Lənkəranlı gənc artırmaqda davam edir və ulduz olmaq üçün hələ çox artırmalıdır

Gənc istedadımız olan Elnur Cəfərovu az əvvəl düşmən obrazında da təqdim etməyə başlamışdılar. Lakin “12-ci oyunçu” və “Bosman” lazımi anda onun müdafiəsinə qalxdı və onun “Xəzər Lənkəran”da qalmasına nail oldu. Bunun üçün sağ ol da gözləmirdik. Çünki tarix özü bizə çox sağ olun deyəcəkdi. Maraqlı oyun tərzi ilə seçilən bu gənc, həm “Xəzər Lənkəran”a, həm də aşağı yaş qruplarından təşkil olunmuş Azərbaycan millisinə istedadı ilə öz töhfəsini verməkdədir. Onu komandamıza bir dəfə qazandırdıq və indi də çox tərifə yer verərək bu gəncdə başgicəllənmə yaradaraq onu itirmək istəmirik. Çünki hələ Elnur Cəfərov potensialının bir qismindən istifadə edib. Bu gənc hələ öz üzərində çox işləməlidir. Məşqçiləri də ona bu yöndən yanaşmalıdır. Əks halda biz onu söndürə bilərik.
Belə bir misal var, general olmaq istəməyən əsgər, əsgər deyil. Elnur Cəfərov da nəinki “Xəzər Lənkəran”ın əsas heyətinə düşmək üçün mübarizə aparmalıdır. Bu gənc, potensial bacarığından tam yararlanıb, Getdikcə yaşlanmaqda olan Messiləri, Runiləri, Robbenləri, Riberiləri əvəz etməlidir. Avropanın superkomandalarında oynamağa çalışmalıdır. Əgər bunu etməsə…
İndi də Elnur Cəfərovun Yaponiya – Azərbaycan matçındakı gözəl oyununu təqdim edirik.

4 thoughts on “Lənkəranlı gənc artırmaqda davam edir və ulduz olmaq üçün hələ çox artırmalıdır”

  1. Salam, Mirhafiz müəllim! Elnur Cəfərov haqqında yazdığınız fikilərə şərikəm və bəzi yanlış fikirli azarkeşlərdən Elnuru müdafiə etdiyinizə görə bir lənkəranlı kimi Sizlərə təşəkkür edirəm. Elnurun “Bosman”dakı müsahıbəsinə yazdığınız fikirlərə görə çox sağolun ki, bəlkə də yüzlərin, minlərin yersiz qınağından Elnuru qorumuş oldunuz. Elnur son illər “Xəzər Lənkəran” məktəbinin ən perspektivli gənc futbolçularından biridir. Hansı klubda, hansı ölkədə oynayır-oynasın Lənkəranın adı onun üstündədir. Mən bir lənkəranlı kimi Elnurla qürur duyaram ki, səsi-sorağı Avropa klublarından gəlsin.
    *****
    Bəli, Qabil bəy, “Xəzər Lənkəran” məktəbinin uğuru bizim və Lənkəranımızın, eləcə də Azərbaycanın adı və fəxridir. Kimliyindən asılı olmayaraq, bunu düzgün dərk etmək lazımdır! Bizim yanaşmamız da həmişə bu yöndən olub.

Comments are closed.