Mirça Rednik "Dinamo" Buxarestlə müqavilə bağladı

Bilirsiniz ki, son iş yeri “Petrolul” klubu olan və bizlərin də yaxından izlədiyimiz təcrübəli mütəxəssis Mirça Rednik “Dinamo” Buxarestdən aldığı təklifi May ayının 5-də müsbət dəyərləndirərək bu kluba baş məşqçi keçib.
Bu onun həm futbolçu həm də məşqçi kimi karyerası boyu ən çox uğur qazandığı klublardan hesab olunur. Qeyd edək ki, Rednikin yeni təyinatı ilə bağlı Rumıniya mediasının yaydığı bu məlumatı artıq “Dinamo”-nun rəsmi internet səhifəsi də təsdiq edib.
Son dövrlərdə Rednikin klub dəyişməsinə isə azarkeşlərimizin müxtəlif yanaşması diqqətimizi cəlb etdi deyə, buna münasibət bildirməyi özümüzə borc bildik.
Çox hörmətli azarkeşlərimiz, hamınıza xüsusi hörmət və ehtiramla bildirmək istəyirik ki, Mirça Rednik haqqındakı müxtəlif rəylərinizlə tanış olduq. Son dövrlərdəki futbolumuzda olan ümidsizlik hamınızın əsəblərinə təsir edərək, fikirlərdə dağınıqlıq yaradıb.
Əvvəla onu demək istəyirik ki, yaxın keçmişdə iri futbol ölkələrinin nəhəng klublarını çıxmaq şərti ilə digər klubları və xüsusən də ortabab futbol ölkələrinin əksər klubları fikir və iddialarına görə yox, maliyyə burulğanında dirəniş göstərərək birtəhər ayaqda qalıblar. Bunu dünyada gedən proseslərin nəticəsi olaraq ölkəmizdə də aydın hiss edirik. Azərbaycanda ayaqda qala bilən 3, bəlkə də 4 klub qalır. Onlar da 5-6 il bundan əvvəlki durumda deyillər. 3 və ya 4 klubdan ibarət bir çempionatın keçirilməsi isə mümkünsüz kimi bir şeydir. Ona görə də digər klubların yaşaması üçün söhbət var ki, dövlət tərəfindən klublara maliyyə yardımı məsələsi müzakirə mövzusudur ki, bu da bütün klubların bir əldən asılı olaraq fəaliyyətinə səbəb olar ki, belə çempionatdakı mübarizə sağlam rəqabət prinsiplərindən kənara çıxar.
Az-az halları çıxmaq şərti ilə klubları saxlayan sponsorlar da müxtəlif tipdirlər. Onlarla işləmək olduqca çətin məsələdir. Mən pulu verirəmsə, deməli mən deyən olmalıdır kimi düşüncələri var. Baxmayaraq ki, bu sahədə səriştəsi var ya yox. Demək lazımdır ki, belə biliyin varsa, bu işə müdaxilə etməyə, onda filan qədər verib məşqçi niyə çağırırdın?! Belə mühitdə işləmək üçün isə mütəxəssisə “xüsusi keyfiyyətlər” lazımdır. Yaltaqlığı, “tunelə girməyi” bacarmayan adamlar üçün belə mühitdə işləmək çox çətindir.
Elə misalı tək Mirça Redniklə yox, çox istedadlı Nazim Süleymanov, Vaqif Sadıqov və başqaları ilə də əlaqələndirmək olar. Adını çəkdiyimiz mütəxəssislər də bu səbəblərdən qısa müddətdə görün neçə komanda dəyişiblər.
Mirça Rednikdə bu bir az da fərqlidir. O, daha tanınmış mütəxəssis olduğundan dünyanın istənilən ölkəsindən gələcək təkliflər onun üçün hər zaman realdır. Ona görə də hər-hansı komanda ilə müqavilə bağlayanda bu şərtləri öncədən nəzərə almamış deyil. Özümüzdən götürək, daha yaxşı yerdə kim işləmək istəməz ki?! Məhz bu şərtlərini əvvəcədən kəsirsən ki, sonra inciklik olmasın. Sənin mənə ehtiyacın var deyə, çağırmısan. Ona görə mən daha yüksək iş yerindən təklif gözləyirəm deyə, şərtimi də bu başdan bağlayıram.
Əgər Mirça Rednik hər hansı komandanı yarıyolda qoysaydı onda, indiyə kimi onun da FİFA tərəfindən cəzalandırılması və ya müəyyən qadağaları olardı. Ola bilməz ki, komandanı yarıyolda qoyub gedən bir məşqçidən hansısa klub FİFA və ya UEFA-ya şikayət etməsin. Demək bu adam şərtini əvvəlcədən kəsir və əgər müəyyən təklif gələrsə, müqaviləsinin sonrakı hissəsinə çatacaq məbləğindən də imtina edir. Bu elə müsəlmançılıqda halallıq deyilən bir şeydir ki, o bunu bizdən yaxşı bacarır. Belə adama isə inamı itirmək yox, daha çox inanmaq lazımdır.
İndi “Dinamo” Buxarest turnir cədvəlinin 8-ci pilləsindədir. Ölkəsində ən çox titul sahibi və Rumıniyanı avropada lazımınca təmsil etmiş, həmçinin avropanın məşhur klublarına bir çox ulduz futbolçular vermiş, çox məşhur bir komanda uzun müddətdir ki, bu vəziyyətdən çıxa bilmir. Buna görə də Rednikə çox ehtiyacları var. Sabah Rednik o komandanı əziyyət çəkib qurub qurtardıqdan, relsə qoyduqdan sonra dəli-qudurmuşun biri daha sən bizə lazım deyilsən deyəcəksə, təqsir Rednikdəmi olacaq?

