Buradasınız Əsas » Yoxlama Görüşləri » Hazırlıq dövrü, II yoxlama oyununda qane edəcəkmi?.. (Canlı Yayım)
  • Bookmark and Share

Hazırlıq dövrü, II yoxlama oyununda qane edəcəkmi?.. (Canlı Yayım) 

Genclerbirligi SK

“Xəzər Lənkəran” komandası qış təlim-məşq toplantısını Antaliyada mümkün qədər səmərəli keçirmək istəyir. Bununla bağlı Yanvarın 4-dən toplanışda olan komanda müəyyən hazırlıq dövrünü başa vuraraq, ilk yoxlama oyununu Türkiyənin Superliqa təmsiçisi “Çaykur Rizespor”-a qarşı, bu ayın 14-də keçirdi ki, oynun qolsuz bərabərliklə bitti. Demək olar heyətdə heç bir yenilik olmadan bu birinci yoxlama oyununun təəssüratları azarkeşləri heç də tam qane etmədi. Saytımız bu oyunla bağlı geniş araşdırmalı yazı ilə çıxış etdiyindən üzərində çox da dayanmaq istəmirik.

Təlim-məşq toplanışı çərçivəsində olan ikinci yoxlama oyunu isə bu gün daha bir Superliqa təmsilçisi olan “Gençlerbirliyi” komandasına qarşı keçiriləcək (“Gençlerbirliyi” SK klubu və tərkibi ilə tanış olmaq üçün bu keçidi yoxla). Bu gün yeni transfer olunan qapıçımız Vjekoslav Tomiçlə birgə baxışda olan digər yeni futbolçuların da yoxlama oyununda iştirak edəcəyi gözlənilir. “Xəzər Lənkəran” bu gün, yanvarın 18-də dediyimiz kimi “Gençlerbirliyi” komandası ilə  Bakı vaxtı ilə saat 13:00-da qarşılaşacaq. Bu yoxlama oyunu keçən dəfə olduğu kimi “Xəzər Lənkəran-TV” vasitəsi ilə klubunun rəsmi saytından veriləcəkdir. Oyunu izləmək üçün mövcud olan iki keçidi diqqətinizə çatdırırıq:

Buradan izlə-1

Buradan izlə-2

13 Şərh yazıya: Hazırlıq dövrü, II yoxlama oyununda qane edəcəkmi?.. (Canlı Yayım)

  1. Qabil

    Hər vaxtınız xeyir, Mirhafiz müəllim! “Xəzər Lənkəran”ın “Gənclərbirliyi” komandası ilə yoxlama oyununun canlı baxılması üçün yaratdığınız şəraitə görə Sizə və bu işdə əməyi keçənlərin hər birinə bir “Xəzər Lənkəran”lı kimi təşəkkür edirəm.
    *****
    Əməyə qiymət verən, yalnız və yalnız əməksevərlərdə olur. Buna görə biz də sizə təşəkkür edirik.

     
  2. R.S.

    Bu oyun heç yaxşı deyil .Bu komanda ilə heç nə etmək olmaz. Azalın artıqlarını rədd etmək lazımdır ,heç oynamağa həvəs göstərmir komanda.
    *****
    Biz keçən dəfə komandanın oyununu araşdıraraq düzgün təhlil edəndə, bu bir çoxlarına xoş gəlməmişdi. İndi qoy onlar da görsün ki, biz yalnız həqiqəti əvvəlcədən görməyi bacarırıq və deyirik.

     
    • R.S.

      Xoşu gəlməyənlər gedib Xəzər dənizin mazutlu suyundan içə bilirlər .Həqiqət isə həmişə acı olur.
      *****
      Həqiqəti dəstəklədiyiniz üçün təşəkkür edirik.

       
  3. R.S.

    Bir də Dənizlinin -hakim səhvi oyunun gözəlliyidir – deyimi də heç də yaxşı baxış deyil .SXəzərə qarşı qərəzin çox olduğu vaxtada Dənizli onlara haqq qazandıracaq .

