Matç öncəsi mətbuat konfransı, "sports.md" ilə yaxınlaşma və baxışa gələn braziliyalı

met.konf.Bunya
Avropa liqası 1-ci təsnifat mərhələsinin cavab oyununa hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” komandası bu gün də hazırlıq səylərini əsas meydanda davam etdirdi. Artıq belə demək mümkünsə, matçın başlamasına saatlar qalır. Bu baxımdan matça maraq daha da artır. Yəqin elə buna görədir ki, məşqləri izləməyə gələn azarkeşlərin də sayı gün gündən artmaqda davam edir.
Bu gün ənənəvi olaraq matçın başlamasına bir gün qalmış, məşqdən öncə stadionun mətbuat zalında hər iki komandanın baş məşqçilərinin və mətbuat nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirildi. Mətbuat konfransı əvvəlcə komandamızın baş məşqçisi Ağasəlim Mircavadovun iştirakı ilə açıq elan olundu. Müxtəlif telekanalların və qəzetlərin təmsil olunduğu mətbuat konfransında “Xəzər Lənkəran” futbol klubunun azarkeş saytlarından nümayəndələr də iştirak edirdi. “12cioyuncu.moy.su” saytını İslam Cabbarlı və “Bosman.at.ua” saytını isə Mirhafiz Babayev təmsil edirdi.
Komandamızın baş məşqçisi A. Mircavadov, Avropa miqyaslı oyunlarının ilk dəfə şəhərimizdə keçiriləcəyini və bunun Lənkəran şəhəri üçün bir tarixi başlanğıc olduğunu, həmçinin onlar tərəfdən bu məsuliyyəti tam dərk etdiklərini dilə gətirdi. Sonra o, bəzi məqamlara da toxundu. K. Kabralın hələ tam sağalmadığını dilə gətirən Mircavadov, D. Souzanın da hələ vətənindən dönmədiyini iştirakçıların diqqətinə çatdırdı. Daha sonra Moldova klublarından əsasən “Şerif”in tanındığını söyləyən mütəxəssis “Olimpiya”nın da sıradan bir komanda olmadığını, ümumiyyətlə bu ölkədə futbolun xeyli inkişaf etdiyini də dilə gətirdi.
Hələ tam oturaq heyətin formalaşmadığını, buna baxmayaraq, futbolçularımızda həvəsin və qarşılıqlı anlaşmanın sevindirici olduğunu vurğulayan Mircavadov yeni transferlərlə bağlı rəhbərliklə danışıqlarının olduğunu da iştirakçıların diqqətinə çatdırdı. “Artıq bu ikinci oyundur və rəqib haqqında kifayət qədər informasiyamız var” deməklə sözünü bitirən baş məşqçi sonra sualları cavablandırdı.
“12cioyuncu.moy.su” saytını təmsil edən İ. Cabbarlının “Bu oyunda azarkeşlərə sözünüz” sualına “Mən azarkeşlərə qələbə sevinci arzulayıram və sona qədər komandanı dəstəkləmələrini xahiş edirəm. İnşallah biz qələbə qazanacağıq” deməklə cavablandırdı.
“Bomsan.at.ua” saytını təmsil edən M. Babayevin “İlk görüşdən sonra, bu cavab qarşılaşması ərəfəsində komandanın komplektləşməsində nə kimi dəyişiklik və ya inkişaf var” sualına “Oyunçular arasında günbəgün anlaşmanın qaydaya düşdüyünü deyə bilərəm. Müdafiə xəttimiz demək olar ki, tamam dəyişib. Elə Moldovadakı matçda da “Olimpiya”nın bir real şansının bizim mərkəz müdafiəçilərimizin səhvindən alındığını demək olar” deyə cavablandırdı.
Daha sonra “Olimpiya”nın baş məşqçisi N. Bunya zala daxil oldu. İştirakçıların hamısını salamlayan qonaq baş məşqçi iki gün əvvəl Bakıya gəldiklərini və oradan da Lənkərana “Xəzər Lənkəran” klubunun köməyi ilə avtobusla gəldiklərini söylədi. Burada hər şeyin qaydasında olduğunu söyləyən Bunya, Bakıdakı avtomobil tıxaclarından danışmağı da unutmadı. Burada işlərinin o qədər də çətin olmayacağını, artıq rəqibi yaxşı tanıdıqlarını, ev oyununda 0-0 hesabının işlərinə yarayacaqlarını bu cür dilə gətirdi. “Əgər biz burada bir top vursaq, onda “Xəzər Lənkəran” ikisini vurmalıdır. Baxmayaraq ki, komandanız mən “Nistru”da işlədiyim dövrə görə güclənib, indi onu dahi sayılacaq məşqçi çalışdırır, lakin bu bizi qorxutmur, ehtiyatlı olmağa sövq edir.
Mətbuat konfransından sonra, qonaq komanda da əsas meydanda məşqə çıxdı və açıq gedən məşq prosesini xeyli sayda “Xəzər Lənkəran” azarkeşi də izlədi. “Sports.md” saytının operatoru “Xəzər Lənkəran” azarkeşlərini də lentə aldı və klubun azarkeşləri barədə, ətraflı məlumat topladı. Fanklublar haqda da geniş məlumatı İslam Cabbarlının təqdimatında lentə alan operator, ən çoxu iki saatdan sonra videogörüntü şəklində saytlarında yayımlayacaqlarını söylədi.Buradan Izləyə bilərsiniz
Bu arada “Xəzər Lənkəran” məşq prosesini bitirənə yaxın komandamıza baxışa yeni bir futbolçunun gəldiyini dəqiqləşdirdik. Braziliyadan gələn futbolçunun “Criciuma Esporte” klubundan, adının Linno Ribero olduğunu, “B” seriyasnda vaxtilə M. Souzayla bir yerdə çıxış etdiyini, müdafiəçi olub təxminən yaşının 22-24 aralığında olduğunu da öyrənə bildik. İmkan tapıb fotoşəklini çəkə bildik və sizlərə təqdim edirik.
baxis-braziliyali
 
Arxiv: Bosman.at.ua
 

2 thoughts on “Matç öncəsi mətbuat konfransı, "sports.md" ilə yaxınlaşma və baxışa gələn braziliyalı”

  1. (08/İyul/2010 22:08)
    butun azekesleri Xezer – Lenkarana *YOX * demeye cagiriram. Lenkaranin suyu, havasi, coreyi bu oyunculara, mesqci korpusuna haramdi. Minlerle azerkesin hissleri ile oynayanlara AR olsun

  2. (08/İyul/2010 22:09)
    Men bir lenkaranli olaraq, torpagima bagli bir insan olaraq *Xezer- Lenkaran* komandasinin adindan Lenkaran seherinin adinin goturulmesini teklif edirem. bu qeder biabirciliga olmaz. Azerkeslerden destek isteyirem. Lenkaran torpaginin suyun icib, coreyin yeyib evezini vere bilmeyen komandaya azerkeslik etmezler. Ozumuze, torpagimiza hormet etmek lazimdir. Sagirdi(Qurban Qurbanov) qeder olmayan mesqcini desteklemek bize utanc getirir. bizim torpaq qovulmyslar torpagi(Agaselimler, zaurlar, xeqaniler) deyil

Comments are closed.