Buradasınız Əsas » Muzey » Mirça Rednik üçüncü matçına çıxır (Canlı)
  • Bookmark and Share

Mirça Rednik üçüncü matçına çıxır (Canlı) 

rednik=pasaport1

Biz sevimlilərimizi unutmuruq. Əfsanəvi məşqçimiz Mirça Rednik bilirsiniz ki, Belçikanın “Gent” klubunun baş məşqçisidir. Müqavilə bağladıqdan sonra yeni komandasını iki oyuna çıxarıb ki, ilk oyununda “Rasing Genk”lə 1:0 öndə olsa da, sonda 1:2 məğlub olmuşdu. Rednikin hazırki komandası olan “Gent” komandası o qədər də güclü heyətə malik deyil. Lakin buna baxmayaraq ikinci oyununda “Lokeren”lə çətin səfər qarşılaşmasında 2:2-lik bərabərə qala bilmişdi. Hansı ki, ötən mövsüm “Standard” Liege ilə əlinin altında yetərincə güclü futbolçulara sahib olsa da ilk məğlubiyyətini elə “Lokeren”dən almışdı. Sonrakı qarşılaşmalarında isə bu komanda ilə iki dəfə heç-heçə etmişdi.

Bu gün isə bizim vaxtla 23:30-da Mirça Rednik “Gent” komandasını üçüncü rəsmi oyununa çıxır ki, rəqib “Serkl Bryugge” klubudur. Matç doğma meydanda keçiriləcək. Matçı canlı olaraq Buradan izləyə bilərsiz. Əfsanəvi Məşqçimiz olan Mirça Rednikə və komandasına bu oyunda qələbə arzulayırıq! Alternativ link.

5 Şərh yazıya: Mirça Rednik üçüncü matçına çıxır (Canlı)

  1. Qabil

    Doktor, sağ olun ki, hərdən Mirça Rednilki biə xatırladırsız. Oyuna mütləq baxacağam.

     
  2. Zefer Lerikli

    Rednikin kamandasi mudafiede ve qapicinin sehfinden ilk deqiqelerden 0:1 meqlub duruma duşdu.

     
  3. Qabil

    Mirhafiz bəy, baxmayaraq ki, Rednikin komandası birinci hissəni 0-1 uduzur, amma yaxşı təsir bağışlayır. Sadəcə rədib çox sürətli və güclüdür. Onu da deyim ki, Rednik bu komandasıyla bizdə dəfələrlə Azərbaycan çempionu olar. Rednikin komandası təmiz Avropa futbolu oynayır.
    *****
    Əslində “Gent”in heyəti indi çox zəifdi. Yəni Rednikin onlara oynatmaq istədiyi futbolu oynaya bilmirlər. Yəni bu heyət Rednikin oyun fəlsəfəsinə cavab vermir. Xüsusən xətlər arası əlaqə çox zəifdir, bir də futbolçuların çevikliyi aşağı səviyyədədir. Bu Rednikin heyyəti deyil. Qış transferində ona şərait yaratsalar və istədiyi futbolçuları komandaya cəlb edə bilsə, o zaman “Gent” başqa bir futbol oynayar.

     
  4. Qabil

    REDHİKİN KOMANDASI HESABI BƏRABƏRLƏŞDİRDİ. 1-1

     
  5. R.S.

    Canlı yayıma görə minnətdarıq. İkinci hissənin axırlarına yaxın, yəni Rednikin komandasının hesabı bərabərləşdiyi andan baxdım, Nəsə bir söz deyə bilmərəm. Amma heç də pis təsir bağışlamadılar. Qış fasiləsində komandasına nəzər salar yəqin ki.
    *****
    Bu mütləq olmalıdır. Çünki hazırki heyyət Rednikin oyun fəlsəfəsinə uyğun deyil və nüfuzuna zərbə ola bilər. Belə komandanı idarə etməkdənsə, istefa verməsi yaxşıdır. Təbii ki, bunu Rednik bizdən yaxşı bilir.

     

Şərh əlavə et


− 7 = iki