Mirhafiz Babayev-49! Təbrik edirik!

Bu gün “Bosman” fanklubunun və “Bosman.az” saytının rəhbəri Mirhafiz Babayevin 49 yaşı tamam olur. Bu dəyərli insan haqqında çox söz demək olar. Amma biz çoxumuzun yaxşı tanıdığı və Stavropolda yaşayan Fərhad Nəsirov adlı ziyalı azarkeşimizdən ötən il ad günü münasibəti ilə aldığımız təbrik məktubunun dili ilə bunu diqqətinizə çatdırırıq. Bilirsiniz ki, “12-ci Oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlının da ad günü eyni tarixə təsadüf etdiyindən Fərhad bəy çox orjinal ifadə ilə təbrik edib.
Hörmətli İslam Cabbarlı və Mirhafiz Babayev! Sizin ad gününüz ərəfəsində, düzü ikili hisslər keçirirəm, bir tərəfdən, heç birinizi nəinki yaxından tanımadığım, hətta heç zaman canlı olaraq həyatda görmədiyim üçün və bayağı çıxmasın deyə öz hisslərimin sizə necə çatdırmağımı bilmirəm. Digər tərəfdən, müxtəlif xasiyyətə, biliyə, əqidəyə, həyat tərzinə malik olan çoxsaylı “Xəzər Lənkəran” aşiqlərini bir sıraya yığaraq onların rəğbətini qazanmaqla misilsiz xidmətləri olan, yüksək mədəniyyətə və mənəviyyata malik olan bu iki insan haqqında xoş söz demək çox asandır. Hadisənin daha bir maraqlı cəhəti ondadır ki, baxmayaraq həytım boyu çox insanları ad günləri münasibətilə təbrik etmişəm, ancaq mənəvi cəhətdən mənə yaxın iki gözəl insanı bir gündə, özü də bir yazı ilə təbrik etmək mənə nəsib olmayıb. Əziz qardaşlarım, bu gün yaşınızın üstünə yaş gəldi. Mübarək olsun! Mayın 11-i sizə dəyər verən, sizi əziz və doğma bilən insanların hamısının bayramıdır! Siz olmasaydınız, doğulmasaydınız yazıqlar olardı bizə. Nə yaxşı ki, doğulmusuz, nə yaxşı ki, yanımızdasınız və nə yaxşı ki, varsınız! Həmişə yanımızda olun, İslam və Mirhafiz! Allah sizi arzularınıza çatdırsın. Ailənizlə birgə daim səadət içində olasız, dostlarım! Sizinlə ünsiyyətdə olanda nəinki özümü komfort hiss edirəm, hər dəfə sizinlə virtual görüşdə xoşbəxt oluram. Təbriklər, İslam və Mirhafiz!
Hörmətlə, Fərhad.

3 thoughts on “Mirhafiz Babayev-49! Təbrik edirik!”

  1. Ad gününüz mübarək Mirhafiz bəy! .Sizə insan üçün ən öndə olan can sağlığı arzulayıram .İşlərinizdə uğurlar,yubley yaşınız isə arzularınlızın reallaşdığı il olsun.
    TƏBRİKƏR.
    *****
    Diqqətinizə görə təşəkkür edirik!

  2. Ad günlərinə hələ bir neçə gün qalmışdi…
    Düzü bu bu iki dəyərli insanlar barəsində az məlumatlı idim. Yalnız internet vasitəsilə müəyyən məlumatlari əldə edə bilmişdim.Fəaliyyətləri ilə azca taniş olandan sonra “Bosman”az saytinda təxmini belə bir təbrik yazmışdım:….”Sizi və İslam müəllimi ad gününüz munasibətilə təbrik edirəm!”.
    —-
    Zəfər bəy!.Təşəkkur edirəm təbrikinizə görə.Hələ ad günümüzə bir həftə qalib.Demək 7 gündə qocalmişiq.
    —-
    Təxmini belə bir dialoq alınmışdi.Lakin bu cavabda böyük məna var idi.Birincisi bunu sadəcə zarafat kimi başa düşmək ilk baxişda anlaşilan idi.Lakin mən bu cavabdan sonra daha çox bu insanin fəaliyyəti ilə maraqlanmağa başladim və məlumat eldə edə-edə bu insanin camiyyəmizə nə qədər xeyirli bir övlad olduğunu dərk etməyə başladim.
    M.BABAYEV və İSLAM CABBARLI haqqinda indi yorulmadan günlərlə xoş sözlər demək olar.Lakin onlarin xoş sözlərə yox,azarkeşlərimizdən gələn diqqətə bu ad gunlərində ehtiyaci var.
    Əziz M.Babayev və İslam Cabbarlı!.Bu camiyyənin bir sadə övladi kimi sizlərə xoş arzularimi bildirirəm.Sizi təbrik edirəm.Nə yaxşi ki ,varsiniz.Ad gunünüz mubarək.
    *****
    Dəyərli fikirlərinizə görə təşəkkür edirik Zəfər bəy! Peyğəmbərimizin (s. ə. v. a) bu haqda bir sözü var, ən varlı insan sadə və imanlı insandır. Sizi bu sadəliyinizlə təbrik edirik!

Comments are closed.