Mustafa Denizli ilk oyunla bağlı şərh verdi. Matçdan görüntülər (Video)

“Bu, mənim ilk matçım olduğundan qələbə qazanmaq önəmli idi”. Bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyəli mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsində “Neftçala” klubu ilə oyun barədə fikirlərini açıqlayıb. Cənub təmsilçisinin “sükanı arxası”nda debüt edən Dənizli yetirmələrinin 4:0 hesablı qələbəsindən razı qalıb. Mütəxəssis klubla müqavilə imzaladıqdan sonra ilk matç sonrası şərhini də verib: “Komandam neçə oyun idi qələbə qazana bilmirdi. Bu oyunla uğursuzluğa son qoyduq. Çempionata gəlincə, burada oyunlarımız çoxdur. Komandama inanıram, onlar bu gün də yaxşı vuruşdular. Futbolda möcüzələr kifayət qədərdir. Biz də buna inanırıq. İnşallah, həm ölkə kubokunda, həm də Premyer Liqada daha yaxşı oynamağa çalışacağıq”.
Mənbə: Apasport.az


Mənbə: Lankaranfc.com

7 thoughts on “Mustafa Denizli ilk oyunla bağlı şərh verdi. Matçdan görüntülər (Video)”

  1. Con Toşakdan fərqli olaraq Mustafa bəy bütün oyun ərzində ayaq üstə idi və hər 2-3 dəqiqədən bir göstərişlərini verirdi.
    *****
    Qabil bəy, bu oyun zamanı onun özünü bilavasitə meydanda hiss etməsinin göstəricisidir məncə.

  2. Indi bu deqiqe baxa bildim oyunun neticesine. Sukur olsun ki qelebe qazanmisiq. Her kesi tebrik edirem. Inshaallah davami geler.
    *****
    Çox sağ olun! Biz də buna inanırıq.

  3. Mirhafiz bəy, bu gün mən “Fırtınalar meydanı”nda heç vaxt təsadüf etmədiyim bir faktın şahidi oldum. Yeni baş məşqçinin rəhbərliyi ilə keçirilən ilk oyuna vur-tut 1200-1300 azarkeş gəlmişdı. Mən indiyə kimi “Xəzər Lənkəran”ın ev oyununda bu qədər az tamaşaçı görməmişəm. Sizcə bu nəyinsə təməlinin qoyulması demək deyilmi?
    *****
    Qabil bəy, bunun bir neçə səbəbi var. Biri odur ki, rəqib birinci dəstə təmsilçisi olduğuna görə azarkeşlərdə az maraq kəsb edib, digər səbəb də hələ azarkeşlərin bir hissəsi Mustafa bəyi yaxşı tanımır deyə, “qoca kişi” nə edəcək kimi fikirləşir. Amma komanda nəticə qazandıqca hər şey düzələcək.

  4. Biletlerin qiymeti asagi salindi ? Bunun haqqinda melumat var mi ? Mence sadece VIP-in sagindaki ve solundaki sektorlari 2 azn edirlerse etsinler. amma yerde qalan sektorlar 1 azn olmalidir. Bu bele olmalidir. Elbette hamisi 1 azn olsa daha yaxshi olar.
    *****
    Xeyir, biletlərin qiymətində bir dəyişiklik hələ ki, müşahidə olunmur. Əlbəttə sizin təklif etdiyiniz variant, bəlkə də ən düzgün variantdır.

  5. Ən maraqlısı Toşakın sevimlilərini ,ehtiyat skamiyasında oturtması idi .Bu gözəl başlanğıcdır.
    *****
    Biz elə bu cür də güman edirdik. Sacconi sona qədər oynadı. Ümumiyyətlə bu heyət üçün biz gözlədiyimizi reallaşdırmaq istəyirdi elə bil.

Comments are closed.