''HİK"-i, ''Rusenboorq''-u dayandırana ''Xəzər Lənkəran'' Dur! deməlidir!..

 
2009/2010 mövsümü, Azərbaycan kuboku 1/4-final mərhələsi cavab oyunu, Lənkəran şəhəri, “Xəzər Lənkəran” mərkəzi stadionu, 17 Mart saat 18:00, “Xəzər Lənkəran”-“Qarabağ” (Ağdam).
Düz on gün əvvəl Martın 7-də, bu komandalar arasında 1/4-finalın ilk görüşü Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda keçirilmişdi. Bərbad ot örtüyü olan bu meydanda həmin günü güclü külək də əsirdi. Birinci hissədə 0:1 geridə olan “Qarabağ” komandası, ikinci hissədə güclü küləyin köməyi ilə iki qol vuraraq hesabda önə keçdi və final fiti səsləndi. İndi cavab oyununda, Lənkəranda bu 2:1 hesablı məğlubiyyətin əvəzini çıxaraq, ümumi hesabda biz, “Qarabağ”ı məğlub etməliyik və 1/4-final mərhələsinin qalibi biz olmalıyıq!
“Xəzər Lənkəran”a 1:0-lıq qələbə də bəs edir, yetər ki. qapımızdan top buraxmayaq. Yeganə 2:1 hesabıdır ki. matçı uzatma dəqiqələrinə daşıya bilər. Biz bu oyunu 120-dəqiqə və penaltilərlə yox, cəmi 90-dəqiqəyə bitirməliyik. “Xəzər Lənkəran” güclüdür və buna gücü yetəcək. Nəinki 1:0, biz gücümüzü daha çox top vurmaqla göstərməliyik. Doğma meydanda, azarkeşlərimizin dəstəyi ilə “Xəzər Lənkəran” özündən söz etdirəcək və daha bir gözəl tarix yazacaq. Keçən il “Qarabağ” Avroliqada Finlandiyanın “HİK”, Norveçin “Rusenboorq” kimi komandalarını dayandıra bilmişdi. İndi “Xəzər Lənkəran” “Qarabağ”a Dur! deməlidir. “Xəzər Lənkəran” güclüdür və bunu bacaracaq İnşallah! Onda, yazımızı daha maraqlı formada davam etdirəcəyik.
Arxiv: Bosman.at.ua