     
  4. R.S.

    Bəs bu Elnuru niyə son dəqiqələrdə buraxdı oyuna .Nildo kimi fərsiszi isə axıra kiomi saxladı .Bu Dənizli də qocalıb.
    *****
    Nildonun ya özü, ya da nəyi isə bunları ovsunlayıb.

     
  5. R.S.

    Toşak kimi Mustafa da oyunundan razıdır Mirhafiz bəy .Axrımız hara gedəcək bu məşqçi ilə .Benuohunun cərimə zərbələrini də vura bilmir.
    *****
    Mustafa Denizli də Con Benjamin Toşak kimi təcrübəli mütəxəssisdir. İkisinin dövründə də eyni problemlər qalırsa, deməli, bu onlarlıq deyil! Dərd, başqa mənbələrdədir.

     
  6. Zefer Lerikli

    Türkiyədən futbolçu almaq üçün klublarınız indi ödədiklərindən 2-3 qat artıq ödəməlidir. Axtardığımız futbolçunu hələ tapmamışıq. Hücumameylli futbolçu transfer etməliyik. Qol imkanları yarada biləcək oyunçu istəyirik. Bir neçəsi ilə danışığımız olub. Bəziləri gəlmək istəməyib, bəziləri yüksək pul istəyib. Amma hələ vaxtımız var iki oyunçu heyətə qatacağıq. Bütün bunlar hazırlığın bir parçasıdır. Belə oyunlardakı nəticə də vacib deyil.*********PROBLEM HAMİYA AYDİNDİR,***********

     
  7. Zefer Lerikli

    Kamandamizda Mustafa Dənizli gucunu görməyə dəyərdi.Bu oyunda hucum xəttimiz muəyyənləşər məncə.Qapiciyada iş cox duşər cunki mudafiədə M.Dənizlinin bilərəkdən boşluq buraxacağini duşunurəm.Bu oyunda Nildoya şans verilsə bu onun sonuncu şansi olar.Bu mənim subyektiv fikrimdir,cox zaman intusiyam məni aldatmir.Kamandamizin sabahki oynunda maksimum hec-hecə etməyini duşunurəm.Məğlub olsaqda məşqcimiz kamandani formalaşdirmaq ucun əla şans qazanar.TƏŞƏKKURLƏR!****Bir gun əvvəl Turkiyə superliqasinda cixiş edən Gənclərbirliyi ilə kamandamizin oyunöncəsi fikirlərim belə idi və duşunurəm ki,səhf etməmişəm.Bu oyuna baxa bilməmişəm.Fakt odur ki ,realliqla barişmalisan və realliği qiymətləndirib nəticə göturə biləsən.İndi qaranliq hecnə nə bizə qalib,nədə Mustafa bəyə.Realliq ottadadir.Nildonun qələmi qirildi,onunla yanaşi coxu öz bacariğini Mustafa bəyə bildirib karyeralarini Xəzər dənizində dəfn etməyə tələsməlidir.Klubun yaritmaz siyasəti “budcə”ni dağidib.Bu il transfer olacaq amma kimə və nəyə!?.Qatar coxdan gedib….bir mahnida deyildiyi kimi.İndi isə,

    Gəl bölməyək biz dənizi,

    Aldatmayaq bir birimizi.

