Mustafa Denizli Ufuk Budakı "Xəzər Lənkəran"da görmək istəyir?..

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Denizlinin komandaya gətirmək istədiyi daha bir oyunçunun adın öyrənmişik. Mustafa Denizli milli komandamızın üzvü – “Eskişeherspor”da çıxış edən Ufuk Budakı komandasına gətirmək istəyir. Bu transferlə bağlı Mustafa Denizli futbolçunun meneceri Abdulla Çila ilə danışıb. Əsas komandadan əvəzedicilərə göndərilən Ufuk da “Xəzər Lənkəran”a gəlməyə müsbət yanaşır. Bunun üçün isə tərəflər maliyyə məsələsində razılığa gəlməlidir. Məsələ ondadır ki, Ufuk “Eskişeherspor”da ilinə 350 min dollar qazanır. Futbolçunun meneceri bildirib ki, “Xəzər Lənkəran” Ufuku almaq istəyirsə, ən azı yarım milyon dollarından keçməlidir.
Mənbə: Stadium.az

5 thoughts on “Mustafa Denizli Ufuk Budakı "Xəzər Lənkəran"da görmək istəyir?..”

  1. Mənə elə gəlir ki, bu anlaşilmaz bir olaydir.Bizim hucum xəttimiz zəifdir.Vurulan və buraxilan toplarda bunu subut edir. Necati Atəşə bu pulu xərcləmək olar ən azi Turkiyə futbolunda bu oyuncunun nəyə qadir olduğunu bilirik.Millidə oynunu görmuşuk və elə Foqsa onu hədiyyə edirik.Bu transfer olsa vay halimiza”!!Mustafa yəqin sələfləri kimi vitse-prezidentin toruna duşub.Bezdik daha!!!-Bunun bir axiri olacaq ya yox!.Adamin hərdən futboldan zəhləsi gedir amma ey Cənub!.-Tını unutmuş karde bəbe!

  2. Hər dəfə baş məşqçi dəyişikliyi(onsuzda öyrəşmişik ildə iki,üç baş məşqçi dəyişikliyinə) olanda “Xəzər Lənkəran”la kimlərin adı hallanmayıb? Amma sonradan biz adı hallananların heç birini komandamızda görməmişik. Onların əvəzinə elələri gətirilib ki, altı aydan sonra geri göndərməli olublar. M.Dənizlinin nüfuzunu nəzərə alan saytlar öz reytinqini qaldırmaqdan ötrü tanınmış futbolçuların adlarını komandamızla hallandırır. Futbolçunun rəsmi imzalama mərasimi olmayana qədər adları hallanan oyunçuların “Xəzər Lənkəran”a gəlməsi inandırıcı deyil.

  3. Harda kol kos budaq var bize rast geliree. Bu beledirse indiden vayimizi qlaq Mustafa-Istefa deyek…
    *****
    Malik bəy, əsəbiləşməyin. Hələ bundan sonra çox transferləri bizə “sırıyacaqlar.

Comments are closed.