İbrahim Toraman və Necati Ateş “Xəzər Lənkəran”a keçir?

“Xəzər Lənkəran” Türkiyə millisinin 2 sabiq üzvünü transfer edir.  “Ağ-yaşıllar”ın yeni çalışdırıcısı Mustafa Dənizli Necati Atəş və İbrahim Toramanı sərəncamında görmək istəyir.
“TRT Haber” iddia edir ki, “Əskişəhərspor”un formasını geyinən Atəşlə “Beşiktaş”ın özünə komanda tapmağı tapşırdığı Toraman qış fasiləsində cənub təmsilçisinə transfer olunacaqlar.
Qeyd edək ki, Necati Atəş 19, İbrahim Toraman isə 28 matçda Türkiyə millisinin formasını geyinib.
Necati-Atesh
 
Gökhan Güləç isə buna inanmadığını deyir…
“Necati Atəş Azərbaycana getməz”. Bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Gökhan Güləç deyib.
Qardaş ölkə mətbuatında Türkiyə millisinin sabiq üzvləri – Necati Atəşlə İbrahim Toramanın “Xəzər Lənkəran”a keçəcəyi ilə bağlı iddialar yer alıb. Cənub təmsilçisinin yeni baş məşqçisi Mustafa Dənizlinin müvafiq olaraq, Superliqada mübarizə aparan “Əskişəhərspor” və “Beşiktaş”ın formasını geyinən tanınmış futbolçuları sərəncamında görmək istədiyi bildirilir.
Lakin ötən mövsüm “ağ-yaşıllar”ın formasını geyinən türkiyəli forvard hesab edir ki, həmyerlilərinin “Xəzər Lənkəran”a gəlməyə müsbət yanaşacaqları real görünmür: “Necati burada da yaxşı pul alır. Onu razı salmaq üçün gərək çox böyük məbləğ təklif olunsun. İbrahim isə “Beşiktaş” kimi bir klubun üzvüdür. Bu amil özü özlüyündə çox şey deyir. Onların Azərbaycana gəlmək istəyəcəklərinə inanmıram. Toramanla bağlı dəqiq bir söz deyə bilmərəm. Bəlkə də, onu transfer etmək olar”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov da əməkdaşımızla söhbətində Necati Atəşlə İbrahim Toramanın onların transfer planlarına daxil olmadıqlarını söyləyib.
gokhan gulec
 
Mənbə: Apasport.az

5 thoughts on “İbrahim Toraman və Necati Ateş “Xəzər Lənkəran”a keçir?”

    • Muəllim!-Biz hamimiz bir amal ucun calişiriq,istər muəllimi olsun,istər həkimi istərsədə sadə azarkeşləri.Hər kəsin öz yanaşma tərzi var və hamsina hörmətlə yanaşiram.Mən səhf edə bilərəm amma öz fikrimi sərbəst deyə bilərəm.Kamandamizda oyun uslubu kortəbii olsada, inadla topa sahib olmağa calişirdilar.Bəzən zədələnirdilər amma mubarizə edirdilər.Bunnan belə kamandamizda hələ cox işlər görulməlidir.Guclu oyuncular almaq lazimdir ki, kamandani arxasiyla apara bilsin.Yoxsa bu heyətlə hec nəyə nail olmaq olmaz.
      *****
      Zəfər bəy, sizin fikriniz hər zaman dəyərli və hörmətə layiqdir. Eləcə də digər azarkeşlərimizin. Siz demişkən hamımız komandanı istəyərək deyirik fikirlərimizi. Bu yazıda həyəcan təbili var. Yoxsa, yalandan tərif edib, malalamağa dəyməz. İndi mövsümün başlanğıcı deyil ki, əlimizdə olan materialla razılaşıb, sakitləşək. İndi qış transfer dövrünə az qalan bir ərəfədir. Gərək həyəcan təbilini səsləndirəsən.

  1. Hörmətli Doktorumuzu Salamlayıram. Bildiyimiz kimi hər iki oyunçu səviyyəli və tanınmış oyunçulardır. Komandamızda onları götmək istərdim. Əsasən də dəqiq və güclü zərbələrə malik olan Necati Ateşi. Amma eks “Xəzər Lənkəran”lı Gökhan Güləç deyir ki, Necati gəlməz. Sual olunur, niyə də gəlməsin? Əvvəla əgər Mustafa hoca istəsə Necati tərəddüd etməz, gələr. İkincisi Necatidən əvvəl “Xəzər Lənkəran”da Oktay Dərəlioğlu, Əhməd Dursun kimi tanınmış türk milli futbolçular oynayıb.
    *****
    Hər vaxtınız xeyirli olsun Qabil bəy! Həqiqətən də bacarıqlı futbolçulara ehtiyacımız çoxdu.

  2. Artq 3-4 ildirki,Xezer-Lenkeran boyuk transverlerden dem vurur axirda ya Touzdan yada axirda Sekiden oyuncu alir, gah Arsavin gah Ibrahim ne bilim firladirlardaa. Bu defe gorek ne olur…
    *****
    Malik bəy, bu dəfə transfer işinə klubun diqqətlə yanaşacağına ümid böyükdür.

Comments are closed.