     
  8. Qabil

    Salam, hörmətli DOKTOR! İkinci yoxlama oyununa baxdıqdan sonra Sizinlə razılaşmaya bilməzdim. Az da olsa M.Dənizlinin komandaya yeni nəfəs gətirəcəyinə məndə inam yaranmağa başlamışdı. Ona görə də Siz ilk yoxlama oyununun tənlil edərkən mən qismən Sizin fikirlərlə razılaşmamışdım. İndisə fikrim qarışıqdır və qəti fikrə gələ bilmirəm. Bir tərəfdən yeni legionerlərin gəlib çıxmaması, digər tərəfdən isə M.Dənizlinin heç bir epizodla yadda qalmayan Nildo, Benuahi, Qliqorov, Ramazanov kimilərə gen-bol oynamaq şansı verməsidir.Bu futbolçular nəticəyə təsir etməyən sərbəst yoxlama oyununda belə zəif oyun nümayiş etdirirsə, bəs onda çempionatda qızıl xalları onlarla necə qazanacağıq? M.Dənizli bunu görmürmü? “Bosman.az” və “12-ci oyunçu” da azarkeşlərin əksəriyyəti komandanın zəif mövqelərini dəfələrlə qeyd edir və səviyyəli oyunçuların alınmasını dilə gətiriblər. Hələ Sizin araşdırıb təhlil etdiyiniz və zaman keçdikcə özünü doğruldan fikirləri demirəm. Əgər Dənizlini də ala-yarımçıq yola verəcəkdilərsə bəs onda niyə gətirdilər? Belə səviyyədə oyunları elə Toşakla da oynayırdı. M.Dənizli ikinci dövrədə heyəti bu oyunçularla qurmalı olacaqsa işi çox çətin olacaq.
    *****
    Salam Qabil bəy! Biz bunları görürüksə, yəqin ki, Mustafa Denizli bizdən qabaq görür. Bütün məşqçilərin transfer məsələlərində dərdi eynidirsə, deməli problem məşqçilərdə deyil. Məhz oyunçu qıtlığında məşqçi yazıq adını çəkdiyiniz lazımsız və komandaya heç bir xeyir verməyi bacarmayan oyunçuları oynatmağa məcburdur.

     
  9. R.S.

    “Balıq başdan iylənər”. Demək ki, problem həll olunmayacaq.
    *****
    Nikbin olmaq üçün, həddindən artıq cəsarət tələb olunur. İnanmaq üçün bizdən, həqiqi dəyişikliklər etmək üçün isə dediyiniz, “Başdan”!

     
  10. R.S.

    Futbolçulada siz şerinizdə dediyiniz kimi məsuliyyət anlamırlar .Nildo müsahibəsində deyir ki Xəzərə yeni hücumçu lazım deyil .Hansı haqla ,bəlkə vurduğu qollarla ,qaçırdığı 11 metrlik cərimə zərbələri ilə .? Bax özündən razılıq komandanı bu günə qoyub.
    *****
    Yeni yazımızda buna cavab verməyə çalışmışıq.

     
  11. Qabil

    Salam, Mirhafiz müəllim! Bu il “Xəzər Lənkəran”ın yenidən ölkə futboluna qayıdışının on ili tamamlanır. Geridə qalan on il ərzində komandadan səbəbli-səbəbsiz onlarla baş məşqçi və yüzlərlə futbolçu yola salınıb. Son illərdə bu proses lap acınacaqlı hal alıb. Gedən proseslər bir daha təsdiq edir ki, klubda idarəçilik sistemi yoxdur və ya varsa yararsızdır. Bu cür idarəçilik sistemiylə elə bu cür də komanda qurmaq olar, ondan artığına nail olmaq mümkünsüzdür. Dünən bəyənmədiyimiz “Neftçi”nin “Fənərbağça”yla oyununu tam izlədim. Oyundan əvvəl “Zəif”in dediyi “Başqaları kimi biz “Fənərbağça”ya borclu qalmarıq” kəlməsi özünü doğrultdu. “Zəif” borclu deyəndə yüz faiz bizi (0-8) nəzərdə tuturdu. Görün klubumuzda idarəçilik nə vəziyyətdədir ki, iki eşşəyin arpasın ayıra bilməyən “Zəif” Avropa futbolunda öz sözünü demiş Toşaklara, Dənizlilərə meydan sulayır. Görəsən nə vaxtsa “Xəzər Lənkəran”da da düz-əməlli bir idarəçilik sistemi qurulacaq?…
    *****
    Belə gedişlə bu çox çətin görünür, Qabil bəy!

     

Şərh əlavə et


+ 5 = yeddi