasının transfer ehtiyacını dövrə arasında gözdən keçirəcəklərini söyləyən Denizli, transfer ediləcək isimlərin Türkiyədənmi yoxsa başqa bir ölkədənmi olacağını, yönetiçilərlə dəyərləndirəcəklərini bildirdi.
Türkiyədə tətbiq olunan əcnəbi oyunçu məhdudiyyətindən dolayı bir çox əcnəbı futbolçunun forma şansı qazana bilmədiyini xatırladan Denizli, çeşidli Türk komandalarında bir neçə il şans alan, komandalarından ayrılma durumundakı, özünün və komandasının yaxından tanıdığı futbolçuları transfer edə biləcəklərini ifadə etdi. Denizli, “Bir transfer gərəkəcəksə ilk seçimimiz Türkiyədən olacaq” deyə cavabladı.

Fenerbahçe və “Trabzonspor“un “play-of”u barədə

Bəzi “Spor Toto Süper Liqa” komandalarının “Ziraat Türkiye Kupası” 4-cü tur matçlarında yarışları dayandırmasını da dəyərləndirən Denizli, dünyanın hər ölkəsində kubok matçlarının sürprizlərə açıq olduğunu, həm futbolçu, həm də məşqçi karyerasında bənzər olaylarla qarşılaşdığını söylədi.
Rəqibin aşağı liqalardan olmasının heç bir şey ifadə etmədiyini söyləyən Denizli, sözlərinə belə davam etdi:
“Kubok matçları revanş tipli matçlardır. Çempionatda isə belə deyil. Çempionatda bir matçda məğlub ola bilərsiniz, daha sonra əvəzini çıxmaq olar. Dünən Fenerbahçe və Trabzonspor‘un yaşadığı hadisəni ‘oyuna köklənə bilmirlər’ deyə açıqlayırlar. Futbolda belə bir şey olmaz. Belə bir şey yaşanır, fəqət bunu önləmək lazımdır. Türkiyədə yaşayan hər kəs, kiçicik də olsa, bir şok keçirdi. Bu, bundan sonrakı turlar üçün “Süper Liqa”‘dakı komandalar üçün önəmli bir dərs olmuşdur.”

”Xəzər Lənkəran”dan 6 milyard avro aldı” iddiaları

“Xəzər Lənkəran”dan transfer əvəzi olaraq “6 milyard avro aldığı” iddialarıyla əlaqədar da Denizli, bu xəbərlərin tamamən yanlış və əlaqəsiz olduğunu bildirdi.
Çıxan xəbərlərə həm özünün həm də ailəsinin çox təəccübləndiyini söyləyən Denizli, “O rəqəmləri Türkiyədə belə verə bilməzlər. Şişirtmə olar amma bu qədəri ola bilməz axı. Tamamən həqiqətdən xaric və yalan bir xəbərdir” dedi.

 
Mənbə: Anadolu Ajansı (AA)

1 thought on “Mustafa Denizlidən transfer açıqlaması”

  1. M.Dənizlinin transfer çalışmalarında türk futbolçularına üstünlük verməsi başadüşüləndir. Əvvəla türk futbolçular komandamıza tez uyğunlaşır. İkincisi, ümumi legionerlərlə müqayisədə (Oqtay Dərəlioğlu, Dəniz, Əhməd Dursun, Devran Ayhan) özlərini yaxşı tərəfdən təsdiq ediblər. Üçüncüsü, Mustafa bəyin türk futbolçularıyla dil problemi olmayacaq, həm də yeni komandasında özünün güvəndiyi oyunçular olacaq.

Comments are closed.