3 thoughts on “Mirça Rednik "Dinamo" Buxarestlə müqavilə bağladı”

  1. Sizi səmimi qəlbdən salamlayıram, Müəllim. Rednik haqda yazdığınız fikirlərlə razılaşmamaq mümkün deyil. Çünki Rednik hər cəhətdən özünü təsdiq etmiş bir şəxsiyyətdir. Karyerası ərzində mənfiyə hallandırılan tez-tez klub dəyişməsi faktını da sırf Rednikin ayağına yazanlar da yanılır. Çünki bu faktın özü də təkcə Rednikdən asılı olan məsələ deyil. Siz Rednikin Lənkərandan getmə həqiqətini hətta xırda detallarına qədər bilən şəxslərdən birisiz. Məncə işlədiyi klubların əksəriyyətində Rednikin qarşısına elə bizim klubun rəhbərlərinə bənzər rəhbərlər çıxıb. Ya da bizim bilmədiyimiz başqa səbəblər də ola bilər.
    *****
    Qabil bəy, sizi də salamlayırıq! Obyektiv yanaşmanıza görə təşəkkür edirik. Əlbəttə başqa səbəblər də olmamış deyil. Amma bu səbəblər siz demişkən, sırf Rednikin ayağına yazıla bilməz. Onu bilirəm ki, elə bizdə normal ab-hava hökm sürsə idi, o hələ indiyə qədər burda çalışırdı yəqin və nəinki ölkə, Avropa uğurları da əldə etmiş olacaqdıq.

  2. Doktor, düzü saytın çalışmasından tam xəbərsiz idim. “12 ci Oyunçu”da Sizin yazını görəndən sonra sayta daxil oldum. Sevindim, saytın fəaliyyətinə. Allah Sizlərə qüvvət versin!
    *****
    Salam, Qabil bəy! Sizi də burada yenidən görməyimizə şadıq. Qaldı ki, saytımız çalışmaqda davam edib. Biz hətta “Bosman”ın facebook səhifəsində Mirça Rednikin komandalarının oyunlarının canlı reportajlarını da veririk. Bundan sonra da davam edəcəyik İnşAllah. Sizin facebook səhifəniz varsa bizə dostluq göndərməklə, xidmətimizdən istifadə edə bilərsiniz. Ya da elə bu saytımızın sağ tərəfindəki sayğacın (fırlanan qlobus) üstündəki “”Bosman” fanklubu facebook səhifəsi”-nə klik etməklə yararlana bilərsiniz. Bir daha təşəkkür edirik.

  3. Mirca Rednikden hec kim sehv tuta bilmez.. O, oz isini mukemmel bilendir hemde yalan firildaqliq islerlede arasi yoxdur…
    *****
    Salam, Malik bəy! Biz hamımız bu fikirlə razıyıq.

Comments are closed.