LFT: “Xəzər” – “Neftçi” derbisi haqqında

 “Xəzər” – “Neftçi” derbisi haqqında.
Bu gün adı çəkilən komandaların harada görüşməsindən asılı olmayaraq “Böyük oyun“ adı verilən derbiyə qısaca da olsa nəzər yetirmək istədik. Dünyada elə bir ölkə çempiianatı tapılmaz ki, həmin çempionatda iki əzəli rəqibin qarşılaşdığı derbi matçı olmasın.
Əgər əvvələr Azərbaycan çempionatında “Kəpəz” Gəncə – “Neftçi“ Bakı matçı Azərbacanın 1 nömrəli derbisi sayılırdısa, “Xəzər Lənkaran” klubu yarandıqdan sonra Azərbaycanın qədim klubu ilə görüş daha prinsipial şəkil alaraq bundan əvvəlki derbi matçlarını kölgədə qoymağı bacardı. “Böyük oyun”un təməli Gəncədə keçrilən “Qızıl oyun” dan sonra qoyulub və bu günə qədər öz prinsipallığını qoruyur. Amma biz keçmişə boylanıb Lənkəran “Xəzər”inin “Neftçi“ ilə 1993-cü ildə II Azərbaycan çempionatında keçirdiyi ev matçının bəzi məqamlarıni sizə çatdırmaq istərdik. Etiraf edək ki, “Neftçi“ heyətinə görə Azərbaycan Milli çempionatı yarandıqdan bəri ən güçlü komandalardan biri və birincisi idi. Bəs görəsən heyəti yalnız yerli futbolçulardan qurulan Lənkəran “Xəzəri” ölkənin ən güclü futbolçuların toplaşdığı “Neftçi“ klubunu məğlub etməyi bacarıbmı? Bəli, belə faktlar olub və Bakı klubu II çempionatında aldığı iki məğlubiyyətdən birini və birincisini Lənkəran stadionun da alıb. 17-ci tur çərçivəsində keçirilən matç Gəncəli hakim Məhəmməd Məhəmmədovun idarəçiliyi ilə 10 iyul 1993-cü il tarıxındə baş tutub. Yeganə qolu vuran künc zərəbəsindən ötürülən topu gözəl baş zərbəsi ilə rəqib qapısının sol küncünə göndərən Nurəli Əsədov olub. Xatırlayıram, məğlubiyyət “Neftçi”nin futbolçularına o qədər pis təsir etmişdi ki, soyunub-geyinmə otağına gedərkən yanımdan ötən qapıçı Elxan Həsənovun göz yaşları bu günə qədər hafizəmdən silinməyib. “Xəzər”ə başçılıq edən baş məşqçi Ağadadaş Həmidov 4-4-2 taktikasına üstünlük vermişdisə, bakılılar meydana 3-5-2 düzlüşündə çıxmışdılar. Həmin matçdan komandaların heyətlərini sizlərə təqdim edirik ki, rəqibin heyətindəki adlara bir daha nəzər yetirib aradakı fərqi hiss edərsiniz.
10 iyul 1993-cü il saat 17.00 Lənkəran Mərkəzi Stadionu
“Xəzər” Lənkəran
1.İbrahim Məcidov
2.Elşad Rzayev(k)
3.Məhərrəm Bağırov.
4.Mircəlal Əliyev.
5.Mehman Rzayev.
6.Fazil Əsədov .
7.Şirzad Quliyev.
8.Habil Məmmədov
9.Hidayət Məmmədov
10.Nurəli Əsədov
11.İqbal Babayev
12.Cavanşir Cavadöv
13.Vüqar Qasımov.
14.Elxan Həmidov
15.Valeh Zöhrabov
Komandanın baş məşqçisi: Ağadadaş Həmidov
******
“Netçi”Baki .
1 Elxan Həsənov .
2.Aydın Ələkbərov.
3.Samir Xairov .
4.Arif Əsədov.
5.Mais Əzimov.
6.Zöhrab Qədiyev .
7.Mirbağır İsayev.
8.Yaşar Vahabzadə .
9.Əyani Beydiyev
10.Bəxtiyar Məmmədov.
11.Samir Ələkbərov.
12.İlham Yədullayev.
13.Xəqani Məmmədov.
14.Etibar Şükürov
15.Kamil Bayramov
Komandanının baş məşqçisi: Əhməd Ələsgərov
 
Komissar: Akif Fəttahov
Baş hakim: Məhəmməd Məhəmmədov
Yan hakimlər: Abbas Qulami,Viktor Solomanov.
***********************
Mənbə: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.