Mbilla üçün ilk, ”Xəzər Lənkəran” üçün 400-cü qol (Fotolar)

Topaz Premyer Liqasının VI turunun “Bakı” ilə ev oyunu (2:1) “Xəzər Lənkəran” üçün əlamətdar olub. Qarşılaşmanın 27-ci dəqiqəsində hesabı bərabərləşdirən Mbilla Etamekomandanın milli çempionatlarda 400-cü qolunu vurub.
2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” yubiley qolunu 27-ci qarşılaşmasında vurub. Bundan əvvəlki 4 görüşdə rəqib qapısına yol tapa bilməyən komandamız Topaz Premyer Liqasının ilk turundan sonrakı qol həsrətini “400”ə çatmaqla qırıb.
Belə ki, avqustun 4-də “Sumqayıt”la səfər qarşılaşmasında fərqlənən Junior Nildodan sonra komandamız çempionatda azarkeşlərinə qol sevinci yaşatmamışdı. 41 gündən sonra vurulan qol isə həm yubiley, həm də ilk xarakteri daşıdı.                                          Kamerunlu forvard bir aydan çox
                                                                                                        çəkən qolsuz seriyaya son qoydu. 
“Xəzər Lənkəran”da qol hesabını açan Mbilla klub tarixində qol sevinci yaşayan 83-cü, bunu çempionatda reallaşdıran 76-cı futbolçu olub. Bu oyunçulardan başqa rəqiblərin də öz qapısına qol vurmaqları qeydə alınıb. İkinci hissədə Mbilla 2-ci dəfə fərqlənməklə klub tarixində çempionat qollarının sayını 401-ə də çatdırmağa nail oldu.
Bu qollardan 230-u evdə, 170-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda – Gəncədə vurulub.
Etame “Xəzər Lənkəran”ın heyətində dubl müəllifi olan 36-cı futbolçu kimi tarixə düşdü. Bu dubl klub tarixində ümumilikdə 67-ci belə hadisədir. Sonuncu belə dubl martın 3-də, ötən çempionatın XXIII turunun “Sumqayıt”la oyununda qeydə alınmışdı. Roberto Alviz 2 penaltini dəqiq yerinə yetirməklə dubl rəsmiləşdirmişdi.
Elnur Abdullayevin ifasında 300-cü qol da       
Lənkəranda vurulmuşdu.         
Çempionatdakı yubiley qolları
1. 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1 Çöri İlir, 26
50. 03.05.2005 “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 Martin Stankov, 36
100. 29.09.2006 “Gənclərbirliyi” – Xəzər Lənkəran“ – 0:3 İlqar Qurbanov, 8
150. 02.09.2007 ABN – “Xəzər Lənkəran” – 0:4 Zaur Ramazanov, 14-p.
200. 26.09.2008 MOİK – “Xəzər Lənkəran” – 0:4 İvan Svetkov, 34-p.
250. 29.11.2009 “Bakı” – “Xəzər Lənkəran” – 0:3 İvan Svetkov, 57-p.
300. 20.02.2010 “Xəzər Lənkəran” – AZAL – 2:1 Elnur Abdullayev, 45+2
350. 01.04.2012 “Xəzər Lənkəran” – “İnter” – 2:0 Eder Bonfim, 90+2
400. 14.09.2013. “Xəzər Lənkəran” – “Bakı” – 2:1 Etame Mbilla, 27
Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.
Mənbə: lankaranfc.com

2 thoughts on “Mbilla üçün ilk, ”Xəzər Lənkəran” üçün 400-cü qol (Fotolar)”

  1. Admin qardaş, axşamınız xeyir! Komandamız nəhayətki dördyüzüncü qolunu vurdu. Bir azarkeş kimi istəyim odur ki, elə bu çempionatın ortalarında komandamızın dörd yüz əllinci qolunu qeyd edək.
    *********
    Biz arzulayaq ki, Allah da komandamıza kömək olsun, İnşAllah!

Comments are closed.