Hüseyn Cəbrayıloğlu nikbindir…

Bir az əvvəl “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu “Facebook” səhifəsində, bu gün keçiriləcək “Xəzər Lənkəran”-“Çaykur Rizespor” komandaları arasında yoxlama oyununun canlı reportajı ilə əlaqədar məsuliyyət hiss olunan fikirlər paylaşıb. Onun fikrincə hər şey normaldır və sadəcə bunun reallaşmasını gözləmək qalır.
“Xəzər Lənkəran”-a rəsmi işə gəldiyi ilk gündən öz təşəbbüsü və klub əməkdaşlarının əməyi ilə bir çox yeniliklər gətirməyi bacaran Hüseyn Cəbrayıloğlu bu işi ilə də aparıcı klublarda olduğu kimi azarkeşlərin intizarına son qoymaq istəyir. Təbii ki, xaricdə məskunlaşan komandamızın keçirdiyi yoxlama oyunundan canlı reportaja imza atmaq, komandamız üçün daha bir ilkdir. Bu gözəl təşəbbüsdə həm ideya sahibi və həm də əməyi keçən hər bir kəsə azarkeşlər adından sağ ol!-deyirik və oyuna “Xəzər Lənkəran-TV”-də baxmaq üçün keçidləri təqdim edirik.
Husen Cebrayiloglu_Ilk reportaj
Buradan izlə-1
Buradan izlə-2 

4 thoughts on “Hüseyn Cəbrayıloğlu nikbindir…”

  1. Axşamınız xeyir, Mirhafiz müəllim! Mən də Sizin dediyiniz fikirlədə dəstək olub bu işdə zəhməti keçənlərə təşəkkür edirəm. H.Cəbrayıloğluna işlərində uğurlar arsulayıram!

  2. Son illər “Xəzər Lənkəran”ı yerli-yersiz ən çox tənqid edən Gəray Qarayev olub. İki ay əvvəl AFFA tərəfindən UEFA-nın “B” kateqoriyasını almaq üçün kursda iştirak edən G.Qarayev imtahandan keçə bilməyib. İmtahan cavabları bəlli olandan sonra məlum olub ki, cavan məşqçilər imtahanları müvəffəqiyyətlə versə də G.Qarayev imtahandan kəsilib.
    Xatırladım ki, bu həmin G.Qarayevdir “İdman Azərbaycan” telekanalında efirə gedən “Premyer Liqa” verlişində mütəxəssis kimi iştirak edərkən “PRO” kateqoriyalı Qurban Qurbanovu, Con Toşakı həmişə tənqid edirdi. Özü isə nəinki “PRO” heç “A” kateqoriyasına da həsrətdir.

    • Qabil bəy ,bəlkə Gəray bəyi, Böygağa bəyin .,tapşırığı ilə kəsiblər ? nə bilmək olar axı onun əli hər yerə çatır . Con Toşak isə tənqidə layiq idi.

Comments are closed.