İlk yoxlama oyunu-Yanvarın 15-də?

Futbol liqalarının dövrə arasına girməsiylə Türkiyə komandaları təlim-məşq üzrə düşərgə kimi seçdiyi Antalyanı bir çox əcnəbi komandalar da düşərgə yeri olaraq seçdi. Yurd kənarında komanda çalışdıran Türk baş məşqçilərindən Mustafa Denizlinin rəhbərlik etdiyi Azərbaycan təmsilçisi “Xəzər Lənkəran” da çalışmalarını Antalyanın Serik ilçəsinə bağlı Belek Turizm Mərkəzində davam etdirir.
Gündə iki dəfə məşqlərini davam etdirən Denizlinin komandası, 4 Yanvarda başladığı dövrə arası hazırlıqlarını 29 Yanvara qədər Antalyada keçirəcək. “Xəzər Lənkəran” komandası, 15 Yanvarda Mustafa Denizlinin əski komandalarından “Çaykur Rizespor”la bir hazırlıq matçı keçirməyi planlaşdırır.
Xatırladaq ki, “Xəzər Lənkəran”, 10 komandanın mübarizə apardığı və 4 dövrədə tamamlanan Azərbaycan Premyer Liqasında 18 matçda topladığı 22 xalla 8. sırada qərar tutub.
Mənbə: Sabah.com.tr
P.S. Xatırladaq ki, Azərbaycanın “Apasport.az” saytının 12.01.2014 tarixində yaydığı məlumata görə isə bu yoxlama matçının, bir gün əvvəl yəni 14.01.2014-də keçiriləcəyi bildirilib.

4 thoughts on “İlk yoxlama oyunu-Yanvarın 15-də?”

  1. Oyunları canlı verərlərmi?
    *****
    Mən “Xəzər Lənkəran”ın mətbuat katibi ilə bildiyiniz mərasimdə bir neçə dəfə görüşməli oldum və komandayla bağlı müəyyən söhbətlərimiz oldu. Bu barədə də danışmışdıq. Hüseyn bəy, bu barədə nikbin danışdı və yoxlama matçlarının internet vasitəsilə yəni “Xəzər Lənkəran-TV” vasitəsi ilə canlı verilməsinin əhəmiyyətindən danışdıq. O artıq bu məsələni klub rəhbərliyi qarşısında qaldırdığını və müsbət qarşılandığını dedi. İnşallah aparıcı klublar kimi “Xəzər Lənkəran” da bu təcrübədən istifadə edəcək.

  2. Əgər H.Cəbrayıloğlu yoxlama oyunu “Xəzər Lənkəran TV”də yayımlanmasını təşkil edə bilsə böyük bir iş görmüş olar. Bu həm ölkənin bir nömrəli azarkeşlərinin ürəyindcədir, həm də son illərdə komandadan küsmüş azarkeşlərin qayıdışına bir vasitə olardı.
    *****
    Çox düzgün fikirdir.

  3. Kamran Ağayevin ,yenidən komandaya transfer olunacağı barədə xəbəriniz varmı?
    *****
    Bu haqda xəbər, haradasa oxumuşdum. Amma bu inandırıcı deyil. Tomiçlə anlaşdıqdan sonra isə heç inandırıcı olmayacaq. Hərçənd ki, klub başbilənləri hərdən belə səhvə yol verirlər. Amma azarkeşlərin üzü ondan dönübsə, belə addımla problemlər içində olan komandamız üçün yeni bir barışmaz problem yaradarlar. Təşəkkür edirəm!

Comments are closed.